ƏHMƏDİ-BİQƏM

прил. беспечный, беззаботный
ƏHLİYYƏT
ƏHMƏR
OBASTAN VİKİ
Əhmədi Təbrizi
Əhmədi Təbrizi (Təbriz – XIV əsr, Təbriz) — XV əsr Azərbaycan şairi. Əhmədi Təbrizi XV əsr Ağqoyunlu dövrünün şairlərindəndir. Əhmədi Təbrizi türk ədəbiyyatı tarixində yaxın dövrə qədər varlığı məchul olan şairlərdən biri idi. Onun tanınması “Əsrarnamə” və “Yusif və Züleyxa” əsərlərinin aşkar edilməsi ilə olmuşdur. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.Hər iki əsərini Sufi Xəlil adı ilə tanınan Ağqoyunlu Xəlilullaha təqdim etmişdir. Ədmədi Təbrizinin doğum və ölüm tarixi bizə məlum deyil. Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Əhmədi antroponiminin məüllifin əsl adı yox təxəllüsü olduğunu vurğulayır və qeyd edir ki, Şərqdə şəxs adı kimi Əhməd xüsusi ismi geniş yayılmış, Əhmədi isə daha çox soyad kimi işlənmişdir. Ədəbiyyatşünas alim Məmmədağa Sultanov qeydlərində şairin adını bütöv şəkildə Əhmədi Təbrizi kimi qeyd edir. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır.
Dastani-Əhmədi Hərami
Dastani Əhməd Hərami — XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. XIII əsrin sonu və XIV əsrin əvvəllərində yazıldığı təxmin edilən və müəllifi məlum olmayan Dastan-ı Əhməd Hərami məsnəvisi həm Köhnə Anadolu türkcəsinin, həm də Azərbaycan türkcəsinin dil xüsusiyyətlərini göstərməsi baxımından diqqətəlayiqdir. Əsər 816 beytdən ibarətdir və əruz vəznində yazılıb. Əsərdə çoxlu əruz xətalarının olması türkcənin hələ bu dövrdə əruza tam uyğunlaşmamasının nəticəsidir. == Tədqiqi == Əsərin günümüzə gəlib çatan yeganə nüsxəsi 1928-ci ildə türk alimi Əhməd Tələt Оnay tərəfindən aşkar edilmiş, ədəbi və еlmi ictimaiyyətə çatdırılmışdır. T.Оnay əsərin 1946-cı il nəşrinə müqəddimədə göstərir ki, 1928-ci ildə Bоluda оlarkən şəhər bələdiyyə rəisi Rəşad Akər оna qədim əlyazmalardan ibarət bir məcmuə bağışlamışdı. Səkkiz bölmədən ibarət həmin məcmuə müxtəlif mövzu və janrlarda оlan əsərləri özündə еhtiva еdirdi. «Dastani-Əhməd Hərami» həmin əsərlərdən sоnuncusu, yəni səkkizincisi idi. Pоеmanı Çanqırıda çıxartdığı «Duyğu» qəzеtində nəşr еtdirən T.Оnay 1933-cü ildə оnun məhdud, 1946-cı ildə isə İstanbulda kütləvi tirajla çapına nail оlur. Türk alimi əsərə gеniş və dəyərli ön söz, şərhlər və lüğət də yazır.
Əhməd Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
Məhəmmədtağı xan Əmir-Əhmədi
Məhəmmədtağı xan Yusif xan oğlu Əmir-Əhmədi (1906, Xalxal – 1942) — Cənubi Azərbaycan şairi, el böyüyü. Məhəmmədtağı xan Yusif xan oğlu 1906-cı ildə Cənubi Azərbaycanın Xalxal vilayətinin Təbrizəq kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada, sonra mədrəsədə oxumuşdu. II Dünya Müharibəsi dövründə Cənubi Azərbaycan ruslar tərəfindən yenidən işgal edildi. Məhəmmədtağı xan Şatiranlı, topladığı silahlı gücü ilə dövlətə qarşı ayaqlandı. Özünə aid 800 nəfərdən ibarət süvari gücü ilə Xalxalın mərkəzi olan Heroabadı ələ keçirdi. Bir neçə ay keçdikdən sonra Gilan Jandarma Birliyi rəisi yavər (mayor) Alai, əmrindəki jandarma gücü ilə Xalxal və Tarumdakı üsyanları yatırmaq üzrə hərəkətə keçdi. Çatışma nəticəsində Məhəmmədtağı xan həyatını itirdi.
Qışlaq-i Əhmədi (Pərsabad)
Qışlaq-i Əhmədi (fars. قشلاق احمدي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 485 nəfər yaşayır (76 ailə).
Əhməd xan Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.

Значение слова в других словарях