ƏMƏVİLƏR

Məkkənin nüfuzlu qəbilələrindən biri olmuşdur. Bu qəbilənin adı və tarixi Əbd Şəms ibn Əbd Mənaf və onun oğlu Üməyyə ilə bağlıdır. Əməvilər onlara qohum olmuş başqa bir Məkkə qəbiləsi olan Haşimilərlə rəqabətdə olmuşdurlar. Bu rəqabət Məhəmməd peyğəmbərin səyləri nəticəsində müvəqqəti olaraq aradan qaldırılmış, ancaq sonra yenidən qızışmışdır. Əməvilərdən olan Müaviyə ibn Əbu Süfyan haşimilər nəslinin nümayəndəsi Əliyə qarşı çıxmışdır. Məhz, Əbu Sufyan Əməvilər sülaləsinin yaradıcısı olmuşdur. Əməvilər (41/661 – 132/750) İslam tarixinin ilk dövrlərində Raşidi xəlifələrindən sonra hakimiyyətə gəlmiş ilk müsəlman xanədanı olmuşdur. Onlar yüz ilə yaxın Xilafətə başçılıq etmişdirlər. Bir çox tarixçilərin fikrincə məhz bu sülalə ilkin Xilafətin mahiyyətini dəyişərək onu imperiyaya çevirmişdirlər. Bu imperiyanı birinci Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyan qurmuşdur. O, dörd Raşidi xəlifələr dövründə Suriyanın valisi olmuşdur. Onun atası Əbu Süfyan uzun müddət Məhəmməd peyğəmbərə, eləcə də ilk müsəlmanlara qarşı savaşmışdır. Ancaq, müsəlmanlar Məkkəni fəth etdikdən az əvvəl Əbu Süfyan İslamı qəbul etmişdir. Xəlifə Osman qətl edildikdən sonra Müaviyə ibn Əbu Süfyan onun qatilini birbaşa cəzalandırmaq tələbini irəli sürərək dördüncü xəlifə Əli ibn Əbu Talibin hakimiyyətini tanımaqdan imtina etmişdir. Buna görə də, xəlifə Əli ona qarşı hücuma keçmişdir. Hicrətin 37-ci ilində tərəflər Süffeyn döyüşündə qarşılaşmış, ancaq heç bir tərəf uğur əldə edə bilməmişdir. Bu döyüşdə xəlifə Əli zəfərə yaxın olsa da, bir qrup nizələrinə Quran səhifələrini sancıb, Allahın məhkəməsini tələb etmişdilər. Ancaq, məhkəmədə problemlər həll edilmədiyindən savaş davam etmişdir. Bu dəfə isə üstünlüyü Müaviyə qazanmışdır. Hicrətin 38-ci ilində Əmir ibn Asın başçılığı altında Müaviyənin qoşunu Misiri ələ keçirə bilmişdir. 39-cu ildə suriyalılar İraqa girmiş, 40-cı ildə isə onun böyük bir hissəsini ələ keçirmişdirlər. Eyni zamanda, Müaviyənin sərkərdəsi Bişr ibn Əbu Art Ərəbistana hücum edərək Məkkə və Yəməni ələ keçirtmişdir. 40-cı ildə müharibənin ən qızğın vaxtında xəlifə Əli xaricilərin qəsdi nəticəsində öldürülmüşdür. Onun tərəfdarları ölümündən sonra Həsən ibn Əlini yeni xəlifə kimi tanımışdırlar. Ancaq, onun savaşlar nəticəsində parçalanmış Xilafətə başçılıq etmək üçün yetərli gücü olmamışdır. Buna görə də Həsən, müharibəyə girmədən Müaviyə ibn Əbu Süfyanla danışıqlara başlamış və sonra isə hakimiyyəti ona təslim etmək qərarına gəlmişdir. Hicrətin 41-ci ilində Həsən ibn Əli Kufədə Müaviyə ilə görüşərək hakimiyyəti ona təhvil vermişdir. Sonra isə qardaşı Hüseyn ilə birlikdə Mədinəyə qayıtmışdırlar. Bu hadisədən sonra Müaviyə yeni xəlifə olmuşdur. Ancaq hakimiyyəti ələ alandan sonra o, Xilafətin mahiyyətini dəyişərək onu ailə xənadanına çevirmişdir. Xilafətin quruluşunun dəyişdirilməsi və onun imperiyaya çevrilməsi bir çox səhabələrin və peyğəmbərin ailə üzvlərinin müqavimətinə səbəb olmuşdur. Onlar xəlifəliyin Müaviyənin oğlu Yəzidə verilməsinə qarşı çıxdılar. Kufədə (İraqda) Əməvi hakimiyyətinə qarşı üsyanlar başlamışdır. Üsyançılar Məhəmməd peyğəmbərin nəvəsi Hüseyni onlara başçılıq etməyə çağırmışdırlar. Onların çağırışına səs vermiş Hüseyn Kufəyə doğru yola çıxmışdır. Ancaq o, yolda olarkən xəlifənin Kufədəki yeni təyin olunmuş valisi İbn Ziyad bu üsyanı yatırmış, kufəlilərin əksəriyyətini özünə tərəf çəkə bilmişdir. Bununla da onlar, Kufəyə dəvət etdikləri Hüseynə arxa çevirmiş oldular. Beləliklə, kiçik bir dəstə ilə şəhərə doğru irəliləyən Hüseyni Kərbəla adlı yerdə Yəzid ordusu qarşılamışdır. Burada Hüseyn və onunla bərabər olan digər ailə üzvləri, eləcə də onun digər tərəfdaşları Yəzidin göndərdiyi ordu tərfindən qətl edilmişdir. Belə ki, peyğəmbərin nəvəsinin öldürülməsi Xilafətdə zorakılığın daha da artmasına yol açmışdır. Yenə də, xilafətdə qanlı daxili qarşıdurmalar başlanmışdır.
ƏMƏL DƏFTƏRİ
ƏMƏVİLƏR
OBASTAN VİKİ
Əməvilər
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər sülaləsi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.

Значение слова в других словарях