ŞORANLIQ

şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl , yarım səhra və səhra zonalarında yayılmışdır. Şorlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq profili zəif təbəqələnmiş olur; az məhsuldardır. Təbii bitki örtüyü halofitlərdən ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sularının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Azərbaycanda, Orta Asiyada, Qazaxıstanda və b. yerlərdə təsadüf edilir. солончаки solonchaks
ŞORAN SƏHRA
ŞOTT
OBASTAN VİKİ
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şoranlıq qaçançayırı
Şoranlıq qaçançayırı (lat. Aeluropus littoralis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qaçançayır cinsinə aid bitki növü.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Şoranlıq sistanxesi
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Şoranlıq süsəni
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şoranlıq toppuzlusu
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.

Значение слова в других словарях