Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd.[2]
Qoxmuq | |
---|---|
41°12′57″ şm. e. 47°08′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 538 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.853 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5526[1] |
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.[3]
Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır.
Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.[4]
Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.[4]
Kənddə Qoxmuq kənd məscidi dini icması fəaliyyət göstərir[5].
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |