Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Benazir Əhməd
Benazir Əhməd (1 oktyabr 1963) — Təcili cavab batalyonunun (RAB) və 2014-cü ildən bəri Banqladeş Milli Polisinin rəhbəri. == Həyat və fəaliyyəti == Dakaka Universitetinin tibb fakültəsində İngilis mütəxəssislərinin, magistr, bakalavr, sonra tibb elmləri namizədi olan xüsusi bir proqrama əsasən təhsil aldı. Dakada Polis Akademiyasını bitirdikdən sonra Kişoreganj şəhərinin rayon şöbəsində Banqladeş Daxili İşlər Nazirliyinin əməkdaşı oldu. Bir neçə il sonra müvəqqəti olaraq polis xidmətindən ayrıldı və sosiologiya dosenti olaraq əlavə institusional mənsubiyyət aldı. Tezliklə Daka Polis Akademiyasında Baş Təlimatçı və Tanqaylda yerləşən təlim hərbiyyə mərkəzinin komendantı vəzifələrini aldı. Qısa müddət Banqladeş Polis Qərargahında Maliyyə Sistemi və İdarə Əməliyyatları Sistemi Başçısı olaraq çalışdı. 2013-cü ildə Dakka Polis Komissarı vəzifəsinə yüksəlmişdir. Xaricdə, o, BMT-nin Kosovadakı silahsız beynəlxalq hərbi müşahidəçilərinin bir hissəsi idi və bir müddətdir UNMIBH sülhməramlıları ilə Bosniya və Herseqovinada asayişi izləmişdir. Digər ölkələrdə çoxsaylı təcrübə keçib, o cümlədən: Asiya-Sakit Okean Təhlükəsizlik Tədqiqatları Mərkəzində (Havay, ABŞ) İnteqrasiya Terrorizm dərəcəsi ilə. Avstraliya Federal Polis Universitetində (Kanberra, Avstraliya) cinayət kəşfiyyatı dərəcəsi ilə.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Bəy Əhməd
Bəy-Əhməd Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı. == Toponimkası == Bəy-Əhməd- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı.Mənbədə bu kiçik elin (camaatın) Dəmirçi Həsənli tayfasına mənsub olması göstərilir (yenə orada) Əsli Beq Əhməd.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. == Həyatı və təhsili == Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. == Həyatı == Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 30 dekabr 1673-cü ildə bazar günü dünyaya gəlmişdir. Atası Sultan IV Mehmed, anası isə Rabiyə Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Mustafayla birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. İlk dərslərini sultan şeyxi Mehmed Əfəndidən aldı, daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. 14 yaşında ikən əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Daha sonra Ədirnəyə aparıldı və əmiləri Sultan Süleyman, Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. == Yaradıcılığı == Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Mail Əhməd
Mikayıl Əhməd
Qədiməli Əhməd
Ramil Əhməd
Sadiq Əhməd
Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu. == Həyatı == Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur. == Fəaliyyəti == Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
Sultan Əhməd
Sultan Əhməd (Salmas) —
Sıravi Əhməd
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Səhər Əhməd
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Tacuddin Əhməd
Tacuddin Əhməd (benq. তাজউদ্দীন আহমদ; 23 iyul 1925 – 3 noyabr 1975, Dəkkə) — Banqladeş dövlət xadimi və azadlıq döyüşçüsü idi. Banqladeşin ilk Baş naziri vəzifəsini icra etdi və 1971-ci ildə Banqladeş Qurtuluş Döyüşü zamanı müvəqqəti hökumətinə rəhbərlik etdi. Əhməd, benqal millətçiliyinin müxtəlif siyasi, hərbi və mədəni qüvvələrini birləşdirdiyi müvəqqəti hökumətin rəhbərliyi sayəsində, Banqladeşin azadlığınınən nüfuzlu və vəsilə simalarından biri hesab olunur. Mucibur Rəhmanın yaxın bir işçisi olan Əhməd 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Avami Liqasının baş katibi idi. O, Liqanın bir hökumət qurmaq üçün tarixi parlament çoxluğunu qazandığı 1970 Pakistan ümumi seçki üçün Liqanın seçki kampaniyasını əlaqələndirdi. Əhməd, Mücib və Doktor Kamal Hüseyn ilə birlikdə prezident Yəhya Xan və Zülfiqar Əli Bhutto ilə hakimiyyətin seçilmiş Milli Məclisə təhvil verilməsi üçün danışıqlara rəhbərlik etdi. == Erkən həyat == Əhməd 23 iyul 1925-ci ildə Qazipurda Kapasiada Maulavi Məhəmməd Yasin Xan və Meherunnesa Xanamda anadan olub Müqəddəs Qriqori Liseyinə getdi. 1944-cü ildə matrisasiya imtahanında 12-ci yerdə idi. 1948-ci ildə Ali Orta Sertifikat İmtahanında 4-cü yerə çıxdı.
Əhməd Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
Əhməd xan Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.