Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir. V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.
Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. == İstinadlar == == Əlavə ədəbiyyat == Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidi Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Ubır
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Abid Alimov
Abid Əhmədcan oğlu Alimov (1900 – 1935) — Azərbaycan SSR-nin ilk səhiyyə komissarı (28 aprel 1920 – 5 iyun 1920). Türkoloq. == Həyatı == XI ordunun tərkibində Azərbaycana gəlib. Azərbaycan SSR-in ilk səhiyyə komissarı (naziri) olub (28 aprel – 5 iyun 1920). Sonralar Leninqrada gedərək türkoloji tədqiqatlar aparıb. Professor olub.
Abid Bayramov
Abid Hacırza oğlu Bayramov (15 aprel 1931, Binə) — 1931-ci il martın 15-də Bakı şəhərində Binədə anadan olmuşdur. == Həyatı == Bayramov Abid Hacırza oğlu 1931-ci il martın 15-də Bakı şəhərinin Binə kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra o, 1949-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə institutu bitirərək təyinat ilə Tacikistan Respublikasının Leninabad vilayətinin İsfara şəhərinə göndərilir. == Fəaliyyəti == 1960-cı ilin axırlarında A. Bayramov təyinat müddətini başa vuraraq Bakı şəhərinə qayıdır. Azərbaycan Səhiyyə Nazirliyi onu indiki Abşeron əsəb xəstəlikləri sanatoriyasına həkim vəzifəsinə təyin edilir. 1966-cı ildən Azərbaycan Səhiyyə Nazirliyi yanında Elmi Tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyətini davam etdirir. 1968-ci ildə alimlik dərəcəsi almaq üçün Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun aspiranrğturasına daxil olur. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adını alır.1972-ci ildə doktorluq dissertasiyası medafiə edərək Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun doktoranturasına daxil olur.1996-cı ildən təqaüddədir.
Abid Məmmədov
Abid Məmmədov (4 aprel 1994, Dəymədərə, Oğuz rayonu – 4 oktyabr 2020, Murovdağ döyüşləri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı. == Hərbi xidməti == Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.
Abid Tahirli
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). == Həyatı == Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Abil İslam
Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub. O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib. Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib. Abil İslam "İnşaatçı" qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri , "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib. Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir. Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir.
Abin çayı
Abin (adıq Абын — «meşə») — Rusiyanın Krasnodar diyarında çay. Varnavin su anbarına tökülür. Kuban çayının hövzəsinə daxildir. Çayın uzunluğuи — 81 km, su toplayıcı hövzənin sahəsi — 484 km²-dir. == Coğrafiyası == Abin çayı mənbəyi Kosexur silsiləsinin şimal yamacında yerləşir. Yuxarı axarlarında çay sürətl axır və suyu şəffafdır. Erivan stansiyasında çay Mixale çayı ilə birləşir və daha geniş dərə ilə axır. Bu bölgədə çay kənarı boyu Erivan-Şapsuqun torpaq yolu keçir. Şapsuq stansiyası yaxınlığında Abin çayı soldan özünün əsas qolunu Adeqoyu qəbul edir. Daha sonra çay Abinsk boyunca axır və Varnavin su anbarına tökülür.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (Şiraz – 31 dekabr 1286, Təbriz) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir. 1270-ci illərdə Hülakü xanın oğlu olan Mengü Teymur ilə evlənmişdir. Bu evlilikdən Alqançı və Kördüçin adlarında iki qızı olmuşdur. Abaqa xanın taxta çıxmasından sonra Fars atabəyliyi əlindən alındı və Farsın gəlirindən illik 70.000 qızıl təqaüd ayrıldı.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.