Akif Abbasov

Akif Abbasov (tam adı: Akif Nurağa oğlu Abbasov), (28 may 1950, Əli-Bayramlı) Azərbaycan Respublikasının Təhsil İnstitutunın elmi katibi, Xəzər Universitetində FD 2.49 Müdafiə Şurasının üzvü, Şura yanında Təhsilin təşkili və planlaşdırılması (5802.01) ixtisası üzrə elmi seminarın sədri,[1]Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru

Akif Abbasov
Akif Nurağa oğlu Abbasov
Doğum tarixi 28 may 1950(1950-05-28) (74 yaş)
Doğum yeri
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər doktoru (1995)
Elmi adı
İş yeri Azərbaycan Respublikasının Təhsil İnstitutu
Təhsili
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan SSR Qabaqcıl maarif xadimi

1950, 28 may – Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuşdur. 1957, 01 sentyabr – şəhər 1 nömrəli məktəbin birinci sinfinə getmiş, 1960-cı ilin 01 sentyabrından təhsilini N. Nərimanov adına 2 nömrəli məktəbdə davam etdirmiş və 1967-ci ildə məzun olmuşdur.

1968–1973-cü illər[2] M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsində; 1971–1973-cü illər həmin institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsində təhsil almışdır. Təyinat əsasında Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975)[3].[4]1975-cildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001).[3][2][5] 2001-ci ildən həmin institutun elmi katibidir.[2]

28 may 1987-ci ildə "VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 04 aprel 1995-ci ildə respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 yanvar 1995-ci il tarixli qərarı və akad. A. X. Mirzəcanzadənin 01 fevral 1995-ci il tarixli, 25 №-li əmri ilə yaradılmış B/D 0954.01–06 ixtisaslaşdırılmış müdafiə şurasında "Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.[3] Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992–1998)[2][5]. Azərbaycan, rusingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktoru olmuşdur (2000–2006).[5] Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərlər"inin baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərlər"inin redaktorudur.

Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən, Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzetində başlamış, dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, müxtəlif qəzet və jurnallarda çap edilmiş, kitab və kitabçalar kimi işıq üzü görmüşdür. Ümumtəhsil, orta ixtisas və ali məktəblər, eyni zamanda xüsusi məktəblər üçün 15-dən artıq dərslik və dərs vəsaitinin, həmçinin bir sıra fənn proqramının və elmi-metodik əsərlərin müəllifidir.[3]

Rus dilindən azərbaycancaya tərcümə etdiyi birpərdəli pyeslər — M. Bayciyev. Duel(1 sentyabr 1980 (saat 22.30)), Z. Çernışeva. Buzda ehtiyatlı ol(1 dekabr 1980 (saat 22.30)), Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə(2 fevral 1981 (saat 22.30)), Y. Obuxov. Nənə gələndə(7 fevral 1983), V. Kojevnikov. Səhra(3 yanvar 1983), Y. Ziskind. Uğurlu skamya(4 fevral 1985) respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir. 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi(müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru Həsən Əbluc olmuşdur.[2] Tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.

Ailəlidir, iki övladı, iki nəvəsi var.

  • 1967–1968 – Əli Bayramlı (Şirvan) şəhərində çıxan "İşıq" qəzeti redaksiyasında müxbir;[3]
  • 1973, 16 avqust-1975, 08 aprel – təyinatla Sabirabad rayonundakı Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi;
  • 1975, 09 aprel – müsabiqə yolu ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi;
  • 1977, 8 avqust – 1988, 06 aprel — Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi;
  • 1985–1987 – Bakı şəhəri Səbail rayonu xalq məhkəməsində xalq iclasçısı;
  • 1986–1987 – respublika televiziyasında akademik Hüseyn Əhmədovla birlikdə "Ailə həyatının etika və psixologiyası" verilişində teleaparıcı
  • 1987, 30 noyabr – "Воспитание школьников" (Moskva) jurnalının Azərbaycan Respublikası üzrə müxbir postunun üzvü:
  • 1988, 06 aprel-1994, 03 yanvar – Azərbaycan ETPEİ tərbiyənin ümumi problemləri şöbəsinin baş elmi işçisi;
  • 1992–1998 – Azərbaycan ETPEİ-də baş elmi işçi və sonra şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işləri üzrə prorektor;
  • 1994, 03 yanvar-2000, 18 sentyabr – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ali və orta ixtisas təhsili şöbəsinin müdiri;
  • 1996–1998 – respublika televiziyasında "Maraq dünyası" verilişində münsiflər heyətinin sədri;
  • 1996-cı ildən — hazırda"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" adlı ali məktəblərarası elmi-tematik məcmuənin redaksiya heyətinin üzvü;
  • 1997–1999 — Azərbaycan ETPEİ-də fəaliyyət göstərən 13.00.01 – pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü;
  • 1999-cu ildən hal-hazıra kimi "Mütərcim" bədii, elmi-publisistik, tərcümə jurnalının redaksiya heyətinin üzvü;
  • 2000–2006-cı illərdə — "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri, metodik jurnalın redaktoru;
  • 2000, 01 noyabr — Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ali və orta ixtisas təhsili şöbəsinin müdiri
  • 2001, 01 dekabr – hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi vəzifəsində çalışır.
  • 2001 — hazırda — Azərbaycan Jurnalistlər Birliyinin üzvü;
  • 2002, 20 iyun – Azərbaycan Yazıçılar Birliyinin üzvü;
  • 2003 — Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədri akademik A. Ş. Mehdiyevin əmri ilə BDU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə birdəfəlik dissertasiya şurasının üzvü və elmi katibi;
  • 2003, 30 may — Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 07 №-li qərarı ilə BDU-da psixologiya elmləri üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə N 02.014 daimi dissertasiya şurasının üzvü və elmi katibi;
  • 2003 – Azərbaycan Pedaqoji-Psixoloji Elmlər Assosiasiyasının vitse-prezidenti;
  • 2003-cü ildən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Elmi əsərlər"inin (baş redaktor prof. A. O. Mehrabov) məsul katibi, sonralar baş redaktor müavini kimi fəaliyyət göstərmiş, hazırda jurnalın baş redaktoru;
  • 2006, 05 may — Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda pedaqoji elmlər üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə N 02.191 daimi dissertasiya şurasının üzvü və elmi katibi
  • 2007 — hazırda "Milli pedaqogika məktəbi" (hazırda "Pedaqogika") jurnalının (baş redaktor prof. F. B. Sadıqov) redaksiya heyətinin üzvü;
  • 2007-ci ildən "Azərbaycanda xarici dillər" jurnalının redaksiya heyətinin üzvü;
  • 2009, 24 aprel — Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki);
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sosial və humanitar elmlər üzrə ekspert komissiyasının üzvü olmuşdur

Mükafat və Təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 1981, 23 oktyabr – respublika Maarif Nazirliyinin Fəxri Fərmanı;
  • 1981 – Azərbaycan ETPEİ-nin 50 illik yubileyində həmin institutun Fəxri fərmanı;
  • 1986, 24 sentyabr – Respublika Maarif Nazirliyinin "Qabaqcıl maarif əlaçısı" döş nişanı;
  • 2001, 12 mart – Əli Bayramlı (Şirvan) şəhər mətbuatının 70 illiyi münasibətilə, şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunmuş və qol saatı ilə mükafatlandırılmışdır.
  • 2004, 18 iyun – Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə professor elmi adı;
  • 2006, 26 dekabr — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı;
  • 2007, sentyabr – "Qızıl qələm" mükafatı almışdır.
  • 2012, 1 oktyabr — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Beynəlxalq və Respublika konfranslarında təmsilçilik

