Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afik Həsənov da səfərbər olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Afiq Həsənov
Afiq Rəşid oğlu Həsənov (7 may 1951, Fərzalı, Gədəbəy rayonu) — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Afiq Həsənov 07 may 1951-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1958÷1968-ci illərdə həmin rayonun İsalı kənd orta məktəbində oxumuş, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1972-ci ildən təhsilini prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitutunda davam etdirmiş və 1974-cü ildə həmin İnstitu bitirib. "Start" və "Pluq" tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik (PhD), 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən texnika elmləri üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir.
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Afiq Süleymanov
Afiq Süleymanov (10 iyul 1954) — Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi (1999). 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Afiq Süleymanov 10 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə ADBTİA-nı bitirdikdən sonra Azərbaycan Dövlət İdman Komitəsində təlimatçı, dövlət məşqçisi, idarə rəisi vəzifəsində çalışıb. Sonralar ÜİLKGİ MK-nin komsorqu, KP RK-nin şöbə müdiri, qadınlardan ibarət ot üstü hokkey üzrə "Rabitəçi" idman komandasının rəisi, 1991-1996-cı illədrə Əlillərin "Mərhəmət" Bədən Tərbiyəsi və İdman Assosiyasiyasının 1-ci vitse prezidenti vəzifəsində işləyib. 1996 -cı il təsis konqresində qrumun baş katibi seçilib. 1996 -cı il Atlanta, 2000 - ci il Sidney, 2004 - cü il Afina,2008-də Pekin, 2012 ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinin olub.[mənbə göstərin] 8 fevral 2013-cü il Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsinə təkrarən seçilmişdir.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
== Siyahı ==
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Akif Bəşirov Orduya könüllü yazılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib. Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında general-mayor Polad Həşimovun şəhid olmasından sonra Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Akif Yusifov
Akif Əli oğlu Yusifov (8 iyul 1948, Azərbaycan SSR, Qax rayonu, Almalı kəndi) — Şəki Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Akif Yusifov 1976-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmiş və həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının əsərlərində 200-dən artıq tamaşada müxtəlif maraqlı, yadda qalan obrazlar yaratmışdır. Bunlardan N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Xudaverdi bəy, Ə. Nesinin "Toros canavarı"nda Osman, M. Kərimin "Ay tutulan gecə" əsərində – Yalsı qul, N. İbsenin "Kuklalar evində" Doktor, E.de Filipponun "Ruhlar"ında Qastoni, X. Eçeqarayın "Mahir aradüzəldənlər" pyesində Don Xuan və sairə rollarını göstərmək olar. 1977-ci ildə Bolqar dramaturqu R. Stoyanovun "Ustalar", 1978-ci ildə Macar dramaturqu Ş. Petefinin "Pələng və Kaftar", 1980-ci ildə Alman dramaturqu B. Brextin "Arturo Uİ-nin karyerası",1981-ci ildə Çex dramaturqu K. Çapekin "Ağ xəstəlik",1982-ci ildə Rumın dramaturqu M. Sebastianın "Adsız ulduz" kimi festival tamaşalarında da A. Yusifov gözəl obrazlarla tamaşaçı rəğbəti qazanmışdır. == Mükafatları == 2001-ci ildə teatrın səhnəsində qoyulmuş Hidayət Orucovun "Məni qınamıyın" tamaşasında Redaktor roluna görə "Qızıl Dərviş" mükafatına almışdır. 27 may 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yük (film, 1995) Bir ovuc torpaq (film, 2009) Cavad xan (film, 2009) Yaddaş (film, 2010) Döngələr (teleserial, 2012) Qırmızı bağ (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Akif Çovdarov
Çovdarov Akif Teymurxan oğlu (28 avqust 1952, Marneuli rayonu) — keçmiş MTN-nin general-mayoru. == Həyatı == Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib. == Fəaliyyəti == Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. == Həbsi == Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.
Akif İbrahimov
Akif İbrahimov (azərb. Akif İsmayıl oğlu İbrahimov‎; 30 oktyabr 1952, Bakı) — riyaziyyatçı (tətbiqi rizaziyyat), fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Akif İsmayıl oğlu İbrahimov 30 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. === Ailəsi === Akademik İsmayıl İbrahimovun oğludur. === Təhsili === 1971–1976-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Moskvada SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Qubkin adına Neft İnstitutunun elmi işçisi, xarici neft şirkənin əməkdaşı olub. 2000-ci ildən Texas Ştatının universitetinin professorudur. Neft sənayesinə dair elmi əsərləri xarici ölkələrdə çap olunmuşdur.
Akif İslamzadə
Akif Qədir oğlu İslamzadə (8 avqust 1948, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.
Akif Şahbazov
Akif Rəhim oğlu Şahbazov (15 dekabr 1957, Yuxarı Cürəli, Puşkin rayonu – 20 iyun 2023) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, dövlət qeydiyyatına alınmamış Açıq Cəmiyyət Partiyasının sədri (2007-2012). == Həyatı == 1957-ci il dekabrın 15-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Azərbaycan və rus dilini bilirdi. 20 iyun 2023-cü ildə Bakıda vəfat edib, doğulduğu Y. Cürəlidə dəfn edilib. Evlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olmuşdur. 1998-ci ildə Yeni Azərbaycan Partiyasından istefa edərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları ilə birgə Azərbaycan Demokrat Partiyasından ayrılmış, Açıq Cəmiyyət Partiyasının quruculuğunda iştirak edərək həmin partiyanın sədri seçilmişdir.
Akif Şahverdiyev
Akif Şahverdiyev (2 aprel 1959, İmişli rayonu – 2018, Bakı) — yazıçı, publisist. == Həyatı == 2 aprel 1959-cu il İmişli rayonunda fəhlə ailəsində anadan olub. 1 sentyabr 1966-cı il İmişlirayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 18 iyun 1967-ci il Atası Bəşir Əsədulla oğlu Şahverdiyev 42 yaşında xərçəng xəstəliyindən vəfat edib. 15 mart 1968-ci il Atasının vəfatından sonra ailəsi ilə birlikdə Beyləqan rayonuna köçmüçdür. 1 sentyabr 1968-ci ildə Beyləqan rayonundakı 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1971–1974-cü illərdə Rejissor Aqil Novruzovun Beyləqan rayon Xalq Teatrında tamaşaya qoyduğu "Nadir Şah", "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərində müxtəlif rolları ifa etmişdir. Fevral 1974-cü ildən Ümumtifaq Lelin Kommunist Gənclər İttifaqının (komsomolun) üzvü olub. Komsomol bileti N:18490104 1 sentyabr 1974-cü il Sumqayıt şəhər 49 saylı OTPM-ə daxil olub. Sentyabr 1974-cü il SSRİ Həmkarlar İttifaqına üzv qəbul olunub.Bilet N:00484410 1977-ci ildə Rejissor Ağalar Mehdiyevin Sumqayıt şəhər 49 saylı OTPM-də hazırladığı "Kamança " (C.Məmmədquluzadə) pyesində erməni Baxşı rolunu ifa etmiş, elə həmin il peşə məktəbləri arasında keçirilən ümumrespublika müsabiqəsində 1-ci yeri tutmuşdur.
Akif Əkbərov
Əkbərov Akif Abbas oğlu (2 fevral 1952, Balyand, Cəbrayıl rayonu – 5 avqust 1991, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.