Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.
Hüseyn Şərif
Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909 - 25 mart 1989) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi. O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir. Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Qurani-Şərif
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Saqqalı-Şərif
Saqqal-ı Şərif — İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Yeni Şərif
Yeni Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun Yeni Şərif kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Şərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılmışdır. Avarlar arasında bu kəndə Qazbeq və yaxud Lokuba deyilir. Əhalisi əsasən Avarlardan ibarətdir.
Ömər Şərif
Ömər Şərif (10 aprel 1932[…], İsgəndəriyyə, Misir krallığı[d] – 10 iyul 2015[…]) — Misirli Hollivud aktyoru. Amerika və Avropa filmlərinin baş rollarının aktyoru kimi məşhurdur. 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olub. Bir çox dilləri bilir. Ömər Şərif bir açıqlamasında keçmiş Misir lideri Hüsnü Mübarəkin hakimiyyətindən narazı qaldığını bildirmişdi.
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor, Pakistan dominionu) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şərif (Balakən)
Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun Şərif kənd inzibati ərazi dairəsində kənd. Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur. Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq – rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb. Qabaqçölün 6 kəndindən biridir. Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir. Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti.
Şərif (din)
Şərif (ərəbcə: شريف, xeyirxah deməkdir) — Məhəmmədin nəslindən olan, orta əsrlərdə müsəlman dövlətlərinin aristokratiyasının təbəqələrindən birini təşkil edən adamların fəxri təxəllüsüdür. Daha məhdud mənada peyğəmbərin nəvəsi Həsənin xələflərinə şərif deyilir. Onun digər nəvəsi Hüseynin xələfləri seyid adlandırılır. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Şərif (dəqiqləşdirmə)
Şərif (din) — İmam Həsənin xələfləri. Şərif (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Yeni Şərif — Azərbaycanın Balakən rayonunda kənd.
Şərif Abdullayev
Şərif Ağayar
Şərif Ağayar (tam adı: Ağayarov Şərif Ziyadxan oğlu; 1 yanvar 1976, Ağbulaq, Laçın rayonu) — Azərbaycan yazıçısı. Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1980–1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib.
Şərif Hüseyn
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Şərif Kamal
Şərif Kamal (tam. Шәриф Камалетдин улы Камал; 16 (28) fevral 1884, Tatarskaya Pişlya[d], Ruzayevka rayonu[d] – 22 dekabr 1942, Kazan) — Sovet, tatar yazıçısı, dramaturq və tərcüməçi. Şərif Kamal 16 mart 1884-cü ildə Tatarskaya Pişlya kəndində (indiki Mordoviyanın Ruzayevski rayonu.) molla ailəsində anadan olub. İlk təhsilini mədrəsədə almışdır. Sonra dəmir yolunun tikintisində çalışmış, Uralda mədənçi, Xəzər dənizində balıqçı olmuşdur. 1905-ci ildə Sankt-Peterburqa köçür və burada tatar məktəbində müəllim olur. Kamalın ilk şeirləri 1905-ci ildə Nur qəzetində dərc edilmişdir. Bir il sonra "Səda" (Səs) şeirlər toplusu ayrıca bir nəşr olaraq çıxır. 1909–1912-ci illərdə işçilərin ağır həyatını təsvir edən "Qarğa yuvası" hekayəsini və "Səadət axtaran", "Xarici ölkədə", "Avara" hekayələrini yazır. "Qağayılar" hekayəsi balıqçıların istismarına həsr edilmişdir.
Şərif Mahalov
Şərif Mahalov (1939, İlisu, Qax rayonu – 18 dekabr 2020)— həkim, professor. O, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti olmuşdur. Şərif İslam oğlu Mahalov 15 sentyabr 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Mahalov 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1989-1991-ci illərdə kafedranın professoru vəzifəsində çalışıb. Professor Ş. Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, baş beynin damar xəstəlikləri və epilepsiya təşkil edir. O, Azərbaycanda sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını hərtərəfli öyrənmişdir. Professor Şərif Mahalov 10 mindən çox insan haqqında məlumat toplamışdır. O, həmçinin unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub.
Şərif Manafov
Birinci Türkoloji Qurultayda iştirak etmişdir “Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru - N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub). Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.
Şərif Məcbur
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri Bala-başa bəla!
Şərif Məmmədov
Şərif Qurbanəliyev
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri Bala-başa bəla!
