Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir.
== Həyatı ==
Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.
== Yastıq kitabı ==
Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır. Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.