Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Anatoli
Anatoli Banişevski — Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Torkunov — Rusiya diplomatı, tarixçisi, akademik. Anatoli Davidoviç - Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Lukyanov - Sovet partiya və dövlət xadimi Anatoli Karpov - şahmat üzrə 12-ci dünya çempionu Anatoli Lunaçarski - rus-sovet yazıçısı, tərcüməçi, akademik Anatoli Lyadov - rus bəstəkarı, dirijor, pedaqoq, Anatoli Papanov - sovet teatr və kino aktyoru Anatoli Rıbakov - Rusiya yazıçısı. Anatoli Kotenyov - Aktyor Anatoli Falkoviç - Aktyor Anatoli Smiranin — Aktyor Anatoli Ponomaryov - İsveç və Azərbaycan futbolçusu. Anatoli Aleksandrov - böyük sovet fiziki, üçqat Sosialist Əməyi Qəhrəmanı Anatoli Solovyov - Aktyor. Anatoli Yabbarov — Aktyor Anatoli Tebloyev - Rusiya futbolçusu, Anatoli Borisov Anatoli Terpitski — Belarus aktyoru, Belarusun əməkdar artisti. Anatoli Solovyanenko — Dünya şöhrətli tenor. Anatoli Strekov - texnika elmləri doktoru Anatoli Miller — rus türkoloqu. Anatoli Ravikoviç - SSRİ və Rusiya teatr və kino aktyoru. Anatoli Quskov — Azərbaycan SSR daxili işlər naziri (1953-1954), Anatoli Novoseltsev – Sovet şərqşünası.
Analoq
Analogiya ( q.yun. ἀναλογία — "oxşarlıq", "uyğunluq") - 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər. == Misal == Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir: Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası). == Həmçinin bax == Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Anatoli Anatoli oğlu Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Anatoli Ponomaryov
Anatoli Ponomaryov — İsveç və Azərbaycan futbolçusu. == Həyatı == Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi və "Bakı"nın sabiq futbolçusu olan Anatoli Ponomaryov "Kalmar" ilə İsveç çempionatının bürünc medalını qazanıb. İqor Ponomaryovun oğludur.
Anatoli Qenatulin
Anatoli Qenatulin (başq. Талха Йомабай улы Ғиниәтуллин 20 aprel 1925, Uraz – 7 noyabr 2019, Moskva) — Sovet və rus yazıçısı, nəsr ustası, Başqırdıstanın Xalq yazıçısı. Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi. Milliyətcə başqırdır. == Bioqrafiyası == Başqırd Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katayskİ kantonu olan Urazovo kəndində (indiki Başqırdıstanın Uçalı rayonunda) anadan olub. Valideynlərini erkən itirmiş, yetim qalmışdır. Daşkənddəki Fabrik-Zavod şagirdlik məktəbində oxuyur. Yalnız 16 yaşından rus dilini öyrənməyə başlayır. 1943-cü ilə qədər Uralda frezer maşinisti işləyir. 1943-cü ildən cəbhədə çalışmışmağa başlayır.
Anatoli Qryazev
Anatoli Qryazev (1937) — Sovet futbolçusu, yarımmüdafiəçi, məşqçi. Karyerasına 1959-cu ildə "Toxucu" Kirovabad klubunun "B" sinifində başlamışdır. Elə həmin il "Neftyannik" Bakı klubuna keçid etdi. O 1960-1966-cı illərdə SSRİ çempionatında 138 matçda 4 qol vurub. 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. Karyerasının sonunda "Neftçi" nin baş məşqçisi və məşqçisi, Dinamo GOHM klubunun məşqçisi (1991) vəzifələrində çalışıb.
Anatoli Quskov
Anatoli Mixayloviç Quskov (3 sentyabr 1914, Moskva – 23 dekabr 2005, Moskva) — Azərbaycan SSR daxili işlər naziri (1953–1954), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956). == Həyatı == 3 sentyabr 1913-cü ildə Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə rusdur. 1939-cu ildən daxili işlər və dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. Böyük Vətən Müharibəsinin başlanmasından sonra hərbi əks-kəşfiyyat istiqaməti üzrə, 1942-ci ildən isə SSRİ Xalq Daxili İşlər Komissarlığının hərbi əks-kəşfiyyat qüvvələrində fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında işlədikdən sonra, daxili işlər və dövlət təhlükəsizlik orqanlarında fəaliyyətini bərpa etmişdir. 8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR hüquq-mühafizə orqanlarına (1953–1954-cü illərdə daxili işlər naziri, 1954–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri) rəhbərlik etmişdir.
Anatoli Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Anatoli Ravikoviç
Anatoli Yuryeviç Ravikoviç — (24 dekabr 1936-cı il, Leninqrad — 8 aprel 2012-ci il, Sankt-Peterburq) — SSRİ və Rusiya teatr və kino aktyoru. RSFSR Xalq Artisti (1988). == Həyatı == Anatoli Ravikoviç 24 dekabr 1936-cı ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunda təhsil alıb (1954–1958). Komsomolsk-na-Amur Dram Teatrında (1958–1961), M. Qorki adına Stalinqrad Teatrında (1968–1961), Lensovet adına Leninqrad Teatrında (1962–1988), N. Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrında (1988) çalışıb. Rusiyanın əməkdar artisti (1973) və xalq artisti (1982) fəxri adlarına layiq görülüb.
Anatoli Ryabov
Anatoli Ryabov (16 aprel 1894, Lobaski kəndi, Nijnenovqorod vilayəli — 23 may 1938, Saransk) — erzyalı dilçisi, müəllim, ictimai xadim, professor, Latın qrafikası əsasında erzya əlifbasının qurucusu, 1938-ci ildə represiya qurbanı. == Bioqrafiyası == Anatoli bir erzya kəndi olan Lobaskidə anadan olmuşdur. İlk əvvəllər Poçinovski dini məktəbində oxumuşdur. Daha sonra Nijenski pedaqoji institutunu bitirir (1916). O, müəllimlər seminariyasında və Omskda pedaqoji texnikumunda filologiya fənləri üzrə dərs demişdir. 1922—1924-ci illərdə Nijneqorod vilayətinin təhsil bölməsinin əməkdaşı, 1924—1930-cu illərdə RSFSR milli azlıqlar Sovetinin Mordva bürosunun metodisti, SSRİ Ümummilli Ali Soveti yanında yeni əlifba bölməsi üzrə Ümumittifaq Mərkəzi Komitəsinin əməkdaşı vəzifəsində çalışmışdır. O, həmcinin latın qrafikası əsasında erzya əlifbasını hazırlamışdır (1932). 1934—1937-ci illərdə Saranski aqropedaqoji instutunun Mordov dilləri üzrə kafedrasının aparıcı üzvü olur. Anatoli Ryabov 1937-ci ilin iynunda həbs edilmiş və bir il sonra güllələnmişdir. 1956-cı ildə isə ona bərtaət verilmişdir.
Anatoli Rıbakov
Anatoli Naumoviç Rıbakov(rus. Анато́лий Нау́мович Рыбако́в; 14 yanvar 1911[…] və ya 1 (14) yanvar 1911, Derjanovka[d], Çerniqov quberniyası[d] – 23 dekabr 1998[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya yazıçısı. == Həyatı == Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuşdur. 1930-cu ildə Moskva Nəqliyyat mühəndisləri institutuna daxil olmuş, lakin komsomoldan və institutdan xaric olunaraq sürgün olunmuşdur. 1941-ci ildən müharibədə müxtəlif cəbhələrdə vuruşmuş, Berlinin alınmasında iştirak etmişdir. Anatoli Rıbakov 1998-ci ildə Nyu-Yorkda vəfat etmişdir. 1947-ci ildə yaradıcılığa başlayan A.Rıbakov gənclər üçün macəra əsərləri olan "Bürünc quş" və s. povestləri qələmə alır. İlk romanı olan "Sürücülər" 1950-ci ildə yazılmışdır. Yazıçı sonrakı illərdə "Yekaterina Voronina", "Ağır qum", "Arbat övladları" və s.
Anatoli Smiranin
Anatoli Smiranin (11 (23) dekabr 1892 və ya 6 yanvar 1893, Odessa, Rusiya imperiyası – 15 fevral 1971, Tbilisi) — Aktyor == Həyatı == Anatoli Dmitriyeviç Smiranin 23 dekabr 1892-ci ildə Odessada anadan olub. Aktyor və rejissor, Gürcüstanın xalq artisti (1946) Anatoli Smiranin 15 fevral 1971-ci ildə vəfat edib.
Anatoli Solovyanenko
Anatoli Borisoviç Solovyanenko(ukr. Анатолій Борисович Солов'яненко; 25 sentyabr 1932, Donetsk – 29 iyul 1999) və ya Anatoli Solovyanenko — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı. == Həyat və yaradıcılığı == O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş və burada qrafika mühəndisli fakültəsində dərs demişdir. O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977-78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi. "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır.
