ŞİRİNSU

прил. пресноводный (живущий, растущий в пресной воде). Şirinsu balıqları пресноводные рыбы
ŞİRİNSÖHBƏTLİ
ŞİRİNSULU
OBASTAN VİKİ
Şirinsu
Şirinsu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirinsu (İran) — İranın Həmədan ostanının şəhərlərindəndir.
Şirinsu (Lənkəran)
Şirinsu — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsindəki su içməyə daha yararlı (şirin) olduğu üçün bu adı almışdır. Ətraf yerlər dəniz səviyyəsindən aşağıda yerləşdiyindən oradakı quyu suyu, əsasən şor dadlı olur.
Şirinsu (İran)
Şirinsu — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Şirinsu bəxşində yerləşən şəhər və bu bəxşin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,280 nəfər və 507 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Asiya şirinsu tısbağaları
Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) — gizliboyun tısbağalar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Şirinsulu ekosistemlər
Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; Suyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30–40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir.