Aalto Universiteti
Aalto Universiteti — Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi; Texnologiya və dizayn sahələri üzrə ixtisaslaşan müasir ali məktəblərdən biri.
== Tarixi və fəaliyyəti ==
Aalto Universitetinin əsası 2010-cu ildə qoyulub. Ali məktəb Helsinkinin 3 ali təhsil ocağının — Texnologiya Universiteti, İqtisadiyyat Məktəbi, İncəsənət və Dizayn Universitetinin birləşdirilməsi nəticəsində yaranıb. Yeni ali təhsil müəssisəsi finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri Alvar Aaltonun şərəfinə adlandırılıb. Üç universitet ittifaqı fənlərarası elmi araşdırmalar üçün yeni imkanlar açıb. Aalto Universiteti özündə təhsilə müasir yanaşmaları və qabaqcıl texnologiyaları əhatə edir.
Bir qayda olaraq, ali təhsil müəssiəsinin tədris mərkəzləri, elmi tədqiqat institutları, tələbə yataqxanaları, kitabxana, auditoriyalar və yemək otaqlarının daxil olduğu tələbə şəhərcikləri Helsiki, Espo, Lahti, Mikkeli, Pori və Vaasada yerləşir.
Ali məktəb kampusları gediş-gəlişin rahatlığı baxımından müntəzəm fəaliyyət göstərən nəqliyyat vasitələri ilə təmin olunub. Burada tələbələrin təhsili və istirahəti üçün çox gözəl infrastruktur yaradılıb. Kampuslarda yüksək standartlara cavab verən kitabxanalar, kompüter və idman zalları fəaliyyət göstərir.