Əziz Şərif
Şərifzadə Əziz Qurbanəli oğlu (28 mart 1895, Naxçıvan – 1 iyun 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir. "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).
Buxarayi-şərif
Buxarayi-şərif (tac. Бухорои Шариф; azərb. Şərəfli Buxara‎) — 11 mart 1912-ci ildən 2 yanvar 1913-cü il yanvarına qədər Buxaradan bir qədər aralıda yerləşən Yeni Buxara kəndində çıxmış tacikdilli qəzet. Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə olmuşdur. "Buxarayi-şərif" 11 mart 1912-ci ildə Yeni Buxara kəndində yerli cədidçi fəallar tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Rusiya İmperator Ordusunun generalı Mirheydər Qasımoviç Mirbədəlov idi. Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə idi. Qəzetin əsas sponsoru və naşiri Buxara yəhudisi K. L. Levin olmuşdur. Yarandığı ilk aylarda qəzet altı dəfə, sonralar isə həftədə üç dəfə bağlanana qədər nəşr olunmuşdur. 12 yanvar 1913-cü ildə qəzetin nəşri Rusiya hakimiyyəti tərəfindən qadağan ediılmişdir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi". Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür. "Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi). Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Larisa Seriç
Larisa Seriç ( bosn. Larisa Cerić ; cins. 26 yanvar 1991, Travnik ) — Bosniya cüdoçusu, Dünya çempionatının bürünc mükafatçısı , Avropa çempionatının medalçısı (2014, 2017, 2018). 2009-cu ildən bəri böyük beynəlxalq yarışlarda çıxış edir. 2014-cü ildə Seriç 78 kiloqram çəki dərəcəsində Avropa vitse-çempionu oldu. 2016-cı ildə Braziliya Rio-de-Janeyroda 2016 Yay Olimpiya Oyunlarında iştirak etdi . Lakin, Seriçin çıxışı son dərəcə uğursuz alındı. O, ilk döyüşdə Tunisli cüdoçu Niel Şeyx Rüuya məğlub olaraq çıxışını dayandırdı .
Mahzuni Şerif
Şerif Cırık və ya tanınan adıyla Aşıq Mahzuni Şerif (17 noyabr 1940 – 17 may 2002, Köln, Şimali Reyn-Vestfaliya), Türk aşığı. Mahzuni Şerif Kahramanmaraşın Afşin ilçesinin Berçenek kəndində dünyaya gəlmişdi. 1955-ci ildə sonradan Ankaraya köçürülən Mərsin kiçik zabitlər məktəbinə qeyd oldu. 1960-cı ildə həyat yoldaşı Sunanı qaçırdı və 6 ay kəndində qaldı. Bu sırada məktəbi Balıkesirə köçürüldü. Məktəb komutanının çaba-çalışması ilə yenidən təhsilinə dönən Aşıq Mahzuni, 6 ay dərsdən qaldığına görə bir məlumat üzərinə məktəbdən atılınca yenidən kəndinə döndü. 1964-cü ildə ilk valı ilə musiqi piyasasına girdi. Bir müddət Qaziantəpdə iqamət etdikdən sonra Ankaraya daşındı. 1989–1991-ci illər arasında Xalq Ozanları Federasyonu tərəfindən dünyanın ən böyük 3 ozanı arasında göstərildi. Sivas dramı adlı türküsünü, Sivasda yaşamını itirenlere ithaf etmişdir.
Muzaffer Şerif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Nerit çöküntülər
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Rəşid Şerif
Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 29 sentyabr 1953, Mərdəkan – 26 mart 2020, Bakı) — Azərbaycan teatr rəssamı, karikaturaçı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2011), Azərbaycan Dövlət Yuğ Teatrının baş rəssamı (1989-2020) Rəşid Şerif 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlamışdır.1989-cuildən – Yuğ Teatrının yarandığı vaxtdan ömrünün son gününə kimi teatrda baş rəssam kimi fəaliyyət göstərmişdi. 2003-cü ildə Estoniyanın Vilyan şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olmuşdur. Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olmuş, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülmüşdür. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olmuşdur. Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilmişdir. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır. 1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Seria A
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Seria B
İtaliya B Seriyası — İtaliya futbol liqalarının ikinci səviyyəsidir. 1929-cu ildən etibarən keçirilir.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.