[redaktə | mənbəni redaktə et]
  • 1979, 16–18 avqust – Taqanroq şəhərində keçirilən şagird özünüidarə orqanlarının fəaliyyətinə həsr olunmuş Ümumittifaq elmi-praktik konfransı;
  • 1981 – Çeçen-İnquş Muxtar Respublikasında (Qroznı şəhəri yaxınlığında) on beş günlük hərbi təlim toplanışı;
  • 1981, 15–17 dekabr – "Elmi ateizm tərbiyəsi şagirdlərin kommunist tərbiyəsinin tərkib hissəsidir" mövzusunda Ümumittifaq elmi-praktik konfransı (Moskva şəhəri);
  • 1982, mart-avqust – Simferopol şəhəri yaxınlığındakı hərbi hissədə zabit-tərcüməçi kimi 153 günlük təlim-toplanışı;
  • 1983, 18–19 oktyabr – "Məktəblilərin ailə həyatına hazırlanması" mövzusunda Riqa şəhərində keçirilən elmi-praktik konfrans

400-dən çox elmi-metodik və bədii əsərin müəllifidir.

  1. Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh.
  2. Şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işinin təlim prosesində nəzərə alınması. Bakı: Azərbaycan Respublikası Maarif Nazirliyinin nəşri, 1983, 26 səh.
  3. Şagirdlərin elmi-ateizm tərbiyəsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1984, 24 səh.
  4. VIII–X sinif şagirdlərinin ailə həyatına hazırlanması üzrə işin forma və yolları. Bakı: Maarif Nazirliyinin nəşri. 1984, 24 səh.
  5. Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1984, 156 səh. (Z. Qaralov, R. Mustafayeva, Ə. Həşimovla birlikdə)
  6. Ailədə uşaqların hüquq tərbiyəsinin yolları. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh.
  7. Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (I hissə). Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh. (Ə. Əlizadə ilə)
  8. Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (II hissə). Maarif Nazirliyinin nəşri, 1985, 34 səh. (Ə. Əlizadə ilə)
  9. Dərsdənkənar fəaliyyət prosesində şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh.
  10. Совместная работа школы, семьи и общественности в правовом воспитании учащихся. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 32 səh.
  11. Şagirdlərdə sülhə məhəbbət və müharibəyə nifrət hisslərinin tərbiyə olunması metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh. (Y. Qaraxanovla)
  12. Məktəblilərdə çörəyə qənaət və qayğılı münasibət hissinin tərbiyə edilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 31 səh. (T. Paşayevlə)
  13. Ümumtəhsil məktəblərinin tədris fənlərində Sov. İKP XXVII və Azərb. KP XXXI qurultaylarının materiallarının öyrənilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 58 səh.(R. Əliyev və N. İsrafilovla)
  14. Yuxarı sinif şagirdlərinin ictimai-siyasi fəaliyyəti prosesində onlarda fəal həyat mövqeyinin formalaşdırılması üzrə işin metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Q. Əhmədovla)
  15. "Ailə həyatının etika və psixologiyası" kursu üzrə tapşırıqlar sistemi. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 18 səh. (Ə. Əlizadə ilə)
  16. "Ailə həyatının etika və psixologiyası" kursunun tədrisinin ümumi məsələləri. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Ə. Əlizadə ilə)
  17. Ailə (elmi-kütləvi nəşr). Bakı: Maarif, 1989, 312 səh. (Ə. Əlizadə ilə)
  18. Ümumtəhsil məktəbi şagirdlərini ailə həyatına hazırlamağın bəzi məsələləri. Bakı: Təhsil Nazirliyinin nəşri. 1989, 41 səh.
  19. Təlim prosesində və dərsdənkənar tədbirlər zamanı şagirdlərdə ailə həyatının mənəvi və psixoloci əsaslarının formalaşdırılması. Bakı: Təhsil Nazirliyinin nəşri, 1991, 64 səh.
  20. Az söylə, söz söylə (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər). Bakı: Maarif, 1992, 400 s. (S. Həsənova ilə)
  21. Qız gəlin köçür (yeniyetmə və gənclərin ailə həyatına hazırlanması məsələləri). Bakı: Gənclik, 1992, 44 s. (H. Əhmədovla)
  22. Müqəddəs şəxslərin tərbiyəvi fikirləri. Azərb. ETPEİ-nin nəşri, 1992, 18 səh. (H. Əhmədovla)
  23. Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: ped.elm. dok. dis. avtoref. Bakı: ADPU, 1995, 42 səh.
  24. Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: ped.elm. dok. dis. Bakı: ADPU, 1995, 309 səh.
  25. Azərbaycan tarix və mədəniyyət abidələrinin məktəblilərə öyrədilməsinin metodikası. Bakı: Təhsil Nazirliyinin nəşri, 1996, 16 səh. (T. Paşayev, Y. Məmmədovla)
  26. Azərbaycan Respublikasının Konstitusiyası və orta ümumtəhsil məktəblərində ondan istifadənin imkanları. Bakı: Təhsil Nazirliyinin nəşri, 1997, 85 səh. (Ş. Mikayılov və b. ilə)
  27. Bakı Ali Pedaqoji Qızlar Seminariyası. Bakı: Çaşıoğlu, 1997, 62 səh. (A. Rəhimov və b. ilə)
  28. İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət. Bakı: Mütərcim, 1999, 100 səh. (X. Asimqızı ilə)
