Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun Şərif kənd inzibati ərazi dairəsində kənd.[1]
Şərif | |
---|---|
41°46′ şm. e. 46°13′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur.
Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq – rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb.
Qabaqçölün 6 kəndindən biridir. Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir.
Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti. Yağıntı əsasən yaz aylarında aprel – iyun arası düşür.
Etnik qrup | Sayı, 1970 sa.[2] | Nisbəti, 1970 sa.[2] |
---|---|---|
cəmi | 3 961 | 100 % |
avar | 3 671 | 92.7 % |
azərbaycanlı | 133 | 3.4 % |
ləzgi | 129 | 3.3 % |
rus və ukraynalı | 21 | 0.5 % |
gürcü | 3 | 0.1 % |
tatar | 1 | 0.1 % |
Əhalisi əsasən Avarlardan ibarətdir.[mənbə göstərin] Şərifin əhalisinin böyük əksəriyyəti avar dilində danışır.[mənbə göstərin] Kənddə azərbaycanlılar (Tərəkəmələr – Gürcüstandan köçmüş azərbaycanlılar) da yaşayırlar.[mənbə göstərin] Əhalinin məşğuliyyəti əsasən əkinçilik və maldarlıqdır. Şərifdə oxumuş, ali təhsilli adamlar da az deyil. Şərif kənd orta məktəbinin bir çox məzunu son beş ildə Azərbaycan və Rusiyanın Ali müxtəlif Ali məktəblərinə qəbul olunmuşdur.
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |