Səlahəddin Əyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı.
== Həyatı ==
Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kurd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi.
== Ailəsi və mənşəyi ==
əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan
əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان) və Məsudə Xatun binti Tokuş un övladları:əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan
əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان)Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون)
=== İlk illəri ===
Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.