Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
UEFA Cup
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri. UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra status dəyişikliklərinə gedilmiş, bununla da 2009-10 mövsümündən etibarən indiki adıyla təşkil başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası, UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir. 1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-ci ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004-05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir.
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
CHP
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
CPU
Mikroprosessor (CPU) (Central Processing Unit) — fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir.Ayrıca qurğu şəklində düzəldilən mərkəzi prosessor. Ölçüləri təqribən 2.5~2.5 sm olan çağdaş mikroprosessorun inteqral sxemində 1 milyondan artıq tranzistor olur. Mikroprosessor fərdi kompüterlərin hamısının əsasıdır, çünki yaddaş və qida mənbəyi əlavə etməklə praktiki olaraq hazır kompüter almaq olar (əlbəttə, periferiya qurğularını çıxmaqla). Bu günə olan ən geniş yayılmış mikroprosessorlar bunlardır: Apple Macintosh kompüterlərinin əsasında olan Motorola firmasının 680x0 mikroprosessorları və bütün IBM PS/2 və PC-uyumlu kompüterlərin əsasında olan Intel firmasının 80x86 ailəsi Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhzuldarlığı saniyədə 112 milyon əməliyyatdır.
CXP
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmək üçün müshəflərin kənarlarında cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olunmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb.
1UP.com
1UP.com — kompüter oyunları haqqında rəylər toplayan veb-saytdır. Əsası Ziff Deyvis tərəfindən 2003-cü ildə qoyulmuşdur. Bu saytın digər resenziya saytlardan fərqi istifadəçilərin oyunlar haqqında çit-kodları və skrinşotları bura yazmasıdır. Sayt bununla bir çox istifadəçilərə kömək edir.
CFP Franqı
CFP Franqı (Fransıcza: franc pacifique; ISO 4217: XPF) və ya sadəcə frank (franc). Fransa dənizaşırı kollektivliklərinə aid olan Fransa Polineziyası, Yeni Kaledoniya və Uollis və Futunada istifadə edilən rəsmi milli valyuta. == CFP sözünün açılımı == İlk öncələr CFP qısaltması Colonies Françaises du Pacifique sözlərinin baş həriflərinin qısaltması idi və qısaltmanın açması "Sakit Okean Fransız Koloniləri" demək idi. Daha sonralar isə mövcud olan CFP qısaltması, müvafiq olaraq öncə Communauté Financière du Pacifique (yəni "Sakit Okean Maliyə Cəmiyyəti" və sonra isə Comptoirs Français du Pacifique (yəni "Sakit Okean Fransız Eksçeinci") olaraq dəyişdirildi. ISO 4217 valyuta kodu XPF-dir. Avro ilə XPF = 0,00838 avro nisbətinə görə sabitlənmişdir. CFP Franqı Institut d'émission d'Outre-Mer tərəfində buraxılır. 26 fevral 2022-ci ildə qüvvəyə minən 15 sentyabr 2021-ci il tarixli sərəncam, CFP frank adını "Sakit Okeanın Fransız icmalarının frankı" kimi müəyyən edir.[1].
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. == Karyerası == === Birminhem Siti === "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. === Borussiya Dortmund === "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur. == Həyatı == Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var. Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər.
Cum shot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "sperma atışı" və ya "sperma səhnəsi" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur. Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Cun Amano
Cun Amano (19 iyul 1991, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Cun Aşida
Cun Aşida (芦田 淳, Aşida Cun, 21 avqust 1930, Concu, Yaponiya imperiyası – 20 oktyabr 2018) – Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir. == Həyatı == Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır. Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.
Cun Haseqava
Cun Haseqava (長谷川 潤, Haseqava Cun, 5 iyun 1986, Nyu-Hempşir) – Yaponiya-ABŞ modeli. Isle Management ilə əməkdaşlıq edir. Boyu 164 santimetrdir. Haseqava 2005-ci ildə "Vivi" dəb jurnalının ekslüsiv modeli olduqdan sonra populyar modelə çevrilmişdir. O, səkkiz il boyunca jurnal üçün modellik etmişdir. Bundan əlavə, "Glamorous" jurnalının da modeli olmuşdur. Tarento sənayesində aktiv fəaliyyət göstərir.
Cun Mizutani
Cun Mizutani (水谷 隼, Mizutani Cun, 9 iyun 1989, İvata, Şizuoka prefekturası) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cun Mizutani Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Daha sonra Cun Mizutani Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Cun Mizutani Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın sahibi olub.
Cun Yucin
Jung Yoo-jin (19 fevral 1989, Cənubi Koreya), həmçinin Eugene Jung kimi tanınan Cənubi Koreyalı model və aktrisadır. O, karyerasına YG Entertainment-də model kimi başlamışdır. O, "Heard It Through the Grapevine (2015)", "Moorim School" və "W" kimi Koreya dramlarındakı rolları ilə tanınır. 2018-ci ilin fevralında Cun FNC Entertainment idarə agentliyi ilə müqavilə imzaladı.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.