Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. == Tarixi == Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Beyt-din
Beyt-din (ivr. ‏בית דין‏‎, Bet Din, hərf. "mühakimə evi", [bet ˈdin], aşkenazi: beys-din) — iudaizmdə ravvin məhkəməsi. Qədim dövrlərdə hüquq sisteminin əsasını təşkil edirdi. İndiki dövrdə həm İsraildə, həm də yəhudi diaspor icmalarında bir sıra dini məsələlərdə qanuni güclərdə istifadə edilir. Burada onun hökmləri xüsusi olaraq iudaist dini həyatı ilə bağlı məsələlərdə müxtəlif dərəcədə səlahiyyətlərə malikdir. == İndiki dövrdə == Ortodoks iudaizmdə adət-ənənələr bildirir ki, beyt-din dinlənilən işə aid hər hansı "halaxa" işlərində digər üzvlərə təlimat verə bilmək üçün ən azı biri "halaxa" haqqında geniş məlumatlı olan üç müşahidəçi yəhudi kişidən ibarətdir. Beyt-din işindəki ravvinlər yəhudi hüququnun bütün aspektləri üzrə mütəxəssis olmalı deyil, yalnız sözügedən sahə üzrə mütəxəssis olmalıdırlar. Qadınlara beyt-dində xidmət etməyə icazə verən bir sıra ravvinlər də var. Proqressiv icmalarda, eləcə də iudaizmin digər qeyri-ortodoks axınlarında qadınlar beyt-dində xidmət edirlər.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. == İstinadlar == == Xarici keçidlər == Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. == Tarixi == 1907-ci ildə yaradılıb.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.
Əl-Əhli Dubay FK
Əl-Əhli (Dubay) FK — Birləşmiş Ərəb Əmirliklərinin futbol klubu == Tarixi == 1970-ci ildə yaranmışdır.
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Bir bayt 0-255 aralığında ikilik ədədləri kodlaşdıra bilir. Klaviaturadan daxil edilən hər hansı bir simvol ASCII kodlaşdırmasında kompüterin yaddaşında 1 bayt yer tutur.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Bert Lankaster
Berton Stiven "Bert" Lankaster (ing. Burton Stephen "Burt" Lancaster; 2 noyabr 1913[…], Nyu-York, Nyu-York ştatı – 20 oktyabr 1994[…], Los-Anceles, Kaliforniya) — Amerika kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri. Oskar və Qızıl Qlobus (1961) mükafatları laureatı. == Filmoqrafiya == Bağışlanmamış (film, 1960) / ing.
Bert Trautmann
Bernhard "Bert" Karl Trautmann (22 oktyabr 1923, Bremen – 19 iyul 2013) — alman futbolçu. Bert Trautmann 1949–1964-cü illərdə İngiltərənin Mançester Siti futbol klubunun qapısını qoruyub. Trautmann alman olsa da, Almaniya millisində heç vaxt oynamayıb. Amma Mançesterdə, o bu günə gədər ən populyar futbolçulardan sayılır. Bert Trautmann 1923-cü il oktyabrın 22-də doğulub. 10 yaşından futbol oynamağa başlayıb. 18 yaşında Faşist Almaniyasında hərbi xidmətə yollanıb, paraşütçü olub. Əvvəl sovet, sonra isə ingilis əsgərləri tərəfindən həbs edilib. Azadlıqa çıxdıqdan sonra Trautmann Böyük Britaniyanı tərk etməyib və bu ölkədə qalaraq peşəkar futbolla məşğul olub. Əvvəllər ingilis futbol azarkeşləri "nasist oğlana" nifrət edirdilər.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Bett Deyvis
Bett Deyvis (ing. Bette Davis, Betti Deyvis, tam adı Rut Elizabet Deyvis, ing. Ruth Elizabeth Davis; 5 aprel 1908[…], Louell[d], Massaçusets – 6 oktyabr 1989[…], Nöyi-sür-Sen, Fransa) — amerikalı aktrisadır.
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Dr. Beat
"Dr. Beat" (azərb. Ürək həkimi‎) — ABŞ-nin "Miami Sound Machine" qrupunun nümayəndəsi olan Qloriya Estefan tərəfindən ifa edilən məşhur sinqldır. == Komplizasiyaların siyahısı == U.S. Vinyl 12" Maxi-Single (49 05023) "Dr. Beat" (Long Version) "Dr. Beat" (Instrumental Version) Worldwide Vinyl 7" Single (34 04574) "Dr. Beat" (Album Version) "When Someone Comes Into Your Life" (Album Version) == Hit parad mövqeyi == == Orijinal versiyalar == Orijinal versiyalar Album Version — 4:26 Long Version — 6:26 Instrumental Version — 5:26 == Kaver versiyalar == 1997: Sandra Kretu (Almaniya) 2000: Prezioso feat.
Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir. Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır. == Boğazdan keçən körpü və tunel layihəsi == Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər. 30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur. 2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.
Heyt (hərf)
𐕆 (səslənməsi /h/, transkripsiyası H, h) — Alban əlifbasının 23-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հէտ (Hēt) kimi verilmişdir. Əsasən alınma sözlərdə özünü göstərən hərfdir. Tərkibində “h” olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində adətən bu samit yoxdur.
Keti Beyts
Ketlin Doyl "Keti" Beyts (28 iyun 1948[…], Memfis, ABŞ) — Qızıl Qlobus mükafatlı Amerikalı teatr və kino aktrisası. == Filmoqrafiya == Titanik (1997) İlahi ordasan?
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Cəlaləddin Əli bəy
Cəlaləddin Əli bəy (v. 1444) — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın oğlu. == Hakimiyyəti == Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. O Qara Yuluq Osman bəyin oğlu idi. Onun taxta çıxması ilə bağlı ilk məlumata erməni əl yazmasında rast gəlirik. Burada hicri 839-cu ildə miladi 1435-ci ilin qış ayında Cəlaləddin Əli bəyə taxta çıxması öz əksini tapmışdır. Məlumat "Tanrı onu düşmənlər qarşısında zəfərə ərdirsin" cümlələri ilə sona çatır. Bu zaman Tərcan yaxınlığında qeyri rəsmi bir divan toplandı. Onlar Əli bəyi Qara Yuluq Osman bəyin varisi kimi tanıdı. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlanları, qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.
Sarı Əli bəy
Sarı Əli bəy (I Əli Sultan) (1601—1628) — İlisu sultanı. Şah I Abbasın Gürcüstana yürüşləri zamanı 1616-сı ildə Kaxetiyaya hücümlar təşkil etmişdir. 1628-cı ildə Sarıbaş (indiki Qax rayonunun Sarıbaş kəndi) yaxınlığında Kaxetiya çarı I Teymurazın sərkərdəsi Zurab eristavinin qoşunları ilə döyüşdə həlak olmuşdur.Başı kəsilərək I Teymuraza göndərilmişdir.
Əli Bəy Azəri
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı == Həyatı == Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur. Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə "leytenant" hərbi rütbəsi verilməklə "tank qoşunları üzrə taktiki əməliyyat komandiri" hərbi, "təkərli və tırtıllı texnikanın mühəndisi" mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
Əli bəy Aşurbəyov
Əli bəy Xocabəy oğlu Aşurbəyov — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Cümə məscidini tikdirib. == Həyatı == Əli bəy 1878-ci ildə Bakıda dünyaya gəlmişdir. Bakıda bir neçə məscid tikdirmişdir. Əli bəy yarım il Moskvada Lubyanka həbsxanasında yatmış, onu qoçu zənn edərək güllələnməyə məhkum etmişdilər. Nərimanovun himayədarlığı onun köməyinə çatmışdı.
Əli bəy Bəylərbəyov
Əli bəy Bəylərbəyov (Tam adı: Əli bəy Şahkərim oğlu Bəylərbəyov; 1894, Masallı rayonu – 2 yanvar 1938, Bakı) — Azərbaycan hərbi xadimi, I Dünya Müharibəsi iştirakçısı, Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi (1922–1924), ilk daxili işlər komissarı, general-mayor. == Həyatı == Əli bəy Bəylərbəyov 1894-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta məktəb həcmində təhsil verən rus məktəbinə — Gimnaziyaya daxil olaraq həmin məktəbi 1911-ci ildə bitirmiş və həmin ildə Tiflis şəhərindəki ali hərbi məktəbə daxil olmuşdur. 1919-cu ildə həmin məktəbi əla qiymətlə başa vurmuşdur. === Ailəsi === 1923-cü ildə Şahkərim adlı bir oğlu olmuşdur. Səhiyyə nazirinin müavini, Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, tibb elmləri doktoru və professor Şahkərim Əli bəy oqlu Bəylərbəyov 1990-cı ildə dünyasını dəyişmişdir. Nəvələri: Alim Şahkərim oğlu Bəylərbəyov, Akif Şahkərim oğlu Bəylərbəyov, Məmməd Şahkərim oğlu Bəylərbəyov, Gülnarə Şahkərim qızı Bəylərbəyova (Məmmədova). Nəticələri:Əli bəy Məmməd oğlu Bəylərbəyov, Afaq Məmməd qızı Bəylərbəyova(Neymətova), Ülkər Məmməq qızı Bəylərbəyova (Əliyeva), Rasim Alim Oğlu Bəylərbəyov, Humay Alim qızı Bəylərbəyova, Əfqan Akif oğlu Bəylərbəyov, Fərid Akif oğlu Bəylərbəyov, Səbinə Akif qızı Bəylərbəyova, Əsəd Şaxsəddin oğlu Məmmədov (Gülnarə xanımın oğlu). Kötücələri:Şahkərim Əli bəy oğlu Bəylərbəyov, Nigar Əli bəy qızı Bəylərbəyova, Əsəd Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), Kamran Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), İradə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ülviyyə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ədalət Vüsal oğlu Əliyev (Ülkər xanımın oğlu), Səid Əsəd oğlu Məmmədov. == Müharibədə iştirakı == 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olur, oranı zabit rütbəsi ilə bitirmişdir.
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. == Həyatı == Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur. Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Əli bəy Dünbili
Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi. == Həyatı == Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.
Əli bəy Hacıəlibəyov
Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı. == Həyatı == Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur. Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir.
Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. == Həyatı == Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əli bəy Verdiyev
Əli bəy Verdiyev — ilk azərbaycanlı mühəndis-pilotlardan biri. == Həyatı == Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Verdiyev Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb. Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləmişdir. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də "pilot-aviator" normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür. Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalmış və buradakı rus kursantlarına uçuş dərsləri vermişdir.
Əli bəy Zizikski
Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Parlamentinə millət vəkili Eyni zamanda Bakı qubernatorunun köməkçisi. == Nəsli == Əli bəyin atası Harun bəyin Quba qəzasında böyük torpaq mülkiyyəti, Quba və Bakı şəhərində malikanəsi var idi, eyni zamanda o toxumçuluq sahəsində yaxşı mütəxəssis idi. Harun bəyin 2 oğlu – Abdulla bəy (cavan vəfat etdi) və Əli bəy, 8 qızı – Səkinə xanım (Cimili bəyə ərə getmiş), Ummsəlimə xanım, Ayna xanım (Alpan bəyə ərə getmiş), Böyük xanım, Səadət xanım (həyat yoldaşı Dağıstan imanı Nəcməddin Qotsinski), Camal xanım (Şıxlar bəyə ərə getmiş), Sona xanım (həyat yoldaşı Mustafa Əfəndiyev) və Umra xanım. Harun bəy Hacı-Bala Məmmədyarovu da övladlığa götürmüşdür. == Həyatı == Əli bəy Zizikski 1876-cı ilin noyabr ayında Quba qəzasının Zizik kəndində anadan olmuşdur. (Bəzi nəşr mənbələrində doğulduğu il səhvən 1878 kimi göstərilmişdir. Səhvin səbəbi bəzi tarixçilərin verdiyi məlumata görə, o 50 yaşında 1928-ci ildə güllələnib. Lakin arxiv məlumatlara görə Əli bəy özü doğum tarixini noyabr 1876-ci il göstərmişdir. 50 yaşında isə 1926-cı ildə o həbs olunmuşdur).
Əli bəy Zülqədər
Əli bəy Şahsuvar bəy oğlu Zülqədər (1515, Əlbistan – 1522, Qəhrəmanmaraş) — bəylik hökmdarı (1515–1522). == Həyatı == Əli bəy 1515-ci ildən 1522-ci ilədək Zülqədəroğulları bəyliyinin hökmdarı olmuşdu. 1515-ci ildə Maraş və çevrəsi osmanlılar tərəfindən fəth edildi. Ancaq Zülqədəroğulları bəyliyinə dərhal son verilmədi. Yavuz Sultan Selim, Zülqədərli torpaqlarının idarəsini Şahsuvaroğlu Əli bəyə verdi. Əli bəyin Zülqədərli hökmdarı, yoxsa Osmanlı dövlətinin bir valisi olduğu açıqca bəlli deyildi. Şahsuvaroğlu Əli bəy Maraş və Əlbistan civarından əsgər toplayaraq, Yavuzun məmlüklərin üstünə etdiyi səfərlərdə iştirak etdi. 1516-cı ildə Nizip civarında Mercidabık savaşında osmanlı ordusu məmlük ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məmlük sultanı Kansu Gavri məğlubiyyətin üzüntüsündən öldü. Onun yerinə Tumanbay məmlük sultanı oldu.
Əli xan Bayat
Əli xan Bayat — 1822-1866-cı illərdə Maku xanlığının dördüncü xanı.