  29. Əli Bayramlı mətbuatı ("Muğan sədası"ndan başlanan "İşıq"lı yol). Bakı: Araz, 2000, 160 səh. (F. Rəhimovla)
  30. Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti. Bakı: Mütərcim, 2006, 196 səh.
  31. Bütün tip ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəyə kompleks yanaşma proqramı. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 168 səh.(K. Rəhimov, Z. Qaralov, Ə. Ağayev və b. ilə)
  32. Ailə həyatının etika və psixologiyası: IX sinif üçün. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 32 səh. (Ə. Əlizadə ilə)
  33. Ailə həyatının etika və psixologiyası (təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri): IX sinif üçün. Bakı: Maarif Nazirliyinin nəşri 1989, 50 səh. (Ə. Əlizadə ilə)
  34. Pedaqogika. Bakı: Mütərcim, 1998, 70 səh. (H. Əlizadə və b. ilə)
  35. İlyas Əfəndiyev adına Elitar gimnaziyanın I–IV sinifləri üçün ingilis dili proqramı. Bakı: Təhsil Nazirliyinin nəşri, 2002, 35 səh. (M. Məmmədova ilə)
  36. Milli əxlaq və ailə etikası. Bakı: ADPU, 2008, 40 səh. (R. Əliyev və S. Bayramova ilə)
  37. Pedaqogika: orta ixtisas məktəbləri üçün. Bakı: Mütərcim, 2010, 25 səh.
  38. Ailə: IX siniflər üçün dərslik. Bakı: Maarif, 1986. 276 səh. (Ə. Əlizadə ilə)
  39. Ailə həyatının etika və psixologiyası: Müəllim üçün vəsait. Bakı: Maarif, 1988, 192 səh. (Ə. Əlizadə ilə)
  40. Ailə. IX siniflər üçün dərslik. Bakı: Maarif, 1989, 256 səh. (Ə. Əlizadə ilə)
  41. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 səh. (Ə. Əlizadə ilə)
  42. Pedaqogikadan müxtəsər konspekt və sxemlər. Bakı: Günel, 1993, 62 səh.
  43. Pedaqogika: müxtəsər və konspekt və sxemlər. Bakı: 1995, 62 səh.
  44. Oxu (zəif eşidənlər üçün internat məktəbinin III sinfi üçün). Bakı: Maarif, 1997, 160 səh. (F. Sadıqov, D. Dostuzadə ilə)
  45. Pedaqogika: Ali məktəblər üçün dərslik. Bakı: Renessans, 2000, 202 səh. (H. Əlizadə ilə)
  46. ABC Book. I sinif üçün ingilis dili dərs vəsaiti. Bakı: Elnur-Poliqrafiya müəssisəsi, 2003, 36 səh. (M. Məmmədova ilə)
  47. İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi (V–XI siniflər üçün). Bakı: Mütərcim, 2006, 104 səh.
  48. Pedaqogika: müxtəsər konspekt və sxemlər. Bakı: Mütərcim, 2007, 80 səh.
  49. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2008, 296 səh.
  50. İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi: Ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün. Bakı: Mütərcim, 2008, 104 səh.
  51. Oxu (zəif eşidən uşaqlar üçün). III sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
  52. Oxu (zəif eşidən uşaqlar üçün). IV sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
  53. Oxu (zəif eşidən uşaqlar üçün). V sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 168 səh.
  54. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2009, 348 səh.
  55. Oxu (zəif eşidən uşaqlar üçün). II sinif üçün dərslik. Bakı: Təhsil, 2010, 100 səh.
  56. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 348 səh.
  57. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2010, 344 səh.
  58. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 320 səh.
  59. Seçilmiş əsərləri. 12 cilddə. I cild. Bakı: Mütərcim, 2010, 344 səh.
  60. Təhsil sisteminin idarə olunmasının pedaqoji-psixoloji problemləri. Bakı: Mütərcim, 2011, 338 səh.
  61. Oxu-2: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Şərq-Qərb, 2011, 128 səh.
  62. Müəllim hazırlığına yeni yanaşmalar. Bakı: Mütərcim, 2012, 324 səh.
  63. Milli əxlaq və ailə etikası: universitetlərin magistratura səviyyəsi üçün dərslik. Bakı: Mütərcim, 2013, 324 səh.
  64. Təhsilin modernləşdirilməsinin aktual problemləri. Bakı: Mütərcim, 2013, 412 səh. (şərikli)
  65. Seçilmiş əsərləri. 12 cilddə. II cild. Bakı: Mütərcim, 2014, 360 səh.
  66. Pedaqoji internatura. Bakı: Mütərcim, 2015, 48 səh.
  67. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2015, 324 səh.
  68. Ailə pedaqogikası: Universitetlərin bakalavriat səviyyəsi üçün dərslik . Bakı: Mütərcim, 2019, 272 s.
  69. Ailə pedaqogikası: Müntəxəbat: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2020, 272 s. (R. Məmmədzadə ilə).
  70. İxtisasa giriş: Universitetlərin bakalavriat səviyyəsi üçün dərslik. Pedaqogika ü.fəlsəfə doktoru R. R. Məmmədzadə ilə. Bakı: Mütərcim, 2020, 164 s.
  71. Seçilmiş əsərləri. 12 cilddə. III cild. Bakı: Mütərcim, 2020, 272 s.
  72. Pedaqogika: Müntəxəbat: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2021, 608 s. (R. Məmmədzadə və L. Məmmədli ilə).

… və s. ali və orta məktəblər üçün proqramların, ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün dərslik və dərs vəsaitlərinin, həmçinin monoqrafiyaların, tərçümələrin, bədii əsərlərin müəllifidir.

  1. Canavar balasıredaktor və aktyor (1997-ci il — Azərbaycan istehsalı dram, triller, müharibə janrında film. Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi səviyyəsində hüquqi dəstək göstərilmişdir.);
  2. Qırmızı qar (film, 1998)redaktor (1998-ci il, Azərbaycan istehsalı dram, müharibə janrında film).
  1. "Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası. Pedaqogika üzrə elmi şura". "shura.ict.az".
  2. 1 2 3 4 5 İntiqam Cəbrayılov. "Respublika günündə doğulmuş professor, yazıçı, dramaturq, tərcüməçi, jurnalist və dəyərli insan" (az.). Yazarlar. 28.05.2021. 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
  3. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası. ABBASOV Akif Nurağa oğlu. I CİLD. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 608. ISBN 978-9952-441-02-4.
  4. Sadıqov, Fərahim. "Şirvandan başlanan yol" (az.). Azad Azərbaycan. 17.09.2020. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
  5. 1 2 3 Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 140.
  • "Ə. Y. Seyidov, M. M. Mehdizadə və M. Ə. Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 439–440.
  • "60 illik ömür yolu". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 235.
  • "İstedadın işığı, zəhmətin bəhrəsi…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 107.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]