ümdə
ümid
OBASTAN VİKİ
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.

Значение слова в других словарях