Anatoli Solovyov
Anatoli Solovyov (14 mart 1922, Dankov, Ryazan quberniyası[d] – 6 yanvar 2000, Moskva) — aktyor. == Həyatı == Anatoli Vasilyeviç Solovyov 14 mart 1922-ci ildə anadan olub. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1949). M. Yermoloyev adına Teatrda (1949–1956). Kinoaktyor Teatr Studiyasında (1959–1993) çalışıb. 17 yaşından kinoya çəkilməyə başlayıb. Rusiyanın əməkdar artisti Anatoli Solovyov 6 yanvar 2000-ci ildə vəfat edib.
Anatoli Strekov
Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru. == Həyatı == Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir. == Elmi fəaliyyəti == Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir.
Anatoli Sultrekov
Anatoli Yeqoroviç Sultrekov (rus. Анатолий Егорович Султреков (Солбанах), 5 aprel 1954, Taştıp aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi və jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü (1999), Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998), Nikolay Domojakov adına ədəbi mükafatın laureatı (2017) == Həyatı == Anatoli Yeqoroviç Sultrekov 5 aprel 1954-cü ildə Xakasiya Muxtar Vilayətinin Taştıp rayonunun Tarbaqan aulunda çoxuşaqlı kənd poçtalyonu ailəsində anadan olmuşdur. O, Taştıp orta məktəbini bitirdikdən sonra Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, rektor Venedikt Qriqoryeviç Karpovun tövsiyəsi ilə təhsilini Abakan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində daxil olmuşdur. Təhsil aldığı illərdə xakas dilində yayınlanan “Lenin yolu” («Ленин чолы») regional qəzetin redaksiyası ilə yaxından əlaqə saxlamışdır. Həmçinin Nikolay Georgieviç Domojakovun rəhbərlik etdiyi “Səhər şəfəqləri” («Утренняя зоренька») ədəbi dərnəyində fəal iştirak etmişdir. 1977-ci ilin may ayında ali təhsilini bitirərək “Lenin yolu” qəzetində çalışmağa başlamışdır. Əmək kitabçasında bununla bağlı belı bir qeyd var: qırx ildən çoxdur ki, indi “Xəbər” adlandırılan qəzetdə çalışır. O, bu qəzetin səhifələrində əvvəlcə təsərrüfatla, sonra gənclik mövzuları və mədəniyyətlə bağlı məqalələr yazmışdır. Yazıçı öz yaradıcılıq amalını belə açıqlayır: “Mən alovlu bir bütpərəstəm, bütün kitablarımda əsas qəhrəmanlardan nümunə götürərək insanların Xakasiyanın adət-ənənələrini, qutsal yerlərini unutmaması üçün hər şeyi etməyə çalışıram”. İdman jurnalistlərinin regional və ümumrusiya müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olmuşdur.
Anatoli Tebloyev
Anatoli Qriqoryeviç Tebloyev (rus. Анато́лий Григо́рьевич Тебло́ев; 16 iyul 1974, Arxangelsk) — Rusiya futbolçusu, yarımmüdafiəçi. == Həyatı == Anatoli Tebloyev 16 iyun 1974-cü ildə Arxangelskdə anadan olub. == Karyera == Əvvəlki klubları: Torpedo V., İrtış, İriston Vladiqafqaz, Dinamo S., Volqar-Qazprom, Anji Mahaçqala, Maşuk (hamısı Rusiya), Neftçi Bakı, Oryol, Znamya Truda (hər ikisi Rusiya). 2008-ci ildən Qəbələdə çıxış edir.
Anatoli Terpitski
Anatoli Terpitski (5 may 1956) — Belarus aktyoru, Belarusun əməkdar artisti. == Həyatı == Anatoli Konstantinoviç Terpiski 5 may 1956-cı ildə anadan olub. Minsk Kinoaktyor Teatr-Studiyasında çalışır.
Anatoli Torkunov
Anatoli Vsilyeviç Torkunov (26 avqust 1950, Moskva) — 1992-ci ildən Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet) rektoru, Rusiya diplomatı, tarixçisi və politoloqu, Rusiya Elmlər Akademiyasının akademiki (2008). == Tərcümeyi-halı == 26 avqust 1950-ci ildə Moskvada anadan olub. Atası Vasili İvanoviç Torkunov (1913-1987), - ZİL vaodunun rəhbərləindən olub, SSRİ-də avtomobil sənayesinin təşkilatçılarından hesab edilir. 1972-ci ildə MDBMİ-nin beynəlxalq münasibətlər fakültəsini bitirərək institutun aspiranturasına Asiya və Afrika ölkələri tarixi və mədəniyyəti kafedrası üzrə daxil olur. Aspiranturada təhsil zamanı rektorun köməkçisi təyin edilir (1974) və eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur. 1977-ci ildə tarix elmləri namizədi elmi adı üzrə dissertasiya müdafiə edir (mövzusu «Cənubi Koreyada hərbi-bürokratik rejimin təşəkkülü və inkişafı (1961—1976-ci illər.)»). 1979-cu ildə ona dosent elmi dərəcəsi verilir. 1977—1983-cü illərdə Asiya və Afrika ölkələri tarixi və mədəniyyəti kafedrasının baş müəllimi, dosenti, xarici tələbələrlə iş üzrə dekan, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrini tutur. 1991-ci ildə professor elmi adını alır. 1992-ci ilin oktyabrında kollektivin ümumi yığıncağında MDBMİ-nin rektoru seçilir.
Anatoli Urvantsev
Anatoli Semyonoviç Urvantsev (rus. Анатолий Семёнович Урванцев; 10 iyun 1910, Samara – 27 mart 1971, Bakı) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1956). == Həyatı == Anatoli Urvantsev 26 may (10 iyun) 1910-cu ildə Samarada anadan olmuşdur. 1928-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirmiş, Moskvada Plastik Baletlər Teatr truppasında işləmişdir. Yaradıcılıq fəaliyyətinə 1928-ci ildə Samara Dram Teatrında başlamış, 1930–1939-cu illərdə Samara və Sverdlovsk teatrlarının, 1939–1962-ci illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının solisti olmuşdur. Anatoli Urvantsev pedaqoji fəaliyyətə də məşğul olmuş, 1949-cu ildən ömrünün sonuna kimi Bakı Xareoqrafiya Məktəbində dərs demişdir. O, 27 mart 1971-ci ildə Bakıda vəfat etmişdir.
Anatoli Vasserman
Anatoli Vasserman (rus. Анато́лий Алекса́ндрович Ва́ссерман; tam adı: Anatoli Aleksandroviç Vasserman; 9 dekabr 1952, Odessa) — Rusiya jurnalisti, publisisti və aparıcı. Xarici KİV-lər Vassermanı mediada fəaliyyətini Vladimir Putinin təbliğatını təşviq etmək üçün platforma olmaqda ittiham edir.
Anatoli Yabbarov
Anatoli Əhmədoviç Yabbarov (24 avqust 1937, Bakı, Azərbaycan SSR – 6 noyabr 2023, Moskva) — aktyor. == Həyatı == Anatoli Yabbarov 24 avqust 1937-ci ildə Bakıda anadan olub. Kinoaktyor Teatrının quruluşçu rejissorudur. Rusiyanın əməkdar artistidir. 1964-cü ildə çəkilmiş "Bir vaxtlar qoca ilə qarı var idi" filmindəki rolu olub. "Qaçış", "Uğur centlmenləri", "İki kapitan", "Həbsxanadan qaçış" filmləri ona ən böyük şöhrət gətirib. 1996-cı ildə Rusiyanın Əməkdar artisti adını alıb, 2011-ci ildə isə "Dostluq" ordeni ilə təltif edilib.
Anatoli Yaqudayev
Anatoli Mixayloviç Yaqudayev (11 mart 1935, Mahaçqala, Dağıstan MSSR, RSFSR - 10 oktyabr 2014, Mahaçqala, Dağıstan, Rusiya Federasiyası) — Sovet və Rusiya və Dağıstan heykəltaraşı, Rusiya Federasiyasının əməkdar rəssamı (2002). == Həyatı == Anatoli Mixayloviç Yaqudaev 11 mart 1935-ci ildə Mahaçqalada anadan olub. Gələcək heykəltaraşın əcdadları Temir-Xan-Şuradan (indiki Dağıstan Respublikası, Buynaksk şəhəri) idi. Milliyətcə qumuq idi. Sadiq kommunist olan atası, 1933-cü ildə vəfat edən Xalq Maarif Komissarı Anatoli Vasilyeviç Lunaçarskinin şərəfinə oğluna Anatoli adını vermişdi. Anatoli Yaqudayev uşaq ikən Mahaçqala Pionerlər Evindəki təsviri sənət dərnəyində müəllim Y.İ.Laşkeviçlə birlikdə və D.A.Kapanitsının rəhbərliyi altında Xalq Yaradıcılığı Evinin sənət studiyasında oxuyurdu. 1949-cu ildə məşhur sovet heykəltaraşı Mixail Anikuşinin istehsal və heykəltaraşlıq emalatxanasında işləməyə başladı. Orada o əvvəlcə şagird olaraq, sonra isə heykəltaraş-formator kimi çalışmışdır. Yaqudayev 1953-1956-cı illərdə Sovet ordusunda xidmət edərkən ağır atletika üzrə Uzaq Şərq Hərbi Dairəsinin çempionu idi. 1963-cü ildə Serov adına Leninqrad Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini bitirib.
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.