Kiçik Əmili
Kiçik Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılmışdır.
== Toponimikası ==
Oykonim özündə qədim türkdilli oğuzların İmi (Eymi, Eymir, Eymür) tayfasının adını əks etdirir və rayonun ərazisindəki Böyük Əmili kənd adının qarşılığıdır.
== Coğrafiyası və iqlimi ==
Kənd rayon mərkəzindən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündə yerləşir.
== İqtisadiyyatı ==
Kənd əhalisi heyvandarlıqla məşğuldur. Tərəvəz sahələri, taxıl zəmiləri də əkilir. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.