Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Ay-Ulduz" medalı
"Ay-Ulduz" medalı — 7 iyul 1992-ci ildən 6 fevral 1998-ci ilə qədər Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı. == Təsisi == "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir. == Təsviri == "Ay-Ulduz" medalı aypara və səkkizguşəli ulduzdan ibarətdir, üz tərəfində ikitilli hamar şüalar təsvir edilmişdir. Arxa tərəfin səthi hamardır və kontur üzrə qabarıq nazik sağanaqla əhatələnmişdir. Arxa tərəfdə medalın mərkəzində qabarıq hərflərlə yazılmışdır: "Azərbaycanın Milli Qəhrəmanı". Yuxarıdakı şüada medalın 1 mm hündürlüyündə nömrəsi göstərilmişdir. Medal ilgək və halqa ilə zərli metal qəlibə birləşir. Qəlib hündürlüyü 20 mm, eni 26 mm olan beşbucaqlı lövhəcikdən ibarətdir, lövhəcik perimetr üzrə haşiyələnmişdir. Qəlibin oturacağı boyunca kəsiklər açılmışdır, onun iç hissəsinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun olan üçrəngli xara çəkilmişdir. Qəlibin arxa tərəfində medalı paltara bərkitmək üçün yivli çiv və somun vardır.
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Aban (ay)
Aban (fars. آبان‎) və ya Əban — İran və Əfqanıstanın rəsmi təqviminin səkkizinci ayı. Aban ayında 3o gün var. Bu ay oktyabr ayında başlayıb noyabr ayında sona çatır. Aban payızın ikinci ayıdır.
Ay (dəqiqləşdirmə)
Ay
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay Ata
Ay Dədə ya da Ay Ata, altayların inancında Ay ilahı olaraq görülə biləcək bir müqəddəs varlıqdır və göy aləminin 6-cı yanında oturur. Bu inanca görə Ay Dədə insanların ilk babası və Gün Ana ilk nənəsidir. Ay, uşaqlara Ay Dədə olaraq tanıdılır. Yuxu vaxtının simvoludur. Uşağa, yatağına yatarsan, Ay Dədə sənə nağıl izah edəcək deyilir və uşağın yanında ya nağıl kitabı oxunur, ya da adam tərəfindən bilinən bir nağıl izah edilər. Memlüklər (Köləmənlər) dövründə misirdə yaşamış türk tarixçisi Aybek-üd Devâdârî'nin türklərin mənşəyi üzərinə izah etdiyi Ay Ata'nın əfsanəsində mağarada törəmə motivi iştirak edər. Bu əhvalata görə türklərin ilk atası olan Ay Ata, bir mağarada ortaya çıxmışdır. Bu mağara Ay Atanın doğumuna (Aybek-üd Devâdârî'nin ifadəsiylə) bir "ana rəhmi" vəzifəsi etmişdir. Bozqurd əfsanəsindəki qurdun yaralı türkü qaçırıb bəslədiyi mağara da belə bir Ata mağarasıdır və hər il bu mağarada mərasimlər edilərdi. Ata mağarası inancı və ənənəsi köhnə dövrlərdə türklər arasında çox geniş yayılmışdır.
