ƏSA
ƏSABE
OBASTAN VİKİ
Əsabil Qasımov
Əsabil Qarakişi oğlu Qasımov (8 noyabr 1955, Qaralar, İmişli rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırış deputatı. Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır.1995-ci ildən "Karat" holdinqinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. == Ailəsi == Evlidir, 2 övladı var Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb.