ŞOKOLADLI

прил. шоколадный (приготовленный из шоколада, с шоколадом). Şokoladlı tort шоколадный торт, şokoladlı dondurma шоколадное мороженое, şokoladlı yağ шоколадное масло
ŞOKOLAD
ŞOQQU
OBASTAN VİKİ
Şokoladlı dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.
Şokoladlı pizza
Şokoladlı pizza – şokoladdan istifadə edərək hazırlanan pizza çeşidi. Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar. Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır. Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər. Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir. Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir. Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanı və şokoladı özündə birləşdirir.
Şokoladlı tort
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.

Значение слова в других словарях