Böyük Əmili

Böyük ƏmiliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Böyük Əmili
40°51′29″ şm. e. 47°44′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 389 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.200 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3635
Xəritəni göstər/gizlə
Böyük Əmili xəritədə
Böyük Əmili
Böyük Əmili

Birinci komponent oykonimi indi mövcud olmayan Kiçik Əmili kəndindən fərqləndirmək üçündür. Əmili komponenti isə toponimiyada türk mənşəli Kiməklərin yeddi qolundan biri olan İmi (Eymi, Eymir, Eymür) etnonimi ilə əlaqələndirilir.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Əmirvan silsiləsinin cənub ətəyində yerləşir.

Kənddə 1200 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi maldarlıq, tərəvəz və taxıl əkini ilə məşğuldur. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.[2]

Kənddə 1000 nəfərlik tutumu olan, süni örtüyə malik futbol stadionu da vardır[3].

  1. Böyük Əmili // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. "Qəbələ rayon Böyük Əmili kənd stadionu". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.