Piter van der Aa

Piter van der Aa (nid. Pieter van der Aa; 1659[1][2][…], Leyden, Hollandiya qraflığı[3]avqust 1733[1], Leyden, Hollandiya qraflığı[3]) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən MərakeşMadaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransızholland dillərində çap olunmuşdur.

Piter van der Aa
Doğum tarixi 1659[1][2][…]
Doğum yeri
Vəfat tarixi avqust 1733[1]
Vəfat yeri
Fəaliyyəti coğrafiyaşünas, çapçı[d], naşir, kitab satıcısı[d], xəritəşünas, vizual incəsənət rəssamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi.

Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır. Onun Leydenin ən məşhur çapçısı olmaq arzusu 1715-ci ildə şəhərin və universitetin mətbəəsinin rəhbəri olandan sonra həqiqətə çevrilir.[4] Piter van der Aa tərəfindən hazırlanan ən böyük kolleksiyalardan biri İtaliyaSiciliya tarixi ilə maraqlanır. Kolleksiyalarının bir çoxunun məsuliyyətini öz üzərinə götürsə də, onun Holland Şərqi və Qərbi Hindistan Səyahət Kolleksiyası kimi bəzi əsərləri başqalarının işində sadə təkmilləşdirmələr olduğu etiraf edilir.

Buraxılışları

[redaktə | mənbəni redaktə et]
  • Nouvel Atlas
  • Galerie Agréable du Monde (1728)
  • Schipvaart door de straat en Zuyd Zee gedaan om de gantsen aardkloot, Leyden, 1706–1708 (16 × 23,2 cm)
  • Zeetogten door Thomas Candys na de West Indiën, en van daar rondom den gantzen aardkloot gedaan.
  • Deel van Amerika. Door C. Kolumbus in zyn, Leyden, 1706–1708 (16 × 23,6 cm)
  • Amerika of de Nieuwe Weereld Aller eerst Door C. Kolumbus, Leyden, 1705
  • New Engeland in twee Scheeptogten door John Smith, Leyden, 1705
  • De voor Eylanden van America. Florida, New Mexico, Leyden, 1705
  • 'T Vaste Land van Darien ten Zuiden Cuba en Hispaniola Gelege, Leyden, 1705
  • Cuba en Jamaica, soo als die door Kolombus.., Leyden, 1705
  • Reys togt door Thomas Coryat van Jerusalem, Leyden, 1705
  • De zee en land-reysen vandenridder Hendrik Blunt, Leyden, 1705
  • Melite Insula vulgo Malta, Leyden, 1712
  • Valetta Civitas Nova Maltae olim Millitae, Leyden, 1712

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]