Cvaris Mama kilsəsi

Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi.

Cvaris Mama kilsəsi
gürc. თბილისის ჯვარის მამის ეკლესია
Xəritə
41°41′26″ şm. e. 44°48′23″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Gürcü pravoslav kilsəsi
Əsas tarixlər 1795 - Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdır
1999-2000 - Restavrasiya işləri aparılıb
1921 - Kilsə fəaliyyətini dayandırıb
1989 - Tbilisi-Msxeta yeparxiyası tabeliyində fəaliyyətə başlayıb
Tikilmə tarixi V-VI əsrlər
Üslubu Gürcüstan memarlığı
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir.

Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir.

Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir.[1] Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır.[2]

1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.

  1. "Джварис Мама". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Фреска в Джварис-мама". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  • Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с. ISBN 977-5-4386-0854-7
  • მ. ქუთათელაძე, "თბილისის ტაძრები", ტ. I, თბ., 2010 გვ. 24–29
  • ვ. ბერიძე, XVI–XVIII საუკუნეების ქართული საეკლესიო ხუროთმოძღვრება, თბ., 1994
  • ნ. გენგიური, კუპელჰალე, თბ., 2005
  • ირ. გუნია, მცხეთა-თბილისის ეპარქიის ტაძრები, თბ., 2002

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Тбилиси. Церковь Святого Креста. Джварис Мама, Мамаджвари