Yeni Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Şərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılmışdır.[1]
Yeni Şərif | |
---|---|
41°44′18″ şm. e. 46°14′06″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 243 m |
Saat qurşağı | |
Avarlar arasında bu kəndə Qazbeq və yaxud Lokuba deyilir.
Əhalisi əsasən Avarlardan ibarətdir.
Balakən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |