ƏQDƏS
ƏLAİM-ZÜHUR
OBASTAN VİKİ
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Cəfəri (əqidə)
Cəfərilik (ərəb. الجعفريون‎) və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir.
Əqidə Manizadə
Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi. == Təhsili == Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib. == Fəaliyyəti == Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur. Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb. 2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir. Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.
Əqidə Ələkbərova
Ələkbərova Əqidə Məmməd qızı — sənətşünaslıq elmləri namizədi (1994), Azərbaycanın əməkdar incəsənət xadimi (1999), dosent (2001) == Həyatı == Əqidə Ələkbərova 1955-ci il aprelin 25-də anadan olub. == Əsərləri == Köçəri yallısı. Etnomusiqi təhlili. AEA-nın Fizika İnstitutu. B., 1995 Yallıların musiqi yozumu. "Elm və həyat" jurnalı, №12, 1995 "Kitabi - Dədə Qorqud"un musiqi yozumuna dair. "Elmi əsərlər" e/m toplusu /xüsusi buraxılış/ Nax.DU, "Qeyrət", №2, 1998 Ərtoğrul Cavid –Azərbaycanın elm xadimidir. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №4, 1999 Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. "Qobustan" jurnalı, №2, 1999 Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №7, 2000 Этапы развития музыкальной культуры Нахичеванской автономной республики.
On iki imam şiəliyi (əqidə)
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.

Значение слова в других словарях