ÜTÜX’

I
(Ağdaş, Kürdəmir, Mingəçevir, Şəki)
tez üşüyən, soyuğa davamsız. – Sən lap ütüx’sən ki, heç həvlə havada da adam üşüyə:r? (Şəki)
◊ Ütüy olmax (Ağdaş) – tez üşümək, soyuğa davamsız olmaq. – Sən çox ütüy olmusan
II
(Ağdam, Cəbrayıl, Kürdəmir, Laçın, Ordubad, Şuşa, Zəngilan)
bacarıqlı, zirək. – O, çox ütüx’ kişidi, heş vaxt neynimnejeli: m demiyif; – Maşallah, Osman çox ütüx’ gədədi (Ağdam); – Ütüy adamdı, nə tafşırsaη, alıf gətirəcəx’ (Laçın); – Pıl verin, toxuma Həsən gessin, o, çox ütüx’dü, harda olsa tapıf gətirəcəx’ (Cəbrayıl); – Əhmət ütüy uşaxdı (Şuşa)
III
(Kürdəmir, Ordubad)
kələkbaz, hiyləgər
ÜTÜG
ÜTÜLƏMƏX’