ZAD

1. вещь; 2. что-нибудь; 3. бишь, как его там ..., как это его...;
ZABİTLİK
ZADƏ
OBASTAN VİKİ
Akif Əli Zadə
Akif Ağamehdi oğlu Əlizadə (25 fevral 1934, Bakı) — Azərbaycan geoloqu, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013–2019), Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri (2014–2019). == Həyatı == Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Mənsub olduğu nəslin nümayəndəsi olan Ağa Seyidəli Mirmövsümzadə uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuşdur. Nümunə kimi din xadimi Axund ağa Əlizadə və 36 yaşında öldürülən qardaşı Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadəni və Azərbaycan Tibb İnstitutunun prorektoru olmuş, öz kabinetində güllələnərək qətlə yetirilən digər qardaşı Maqsud Əlizadəni göstərmək olar. Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. == Elmi fəaliyyəti == Akif Əlizadə ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Akif Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur. Akif Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Aldo Zadrima
Aldo Zadrima (alb. Aldo Zadrima; 15 yanvar 1948, Tirana) — Albaniya şahmatçısı, milli ustad. 1994 Albaniya çempionu. Albaniya komandasının tərkibində altı şahmat olimpiadasında (1972, 1980, 1982, 1984, 1994, 2002) və iki Balkan ölkələri çempionatında (1979 və 1994) iştirak etmişdir. 1995-ci ildə zona turnirində Albaniyanı təmsil edirdi. Beynəlxalq arenada 1972-ci ildən 2003-cü ilə qədər çıxış edirdi. Maksimal reytinqinə (2270 bal) 1995-ci ilin yanvarında çatdı. 2015-ci ilin oktyabr ayında onun reytinqi 2255 bal idi.
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. == Həyatının ilkin mərhələsi == 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. == Siyasi karyerası və qalmaqalları == Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Artur Rasi-zadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Aziza Mustafa Zadeh
Aziza Mustafa Zadeh — Əzizə Mustafazadənin 1991-ci ildə çıxan birinci albomu. Lüdviqsburqdə qeydə alınan albomun təqribən 700000 nüsxəsi satılıb.
Cevdet-zadə Hikmət Cevdet
Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru. == Erkən həyatı == Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir. 1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Qərbi-Zadunay bölgəsi
Qərbi Transdanubiya və ya Qərbi-Zadunay bölgəsi (mac. Nyugat-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Dyör-Moşon-Şopron, Vaş, Zala medyeləri daxildir. Avstriya, Slovakiya və Xorvatiya ilə sərhəddir buna görə də "Qərbə açılan qapı" hesab edilir. Regionun sahəsi — 11 209 km². Əhalisi — 994 698 nəfər (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizliyin səvviyəsi 4,1 % təşkil edirdi. == İstinadlar == == Ədəbiyyat == Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh.
Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır. Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s.
Validə Əli-zadə
Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü, professor. 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında AMEA-nın həqiqi üzvü seçilmişdir. == Həyatı == Əlizadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əlizadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb.
Zada
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Zadar Universiteti
Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır. == Tarixi == Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur. == Departamentləri == Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir: Arxeologiya departamenti Klassik filologiya departamenti Yunan dili və ədəbiyyatı bölməsi Latın dili və ədəbiyyatı bölməsi Xorvat və Slavyan araşdırmaları departamenti Xorvat dili və ədəbiyyatı bölməsi Rus dili və ədəbiyyatı bölməsi Ekologiya, Aqronomiya və Akvakultura departamenti İqtisadiyyat departamenti İngilis dili departamenti Etnologiya və Antropologiya departamenti Fransız dili və İberoromans araşdırmaları departamenti Fransız dili və ədəbiyyatı bölməsi İberoromans araşdırmaları bölməsi Coğrafiya departamenti Alman araşdırmaları departamenti Sağlamlıq araşdırmaları departamenti Tarix departamenti İncəsənət tarixi departamenti İnformasiya elmləri departamenti İtalyan araşdırmaları departamenti Dilçilik departamenti Dənizçilik departamenti Dənizçilik araşdırmaları bölməsi Dəniz mühəndisliyi bölməsi Pedaqogika departamenti Fəlsəfə departamenti Psixologiya departamenti Dini elmlər departamenti Sosiologiya departamenti Qospik Müəllim Təhsili Tədqiqatları departamenti Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi Turizm və Kommunikasiya araşdırmaları departamenti == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Kontingent == 2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır.
Zadeqabad
Zadeqabad (fars. ذادوق اباد‎; azərb. Zava‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 26 ailədə 46 nəfəri kişilər və 38 nəfəri qadınlar olmaqla cəmi 84 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Zadi Smit
Zadi Smit (ing. Zadie Smith, əsl Sadie Smith, 25 oktyabr 1975[…] və ya 27 oktyabr 1975, London, İngiltərə) — ingilis yazıçısı.
Zadir Rzayev
Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri. == Bioqrafiyası == === 1937–1958: Uşaqlıq və gənclik illəri === Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Milliyyətcə talışdır. Orta təhsili İkinci Dünya Müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub. === 1958–1971: Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi === 1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.
Zadonsk
Zadonsk — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Zadə
Şəxslər Lütfi Zadə — azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi. Toponim Zadə (Qabon) — Qabonda departament.
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.
Zadəganlıq
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zadəli (Urmiya)
Zadəli (fars. زده لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (27 ailə).
İlqar Fəti-zadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
Azərbaycan zadəganlığı
Azərbaycan zadəganlığı — azərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə. Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi. == Tarixi == === Azərbaycandilli sülalələr dövrü === XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi. XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur. Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi. Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi.
Mərkəzi Zadunay
Mərkəzi Transdanubiya və ya Mərkəzi-Zadunay bölgəsi (mac. Közép-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Komarom-Esterqom, Feyer, Vesprem medyeləri daxildir. Şimalda Slovakiya, cənubda Balaton dənizi, şərqdə — Dunay çayı ilə sərhəddir. Bölgənin sahəsi 11,237 km²-dir. (Macarıstanın beşinci böyük regionu). Əhalisi 1,094,104 nəfərdir (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 4,6% olmuşdur. Mövcud infrastruktur investisiya cəlb etmək üçün əlavə inkişaf tələb edir. Bölgədə Velentse ən isti göllərdən biri mövcuddur. Əsas turistik yerlər Sekeşfexervar, Vesprem şəhərlərində yerləşir.

Digər lüğətlərdə