Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köndələn
Köndələn — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Kənd Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı "eninə istiqamətdə olan, əyri, tərs" mənasında olub, yerləşdiyi çökəkliyin adı ilə bağlıdır. Azərbaycan ərazisində köndələn komponenti geniş areala malikdir: Köndələnarx (Goyçay rayonu), Köndələn əkin yeri (Qəbələ rayonu), Köndələnyer (Oğuz, Füzüli rayonları), Köndələnyol (Qax rayonu), Köndələnçöl (Zaqatala rayonu) və s.. Kəndin əhalisi 844 nəfər təşkil edir ki, onun da 431 nəfəri kişi, 413 nəfəri isə qadındır. .
Köndələn bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Evləri köndələn yar (film, 1982)
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quymaq
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Qaymaq Mustafa Paşa
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi. 1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Arxada iz qoyma
Arxada iz qoyma (ing. Leave No Trace) — amerikalı rejissor Debra Qranikin 2018-ci ildə ekranlara çıxan dram filmi. Ata və qızı xeyli müddətdir ki, Portlend yaxınlığındakı təbiət qoruğunda dinc və təcrid olunmuş həyat sürür. Bu həyat tərzi onlardan biri kiçik bir səhv edənə qədər davam edir. Ben Foster Thomasin Harcourt McKenzie bleeckerstreetmedia.com/leave-no-trace/ — Arxada iz qoymanın rəsmi saytı Arxada iz qoyma — Internet Movie Database saytında.
Göydağ
Göydağ (Naxçıvan)
Göydələn
Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur. Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur. Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır. İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.
Səndələn
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Kündələc (Mərənd)
Kündələc (fars. كندلج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,025 nəfər yaşayır (602 ailə).
Sanqalan (Səndələn)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Səndələn (Sanqalan)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
İmperiya (göydələn)
İmperiya (ing. Empire business high-rise, ранее известен как Imperia Tower) — biznes kompleksi, 60 mərtəbəli tikili, Rusiyanın Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən göydələn. Kompleksin ümumi sahəsi 203,191 m²-dir, bunlardan 121 497 m² ofis otaqları, 45.377 m² isə mənzillərdən ibarətdir. Kompleks Sərgi metro stansiyasına və Beynəlxalq metro stansiyasına yaxın məsafədə yerləşir. Tikili 23 noyabr ayının 2011-ci ilində istismara verildi. Bina 239 metr hündürlüyündə və 60 mərtəbədən ibarətdir. İkinci mərhələnin inşasına 2013-cü ildə başlamışdır.
Göydağ (Göygöl)
Göydağ – Göygöl rayonu ərazisində dağ. Sərt yoxuşlu aşırımı var. Kəpəz dağı ilə Sarısu kəndi arasındadır. Dağ alp çəmənləri ilə zəngin olub, yaşıla (göy rəngə) büründüyü üçün belə adlandırılmışdır. Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Oğuz (Filfili kəndi), Şəki (Aydınbulaq kəndi) rayonları ərazilərində də eyniadlı dağlar vardır. Bu oronimlərin bir qismi dağ süxurlarının göy rəngə çalması ilə bağlıdır.
Göydağ (Naxçıvan)
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qorşaq
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı. Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Qonselen
Qonselen (fr. Goncelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38181. Kommunanın 1999-cu il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
Arbini
Arbini (fr. Arbigny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01016. 2010-ci ildə əhalinin sayı 399 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 250 nəfər arasında (15-64 yaş) 188 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.2%, 1999-cu ildə bu 72.7%). Aktiv 188 sakindən 173 nəfəri (98 kişi və 75 qadın), 15 nəfəri işsizdir (8 kişi və 7 qadın). Fəal olmayan 62 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Armini
Armini (təq. e.ə. 17[…] – təq. 21) — germanların Xerusk tayfasının başçısı. Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini idi. O, dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı. Germaniyada bu zaman Roma legionlarına əslən suriyalı prokonsul Kvintali Var başçılıq edirdi. Daha doğrusu, o, Reynin o biri sahilindəki tayfa və xalqları itaətdə saxlamaq vəzifəsini icra edən general-qubernator idi.
Ağbiji
Ağbiji (Əfx abx. Аӷбажь < аӷба — "gəmi" və ажь — "üzüm"), Abxurdzeni — Abxaziyadan olan gürcü aborigen qırmızı üzüm şərabı üzüm çeşididir . Hekayəyə görə, bu sort gəmi ilə Abxaziyaya gətirilib, sonra Qudauta yaxınlığındakı Kulanurxva kəndinə yayılıb. == Təsvir == Yetkin yarpaq orta ölçülü və yuvarlaq formadadır. Üç loblu, zəif çentikli, demək olar ki, bütövdür. Yarpağın aşağı tərəfi tez-tez pullu tüklərlə örtülmüşdür. Çiçək biseksualdır. Salxımlar orta ölçülü, konusvari, nadir hallarda silindrik, qanadlı, çətirşəkilli və ya orta çətirvari olur. Taxıl orta ölçülü və yuvarlaqdır. Tünd mavi, qaraya keçid, lakin mumlu qar dənəciyi səbəbiylə mavimsi bir rəngə sahib olacaq.
Ağvani
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında işlənir. Toponim ağvan (alban) etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ağzıbir
Ağzıbir (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ağzıbir (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağzıbir (Göyçə) — Göyçə mahalında kənd.
Manzini
Manzini — Esvatininin ən iri şəhəridir. Əhalisi — 78 min nəfər (2008), 1960-cı il ilə kimi şəhərin adı Bremersdorp idi.