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. == Həyatı == Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. == COVID-19 epidemiyası == Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Ay Tominaqa
Ay Tominaqa (冨永 愛, 1 avqust 1982, Saqamihara, Kanaqava prefekturası, Yaponiya) –Yaponiya modeli və aktrisası. Avropa podiumlarına çıxan ilk asiyalı qadın modellərdən biridir. Bon Image Corp (Tokio), Marilyn Agency (Paris), View Management (Barselona) kimi agentliklərlə əməkdaşlıq edir. == Karyerası == "Vogue" (Yaponiya), "Harper's Bazaar" (Yaponiya, Çin, Sinqapur, Malayziya, İndoneziya), "Elle" (Yaponiya, Sinqapur, Honkonq), "Marie Claire" (Honkonq), "Madame Figaro" (Tayvan, Tailand) jurnallarının üzlüklərində görünmüşdür. Tominaqa Con Qalyano, Vivianna Tam, Anna Sui, Kristian Dior, Karl Lagerfeld, Maykl Kors, Ralf Loren, Eli Saab, Aleksandr Makkuin kimi dəb modelyerləri, Valentino, Dolce & Gabbana, Lanvin, Gucci, Givenchy kimi brendlər üçün podiuma çıxmışdır. "Vogue" (ABŞ, Fransa, Britaniya, Yaponiya), "Harper's Bazaar", "i-D" kimi jurnallarda tez-tez görünmüş, Enni Leybovitz, Nik Nayt, Stiven Mayzel, Ellen fon Unvert, Mert və Markus, Peter Lindberq kimi dəb fotoqrafları üçün pozalar vermişdir. Tominaqa Yves Saint Laurent, Gucci, Hermès, Tag Heuer, Banana Republic və Moschino brendlərinin kampaniyalarında iştirak etmişdir. 2004-cü ildə buraxılmış Pirelli təqvimində görünmüşdür. Hazırda Tokioda yaşayır və modelliklə yanaşı, televiziya, radio və başqa fəaliyyətlər ilə məşğul olur. == Şəxsi həyatı == 2004-cü ilə bir yapon aşpazla evlənmişdir və 2005-ci ildə oğlu olmuşdur.
Ay Tsin
Ay Tsin (çin. ənən. 艾青, sadə. Aì Qīng), əsl adı Tsyan Çjenxan (çin. ənən. 蔣正涵, sadə. Jiǎng Zhènghán; 27 mart 1910[…], Çzinxua[d], Çjetszyan – 5 may 1996[…], Pekin) — Çin şairi. O, vətənpərvərlik mövzusunda "Günə doğru" (1938), "Şimal" (1939), "Sübh xəbərləri" (1943), "Bahar" (1956), "Qayıdış nəğməsi" (1980) şeir və şeirlər toplularının, "Poeziya haqqında" (1940) kitabının müəllifidir. Ay Tsin sərbəst şeir nəzəriyyəsinə mühüm töhfə vermişdir. == Həyat və yaradıcılığı == Ay Tsin 27 mart 1910-cu ildə Tsin imperiyası ərazisində, Çjetszyan əyalətinin Çzinxua mahalında anadan olmuşdur.
Ay Veyvey
Ay Veyvey (çin. 艾未未; ing. Ai Weiwei; d. 28 avqust, 1957, Pekin, Çin) — Çinli müasir incəsənət rəssamı və fəal. == Həyatı == Ay Veyvey 1957-ci il avqustun 28-də Pekin şəhərində anadan olub. Rəssamın atası görkəmli Çin şairi Ay Qing, 1950-ci illərin sonuna kimi sürgündə olmuş və 1978-ci ildə reabilitasiyasına kimi çap edilməmişdir.
Ay Xanım
Ay Xanım (fars. آی‌خانم‎, özb. Oyxonim) — Əfqanıstanın şimalında, Pənc çayının sol sahilində, Kökçə çayının mənsəbində yerdə kənd. Ay Xanım yaxınlığında 1965–1978-ci illərdə aparılan qazıntılar nəticəsində Yunan-Baktriya şəhəri aşkar edilmişdir. Bu, həmin mədəniyyətə məxsus məlum olan ən qədim yaşayış məntəqəsidir. Alimlər buranın Oksiana İsgəndəriyyəsi (q.yun. Ἀλεξάνδρεια ἡ ἐπὶ τοῦ Ὄξου) olduğunu güman edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Tarn, W. W. The Greeks in Bactria and India. Chicago: Ares. 1984.
Ay avtomobili
Ay avtomobili (ing. Lunar rover, tam adı ilə: Lunar Roving Vehicle (LRV)) — Ayda istifadə üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsidir. Apollon proqramındakı Ay modulları ilə Aya nəql edilmişdirlər. Ay avtomobili, Aydakı aşağı cazibə mühitində işləmək, Ay səthində hərəkət etmək və Apollon astronavtlarına daha geniş bir ərazini tədqiq etməyə imkan vermək üçün hazırlanmışdır. Apollon 15-də David Scott və James Irwin tərəfindən, Apollon 16-da John Young ve Charles Duke tərəfindən, Apollon 17-də Eugene Cernan ve Harrison Schmitt tərəfindən istifadə edilən üç ədəd ay maşını Ay səthində olmuşdur. Hər vasitə gündə bir dəfə olmaqla, 3 günlük missiya dövründə 3 ayrı gəzintidə istifadə olunmuşdur. Apollon 15-in Ay avtomobili 3 saat 2 dəqiqə ərzində ümumilikdə 27,8 km yol qət etmişdir. Maksimum bir dəfəyə 12,5 km məsafə qət edilmiş və Ay modulundan maksimum 5 km məsafədə uzaqlaşılmışdır. Apollon 16-da Ay maşını ilə 3 saat 26 dəqiqə ərzində 26,7 km məsafə qət edilmişdir. Ən uzun gəzinti 11,6 km olmuş, və Ay modulundan maksimum 4,5 km uzaq yol gedilmişdir.
Ay cəngavəri
Ay cəngavəri (ing. Moon Knight) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman. İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. "Ay cəngavəri" adı altında ilk komiks isə 1980-ci ilin noyabrında nəşr olunmağa başlamışdır. == Komiks tarixi == İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. Duqlas Monç və Don Perlin tərəfindən yaradılan bu personaj bu komiksdə bir qurdadamını tutub Komitə adlı mafiyaya təhvil vermişdir. Daha sonra bu personaj tərəf dəyişdirmişdir və məlum olmuşdur ki, bununla mafiya haqqında gizli məlumatları əldə etmək üçün etmişdir. Az görsənsə də, oxuyucular tərəfindən sevilmişdir. 1980-ci illərə qədər Ay cəngavəri ancaq "Marvel Spotlight" komiksinin 28 və 29-cu saylarında görünmüşdür. Bundan başqa oxuyucular onunla "Möhtəşəm Hörümçək-adam" jurnalının 22 və 23-cü buraxılışlarında, "Halk", "MK", "Müdafiəçilər", "Marvel Preview" komikslərində də qarşılaşmışdırlar.
Ay erası
Yerdə sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində radiaktiv elementlərin (uran, radium, torium, plutonium) zəncirvari parçalanma reaksiyaları baş vermişdir ki, bunun da nəticəsində temperatur qalxmışdır. Yerin daxilində olan mantiya əriyərək odlu kütləyə çevrilmişdir. Ərinti maddələri bərl yer qabığı olmadığından rahatlıqla səthə qalxmışdır. Beləliklə, yer səthini tamamiylə lava axınları tutmuşdur. Ayda da belə bir püskürmələr baş verdiyi üçün bu mərhələ Ay erası adını almışdır. Hazırda Ayın səthində soyumuş lavalar, nəhəng vulkan kraterləri və konusları qalmaqdadır.
Ay fırıldağı
Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilər və kosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur. Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır. 2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir.
Ay hesabı
Ay hesabı və ya dəhşətli hesab — normal hesab qaydalarına əsaslanmayan, sadəcə vurma və toplama əməllərinin olduğu hesab sistemi. == Toplama == Ay hesabında toplama alt-alta şəkildə yerinə yetirilir. Ədədlərin mərtəbə dəyərlərindən ən böyük olanı götürülür. Məsələn: 17 {\displaystyle 17} + {\displaystyle +} 25 {\displaystyle 25} = 27 {\displaystyle =27} Bu hesab əməlində hər iki ədədin təklik mərtəbəsinin dəyərləri müqayisə edilir. 17-in təklik mərtəbəsi 7, 25-in isə 5-dir. Cəmin təklik mərtəbəsinə böyük olan 7 yazılır. Sonra isə onluq mərtəbəsinə keçilir. 1 < 2 {\displaystyle 1<2} olduğu üçün cəmin onluq mərtəbəsinə 2 yazılır və cəm 27 olur. == Vurma == Vurma əməlini yerinə yetirərkən toplamanın əksinə olaraq mərtəbə dəyərlərindən kiçik olan götürülür. Məsələn: 17 {\displaystyle 17} ∗ 25 {\displaystyle *25} 15 {\displaystyle 15} + 12 {\displaystyle +12} 125 {\displaystyle 125} Əvvəlcə ikinci ədədin təklik mərtəbəsi birinci ədədin mərtəbələrinə sıra ilə vurulur, sonra isə eyni əməl ikinci ədədin onluqlar mərtəbəsinə də tətbiq edilir.
Ay mifləri
Ay mifləri - ay və ay fazaları haqqında miflər. Astral miflərlə, ilk növbədə günəş mifləri ilə əlaqələndirilir: ay və günəş mifoloji şüura xas olan ikili oppozisiya sistemi (yuxarı-aşağı, kişi-qadın, diri-ölü) sistemi çərçivəsində bir-birinə qarşıdır . Beləliklə, qədim Çin təbiət fəlsəfəsində in passiv, qaranlıq, qadın prinsipi Ay ilə, aktiv, parlaq, kişi yan isə Günəşlə əlaqələndirilir. Adətən ay mənfi başlanğıcla əlaqələndirilir, lakin istisnalar var: məsələn, Dahome mifologiyasında ikili demiurq Mavu-Lizanın ay hipostazı (Mavu) gecəni, biliyi, sevinci və günəşi (Lisa) himayə edir. günü, gücü, işi himayə edir. Ayla əlaqəli ən çox yayılmış mifoloji motivlər arasında ayın özünün görünüşünü, ay dövrlərinin mənşəyini, ay ləkələrini və s. d. Hind-Avropa, Sibir, Hind mifoloji sistemlərində Ay və Günəşin “səmavi evlilik” süjeti görkəmli yer tutur . Bu halda ay həm qadın, həm də kişi xarakteri kimi çıxış edə bilər (sonuncu variant Sibir xalqları arasında və görünür, arxaik tayfaların əksəriyyəti arasında üstünlük təşkil edir ). Bu mif eyni zamanda Ay fazalarının mənşəyini izah edən etioloji bir mif kimi çıxış edir: Baltik mifologiyasında Perkunas Günəşə xəyanət etdiyi üçün Ayı qılıncla kəsir.
Ay müqaviləsi
Dövlətlərin Ay və digər göy cisimləri üzərindəki fəaliyyətlərini tənzimləyən Saziş, yaxud digər adı ilə Ay Sazişi, Ay Müqaviləsi və ya Ay Konvensiyası, bütün səma cisimlərindəki (göy cisimlərinin orbitində olanlar da daxil olmaqla) yurisdiksiyanı beynəlxalq ictimaiyyətin səlahiyyətinə verən beynəlxalq bir konvensiyadır. Bu obyektlər üzərindəki bütün fəaliyyətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquqa uyğun olmalıdır. Praktik olaraq insanlı kosmik uçuş proqramı olan və ya bununla bağlı planları olan ölkələr tərəfindən təsdiqlənmədiyi üçün uğursuz bir konvensiyadır.
Ay orxideyası
Phalaenopsis amabilis (lat. Phalaenopsis amabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin phalaenopsis cinsinə aid bitki növü. İndoneziyanın üç milli gülündən biridir ki orada anggrek bulan adlanır. == Sinonimləri == Epidendrum amabile L. (keçmiş elmi adı) Cymbidium amabile (L.) Roxb. Synadena amabilis (L.) Raf. Phalaenopsis grandiflora Lindl. Phalaenopsis grandiflora var. aurea auct. Phalaenopsis amabilis var. aurea (auct.) Rolfe Phalaenopsis gloriosa Rchb.f.
Ay proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Ay savaşçısı
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Ay səhləbi
Phalaenopsis amabilis (lat. Phalaenopsis amabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin phalaenopsis cinsinə aid bitki növü. İndoneziyanın üç milli gülündən biridir ki orada anggrek bulan adlanır. == Sinonimləri == Epidendrum amabile L. (keçmiş elmi adı) Cymbidium amabile (L.) Roxb. Synadena amabilis (L.) Raf. Phalaenopsis grandiflora Lindl. Phalaenopsis grandiflora var. aurea auct. Phalaenopsis amabilis var. aurea (auct.) Rolfe Phalaenopsis gloriosa Rchb.f.
Boz ay
Boz ay (az-əbcəd. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. == Müddəti == Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
"Ulduz" jurnalı
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. == Haqqında == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
ARB Ulduz
ARB Ulduz — 2001-ci ildə "Alternativ TV" adıyla Gəncə şəhərində yayıma başlayan televiziya kanalı idi. == Tarixçə == "Alternativ-Tele-Radio" MMC 5 yanvar 2001-ci il tarixdə Gəncədə təsis edilmişdir. Alternativ TV 15 mart 2001-ci il tarixdən ilk dəfə efirə çıxmışdır. 18 aprel 2001-ci il tarixdən 6 saatlıq efir rejiminə keçmişdir. 1 iyul 2002-ci il tarixdən etibarən efir vaxtı 14 saatadək artırılmışdır. Məqsəd Gəncə şəhəri və ətraf rayonların tamaşaçılarına cizgi, bədii və sənədli filmlər, musiqi və yerli xəbərləri əks etdirən "Xəbər+" informasiya proqramı və digər verilişləri nümayiş etdirməkdir. "Alternativ-Tele-Radio" MMC-nin təsisçisi Tarquliyev Hikmət Cəfər oğludur. Ümumi efir vaxtının 39 faizini ölkədə istehsal olunan proqramlar, 46 faizini xaricdə istehsal olunan proqramlar, 15 faizini şəxsi istehsal proqramları təşkil edirdi. Daha sonra isə formatı dəyişdirilmiş və efir 24 saatlıq efir rejiminə keçmişdir. 2013-cü ildə formatı dəyişdirildikdən sonra Azərbaycanın ilk musiqi telekanalı olmuşdur.
Cüt ulduz
Bir cüt ulduz (Nijusei) yuxarıdan Ulduz da eyni istiqamətdə yaxın bir cisimə aiddir. Çılpaq gözlə bir ulduza bənzəyir, lakin teleskopla müşahidə edildikdə onu iki yerə bölür. Bir-birinin ulduzlarının bir-birlərini cəlb etdikləri və orbit çəkdikləri bir cisimə "ikili ulduz" deyilir. İkili ulduzlara real görünüş ikili, spektral ikili və tutulma ikili daxildir. Yalnız yerdən görünən istiqamətə uyğun bir cisimə "görünən cüt ulduz" deyilir. == İkili == === Görmə ikili === Bir teleskop tərəfindən müşahidə edilən və iki ulduza ayrılan və hər iki ulduzun da fırlanan ikili ulduz. Centaurus Alpha Star, Bizim Ursa Major Zeta Ulduz (Mizar) Bir Ulduz, B Ulduz və s. === Spektral ikili === Ayrı-ayrı bir teleskop tərəfindən müşahidə olunmayan, lakin fırlanan hərəkətlə əlaqəli görmə xətti sürətində dövri dalğalanmalar səbəbindən spektral xətlərdə dövri dalğalanmalarla müşahidə olunan ikili ulduz. === tutulma ikili === Ayrıca ərzaq dəyişkən ulduz adlanır. Qaranlıq bir ulduzun ulduzun parlaqlığını dəyişdirərək parlaq bir ulduz ətrafında fırlandığı ikili bir ulduz.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. === Döyünən dəyişənlər === Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. === Erruptiv- partlayış xarakterli dəyişən ulduzlar === Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Neytron ulduz
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Qoşa ulduz
Qarşılıqlı qravitasiya qüvvəsi ilə bir-birinə bağlı olan və ümumi kütlə mərkəzi ətrafında hərlənən iki ulduzun əmələ gətirdiyi sistem- qoşa ulduz adlanır. Sistem ikidən çox ulduzdan da ibarət ola bilər. 3-10 ulduzdan ibarət fiziki rabitədə olan sistemə misilli ulduzlar deyilir. Qarşılıqlı cazibə qüvvələri ilə bir-birinə bağlı olan və fəzada vahid obyekt kimi hərəkət edən 10-dan artıq ulduzdan ibarət qrup ulduz topaları və ulduz assosiasiyaları adlanır. Əlbəttə, göy sferasında bir-birinin yaxınlığında görünən ulduzların hamısı qoşa, misilli və ya topa hesab etmək olmaz. Ulduzlar əslində bir-birlərindən çox uzaq məsafələrdə ola bilərlər və onların yalnız göy sferasına proyeksiyaları yaxın görünə bilər. Bu cür qoşa, optik qoşa adlanır. Qoşa ulduzlar vizual, spektral və tutulan-qoşa olurlar. == Vizual qoşa ulduzlar == Ulduz fiziki qoşadırsa, yəni qravitasiya qüvvəsi ilə əlaqədar olan qoşa sistemdən ibarətdirsə, belə sistemin ulduzları ümumi kütlə mərkəzi ətrafında Kepler qanunları ilə hərəkət edirlər. Odur ki, Keplerin dəqiqləşdirilmiş üçüncü qanunu vasitəsilə qoşa sistemin ulduzlarının kütləsini tapmaq olur.
Quyruqlu ulduz
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Qırmızı ulduz
Qırmızı ulduz — sosializm və kommunizmin simvolu. Beş küncləri işçilərin beş barmağını və eyni zamanda beş qitəni (ənənəvi olaraq sayılan) təmsil edir. Daha az məlum olan cəhət ondan ibarətdir ki, ulduzun beş küncü cəmiyyəti sosializmə aparacaq və qoruyacaq beş fərqli sosial qrupu təmsil edir. Xüsusi sırası olmadan: gənclik (gələcək nəsillər), hərbçilər (sosializmi qoruyan və müdafiə edən), sənaye işçiləri, kənd təsərrüfatı işçiləri (fermerlər) və ziyalılar (kommunizmə nail olmaq üçün ideyalar yaratmalı olan sinif). Qırmızı ulduz Qızıl Ordunun bayrağıdır və Sovet İttifaqının bayrağındakı oraq və çəkicin üstündə təsvir edilmişdir.
Sarqas (ulduz)
Sarqas və ya Teta Əqrəb (θ Əqrəb, qısaldılmış θ Sco) Əqrəb cənub zodiak bürcünün qoşa ulduzudur. Bu ulduzun görünən ulduz ölçüsü +1,89, açıq havada adi gözlə gecə göyünun ən parlaq ulduzlarından biri kimi görünür. Məsafənin, parallaks üsulunun tətbiqi ilə birbaşa ölçülməsi mümkündür, Hipparkos missiyası zamanı aparılan bu cür ölçmələrdə bu ulduzun Günəşdən məsafəsi 300 işıq ili ( 90 parsek) tapılmışdır. İki komponent Teta Əqrəb A ( bu ulduz Sarqas adlanır) və B .
Sirli ulduz
Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. == Mövzu == Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.
Sünbül (ulduz)
Sünbül — Qız bürcünün α ulduzudur. Sünbül ulduzunun vizual ulduz ölçüsü m=1,2, mütləq ulduz ölçüsü M=-2,2, spekrti B 1 V {\displaystyle B_{1}V} , parallaksı 0,021-dir. İşıqlığı 1000 Günəş işlığı, kütləsi 11 Günəş kütləsi, radiusu isə 2,5 Günəş radiusu tərtibindədir. Yerdən 300 i.i. uzaqlıqdadır.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; == Həyatı == Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. == Mükafatları == Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Ulduz (jurnal)
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. == Haqqında == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
Ulduz məhkəməsi
Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası. == Arxa planı == Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah Əfəndi və Midhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü. V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi. == Məhkəmə öncəsi tədqiqat == Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi. Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı.
Ulduz nərdivanı
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Ulduz sarayı
Ulduz sarayı — İstanbulda XIX əsrin sonlarında tamamlanan saray kompleksi. Ulduz yüksəkliyində yerləşən köşk və qəsrlərdən ibarət saray kompleksinin ilk binası III Səlim tərəfindən anası Mihrişah Sultana inşa edilən qəsr və atası Sultan III Mustafanın adına inşa etdirdiyi rokoko üslubundakı çeşmədir. Daha sonra Sultan II Mahmud 1834-1835-ci illərdə burada bir köşk inşa etdirmiş, ancaq bu bina günümüzə qədər gəlib çatmamışdır. Sultan Əbdülməcid isə burada mövcud olan bütün binaları dağıdaraq 1842-ci ildə anası Bəzmialəm Sultan üçün Dilquşə qəsri adlı yeni bir qəsr inşa etdirmişdir. Hal-hazırda bu qəsr Validə sultan köşkü olaraq tanınır. Sultan Əbdüləziz zamanında da Böyük Mabeyn köşkü, Çit qəsri, Malta köşkü və Çadır köşkü inşa edilmişdir. Sultan II Əbdülhəmid isə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüş və səltənətinin sonuna qədər burada yaşamışdır. Onun səltənətində bölgədə Kiçik Mabeyn köşkü, hərəm binaları, Kənizlər dairəsi, Qızlarağası dairəsi, Şalə köşkü, Ulduz məscidi, teatr binası, dülgər binası, çini emalatxanası, kitabxana binası, şahzadə köşkləri inşa edilmiş və günümüzdəki saray kompleksi meydana gəlmişdir. Təxminən 4 metr yüksəklikdəki divarlarla əhatə olunan böyük ərazidə yerləşən köşk və qəsrlərdən ibarət bu saray kompleksi, əsas saray bölümü ilə Ulduz parkı adlanan hissədən ibarətdir. Sarayın 4 əsas giriş qapısı var: Qoltuq qapısı, Validə sultan qapısı, Səltənət qapısı və Məcidiyyə qapısı.
Ulduz sutkası
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. == Ulduz və Günəş vaxtı arasında əlaqə == Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
Ulduz topaları
== Ulduz topaları == Ulduzların bir qismi ulduz topaları adlanan qruplarda toplaşır. Hər bir ulduz topasındakı ulduzlar bir-birlərilə qarşılıqlı cazibədə olurlar və fəzada bir vahid obyekt kimi hərəkət edirlər. Ulduz topaları 3 növə bölünür: açıq ulduz topları, kürəvi ulduz topaları və ulduz assosiasiyaları. == Açıq ulduz topası == Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. == Kürəvi ulduz topaları == Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur.
