ŞALAX

I
(Ağdam, Daşkəsən, Gədəbəy, Xanlar, Kəlbəcər)
gen, boş, lax <iri geyim haqqında>. – Əynində bir şalax pencəyi var, elə bil ki, torbuya salıflar gədəni (Ağdam); – Şalax paltar yaxşı durmoyu adamda (Daşkəsən); – Paltar, timsalı əyninə yekə olanda deyillər şalaxdı (Kəlbəcər); – Yox, bu saηa çox şalax duror, bir ayrısını seçəsəη gərəx’ (Gədəbəy); – Bu paltar səniη əyniηə şalaxdı (Xanlar)
II
(Kəlbəcər, Oğuz, Şuşa)
pinti, səliqəsiz. – Paltarı pis giyər şalax adam (Oğuz); – Nə şalaxsaη, üstüηü, başıηı nə patdağa bıleyasaη (Kəlbəcər)
III
(Xanlar)
gönülsüz, həvəssiz. – Niyə şalax yere:ysən? – Xırmana qoşulan heyvanı sürən boş dursa, o da şalax yeriyər
IV
(Borçalı)
aciz, əfəl. – Pampağ o adama de:irix’ kin, şalağ adam olor
V
(Borçalı, Culfa, Xanlar, Qax, Qazax, Ordubad)
çox yetişdiyi üçün yumşalmış qovun. – Şalax iri olor, əmmə dassız olor (Borçalı); – Şalax dassız olor (Xanlar)
VI
(Qax)
əxlaqsız <qadın>
VII
(Qax)
əldən düşmüş, zəifləmiş
ŞAL
ŞALAXLAMAX
OBASTAN VİKİ
Şalaxo
Şalaxo, Şələqoy və ya Şələküm — Cənubi Qafqaz və Azərbaycanda məşhur olan rəqs. Şalaxoyun ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1940) baletində də yer alıb. Şalaxo Cənubi Qafqazda məşhur olan rəqslərindən biridir.
Şalaxo rəqsi