şomu
şonalar
OBASTAN VİKİ
Şona dili
Şona dili — Bantu dillərindəndir ki, Zimbabve və Zambiyanın cənubunda, Şonalar tərəfindən danışılır. Zezuru, Karanqa, Manyika, Ndau və Korekore bu dilin dialektləridir.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. == Həyatı == Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır. == Yastıq kitabı == Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır. Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.
Şonacola
Şonaçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 212 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki şona (çoban) və çala sözünün yerli tələffüz forması olan cola komponentlərindən ibarət olub, “çoban çalası, çoban çökəkliyi” mənasındadır.
Şonan məbədi
Şonan məbədi (昭南神社) və ya bəzən Syonan məbədi – Sinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi. Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir. == Tarixi == Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi. Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı. Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır.İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur. Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır. İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır. Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır. Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır. == Əfsanələr == Şonan məbədi ilə bağlı sübut olunmayan bir çox iddia və nəzəriyyə mövcuddur.