ƏLİFBA-TEZLİK

tərc. İşlənmə tezliyinə görə əlifba sırası ilə düzülən. M.Füzulinin nəzm əsərlərinin əlifba-tezlik lüğəti. Bakı, 2004
ƏLFƏCİN
ƏLVARI
OBASTAN VİKİ
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. What is carrier frequency?
Əlifba qülləsi
Əlifba qülləsiing. Alphabetic Tower— Əlifba Qülləsi (gürcü: ანბანის კოშკი, lat. Anbanis K'oshki), Gürcüstanın Batumi şəhərində 130 metrlik bir quruluşdur. Qala gürcü əlifbasının və xalqının unikallığını simvollaşdırır. Bu quruluş, DNT dizaynını tanış ikiqat sarmalda birləşdirir. Qüllədə hər biri 4 metr olan və alüminiumdan hazırlanmış gürcü əlifbasının 33 hərfindən ibarət iki spiral lent üstünlük təşkil edir. Binanın mərkəzində nəhəng gümüş topun yerləşdiyi binanın tacında, binanın ən üst hissəsinə aparan açıq bir lift mili var. Əlifba Qülləsi İspan şirkəti CMD Domingo y Lázaro Ingenieros (Alberto Domingo Cabo və Carlos Lazaro) tərəfindən inşa edilmişdir. Tikintiyə 10 oktyabr 2010 -cu ildə başlanmış və binanın xarici hissəsi 2011 -ci ilin dekabrında tamamlanmışdır. Binanın inşasına 65 milyon dollar xərclənmişdir .
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Azərbaycanda əlifba islahatları
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
Beynəlxalq fonetik əlifba
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Türkiyə əlifba inqilabı
Türkiyə əlifba inqilabı — Türkiyədə 1 noyabr 1928-ci il tarixində 1353 saylı "Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun"un qəbul edilməsi və yeni əlifbanın yerləşdirilməsi prosesinə ümumi olaraq verilən addır. Bu qanunun qəbul edilməsi ilə həmin günə qədər istifadə olunan ərəb hərflərinə əsaslanan Osmanlı əlifbası formalaşmadı və latın hərflərinə əsaslanan Türk əlifbası qüvvəyə mindi. Türk əlifbasının məzmunu Latın qrafikasını yazı sistemlərində istifadə edən digər ölkələrin əlifbaları ilə eyni deyil, ancaq türk dilindəki səslərin (Ç, Ş, Ğ, I, İ, Ö, Ü) qarşılanması üçün onlardan alınan hərflərdən ibarətdir. Bundan başqa, hərflərin türk əlifbasındakı oxunuşu Qərb dillərindəki hərflərin oxunuşundan fərqlidir. Məsələn, C hərfi Türk əlifbasında /d͡ʒ/, İngilis əlifbasında /ˈsiː/ tələffüz olunur. 10-cu əsrdən etibarən türklər ərəb əlifbasını (əvvəllər İslam mədəniyyətinin vazgeçilmez bir elementi) İslam dini ilə birlikdə onu səs səs sisteminə uyğunlaşdıraraq qəbul etdilər. Növbəti 900 il ərzində həm Qərb (Osmanlı), həm də Şərq türk ləhcələri ərəb əlifbasının bir türk variantında yazıldı. Türkiyədə əlifba islahatı təklifləri 19. əsr ortalarından etibarən duyulmağa başladı. Təkliflər ikiyə bölündü: Osmanlı yazısının düzəldilməsini istəyənlər, Latın hərflərinin mənimsənilməsini istəyənlər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər: • enerji, Δ-enerji, ΔΔ-enerji; • 12 kenstral əmsal; • 12 Δ-əmsal; • 12 ΔΔ-əmsal. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Dərman bitkilərin əlifba göstəricisi
ağlarotu,
Əlifba sırasına görə paytaxtların siyahısı
Ölkə paytaxtlarının siyahısı
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi. Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)