Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. == Həyatı == Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Mama (film)
Mama — İspaniya-Kanada ortaq istehsalı olan 2013-cü il qorxu filmi. == Süjet == 2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdiksən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçk qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurmtula bilirlər, amma Viktoryanın eynəyi sınır. Cefri uşaqları təek edilmiş bir evə aparır. Qızlarını və sonra özünü pldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür. Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Mada
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Mami
Mami — Yaponiya qadın adı. Mami Ueno — Yaponiya qadın futbolçusu. Mami Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu. Mami Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Maqma
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Nama
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. == Haqqında == Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
Xama
Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu. == Hazırlanması == Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. == Tərkibi == Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. == İstifadə == Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.
Gama
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.
Dama dama mesopotamica
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. == Tarixi == Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır. 1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu. Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı. "I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir. 2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. == Tarixi == "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu.
Mama Kannon məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Mama (film, 2013)
MMA
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Amma ulusu
Amma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Amma kəndidir. == Coğrafiyası == Mərkəzi Yakutiyanın cənub-şərqində yerləşir. Şimaldan Çurapçı ulusu, şərqdən və cənub-şərqdən Ust-Mayski ulusu ilə, cənubdan və qərbdən Aldan ulusu ilə, şimal-qərbdən Xanqalas və Meqino-Kanqalas ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 29,4 min km²-dir. === Təbii şərait === Amma çayının orta axarında, Prilenski yaylasında yerləşir. Yanvarda orta temperatur −38 … — 42 ° C, iyulda + 16 … + 18 ° C təşkil edir. Yağıntı ildə 200–250 mm-dir. == Tarixi == Ulusun mərkəzi 1652-ci ildə rus kəndli fermerləri tərəfindən Amqinskaya qəsəbəsi olaraq qurulan Ammadır. Saxalıların yerli sakinlərinin əkinçilik mədəniyyətinə qoşulduğu ilk rayonlardan biridir.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
АМГ-10 aviasiya yağı