ətsuyu
əttarlıq
OBASTAN VİKİ
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəfəkkiri. Sufizm nəzəriyyəçisi. == Həyatı == Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Ağa Rəsul Əttar
Ağa Rəsul Əttar — XIX əsrdə yaşamış şair. == Həyatı == XIX əsrdə Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi birliyinin üzvlərindən biri olmuşdur. Fəqir Ordubadi və onun oğlu Məmməd Sədi Ordubadinin əsəsrlərində Ağa Rəsul Əttar haqqında məlumat vardır. Fars dilində də əsərlər yazmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan cünglərdə qəzəllərindən nümunələr mühafizə olunmuşdur. Məmməd Səid Ordubadi Ağa Rəsul Əttarı "Əncüməni-şüəra"da fəaliyyət göstərən şairlər deyil, şeir maraqlıları sırasında göstərmişdir.
Əttar: Bir qatilin tarixçəsi (film, 2006)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Əttarlar məhəlləsi
Əttarlar məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.Məhəllə gəncəlilər tərəfindən tarix boyu "Çayqırağlılar" məhəlləsi olaraq da adlandırılıb. Bu məhəllənin Əttarlar adlanmasına səbəb burada ətriyyat satanların çox olmasına görə olmuşdur. Məhəllə sakinləri yerli gəncəlilərdən ibarətdir və şəhər əhalisi arasında Əttarlar məhəlləsinin sakinləri Çayqıraqlılar kimi tanınır. Mürsəl ağa qəbirstanlığıda da bu ərazidə yerləşirdi. Əttarlar məhəlləsində 1804-cü ilin may ayında 40 ev 151 nəfər (67 kişi + 84 qadın) olmuşdur. 1916-cı ildə isə burada 846 ailə yaşayırdı. Məhəllədən keçən Karxana arxı, Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün sərf olunurdu. Məhəllədədə doğulmuş ziyalılardan Gəncənin məşhur zərgəri Məşədi Məmmədəli Mahmudzadə və Əli Razi Şəmçizadə olmuşdur.
Əttarlıq
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.

Значение слова в других словарях