Üçdişli maklyura
Üçdişli maklyura (lat. Maclura tricuspidata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü.
Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir.
Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir.
Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.