ŞƏHƏVAT

ə. «şəhvət» c. şəhvətlər, ehtiraslar.

ŞƏHƏNŞƏH
ŞƏHİ
OBASTAN VİKİ
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.