şeyxülislamlıq
şeypinq
OBASTAN VİKİ
İrina Şeyk
İrina Şeyk — Tatar əsilli rus supermodel. == Haqqında == İrina, Rusiyanın 6 yanvar 1986-cı ildə Emajelinsk şəhərində anadan olmuşdur. Onun atası şaxtaçı olmuş və ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anası Olqa musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, Emajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb. == Karyera == Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir.
Şeyk Batili
Cheick Oumar Bathily (10 oktyabr 1982, Mali) — Malili futbol qapıçısı. == Karyera == 2009-cu ildə Djoliba AC-dan ayrıldı və CS Duquvolofila Liqasında rəqiblə müqavilə imzaladı.