şəb 2021
şəbabət 2021
OBASTAN VİKİ
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar.

Значение слова в других словарях