Ulduz toqquşması
Möhtəşəm bir toqquşma, çəkisi, radiasiya və ya yaxşı anlaşılmayan digər mexanizmlər səbəbiylə iki ulduzun bir araya gəlməsidir . Astronomlar bu cür hadisələrin hər 10,000 ildə bir dəfə bizim galaktikamızın külək qruplarında meydana gəldiyini təxmin edirlər. 2008-ci ildə alimlər ilk dəfə Scorpius-da birləşmənin birləşməsini müşahidə etmişdilər, baxmayaraq ki, o dövrdə birbaşa birləşmənin nəticəsi idi. Qısa bir müddət ərzində sıx bir qrupda bir sıra seriyalı toqquşmalar bir sıra "qaçaq yıldızlı toqquşmalar" vasitəsilə ara kütləvi qara nöqtəyə gətirə bilər. Kainatın hər hansı bir ulduzu, füzyonun artıq ulduzda və ya 'ölü' olaraq, füzyonla artıq yer almayan 'canlı' olub-olmamasına qarşı ola bilər. Ağ dwarf ulduzları, neytron ulduzları, qara nöqtələr, əsas ardıcıllıq ulduzları, nəhəng ulduzlar və supergiants tip, kütləvi, temperatur və radiusda çox fərqlidir və bu səbəbdən fərqli reaksiya verir. 25 Avqust 2017-ci ildə GW170817-də baş verən qravitasiya dalğası hadisəsi 16 oktyabr 2017-ci ildə uzaq bir galaktikada iki neytron ulduzunun birləşməsi ilə əlaqəli olduğu bildirilmişdir, ilk belə birləşmə qravitasiya radiasiya vasitəsilə müşahidə olunmalıdır == Möcüzə toqquşma və birləşmələrin növləri. == Ağ cırtdanlar aşağı kütləli ulduzların qalıqlarıdır və əgər başqa bir ulduzla ikili sistem yaratsalar, onlar tip Ia supernova kimi tanınan böyük iri partlamağa səbəb ola bilərlər. Bu baş verən normal marşrut bir əsas sekansdan və ya qırmızı nəhəng bir ulduzdan ibarət olan bir ağ cırtdan rəsm materialı ilə bir accretion diskini meydana gətirir. Buna baxmayaraq, Ia supernova tipli bir çox nadir marka iki ağ cırtdanlar bir-birinə yuvarlananda meydana gəlir.
Ulduz təsnifatı
Astronomiyada ulduzların astronomik təsnifatı onların spektral xüsusiyyətlərinə əsasən təsnif olunmasıdır. Ulduzdan elektromaqnit şüalanma spektr xətləri ilə inteqrasiya olunmuş rənglərin göy qurşağı sərgiləyən spektrinə bir prizma ilə bölməklə təhlil olunur. Hər bir xətt müəyyən bir kimyəvi element və ya molekulu göstərir, bu elementin bolluğunu göstərən xətt gücü ilədir. Müxtəlif spektral xətlərin güclü olması əsasən fotosferin temperaturu ilə bağlıdır, baxmayaraq ki, bəzi hallarda əsl bolluq fərqləri var. Bir ulduz spektrinin sinfi, ilk növbədə, ionlaşma vəziyyətini ümumiləşdirən qısa kodudur və fotosferin temperaturu obyektiv bir ölçü verir. Çox ulduzlar, O, B, A, F, G, K və M hərflərini ən isti (O tipli) ən keyfiyyətli (M tipi) bir sıra ilə Morgan-Keenan (MK) sistemi altında təsnif edilir. Hər bir məktub sinfi sonra 0 ədəd ən isti və 9 (məsələn, A8, A9, F0 və F1 seriyasından daha soyuq olan bir sıra təşkil edir) ilə rəqəmli istifadə edərək bölünür. Ardıcıllıq digər ulduzlar və klassik sistemə uyğun olmayan ulduz kimi əşyalar üçün dərslər ilə genişlənmişdir, məsələn, D dwarfs və S və C sinfləri üçün karbon ulduzları üçün D sinfidir. MK sistemində riyazi rəqəmləri istifadə edərək spektral sinifə parlaqlıq sinfi əlavə edilir. Bu, atmosferin sıxlığından fərqlənən və nəhəng ulduzları cırtdan ayırd edən ulduz spektrində müəyyən emiş xətlərinin genişliyinə əsaslanır.
Ulduz vaxtı
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. == Ulduz və Günəş vaxtı arasında əlaqə == Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
Ulduz xan
Ulduz Xan — türk və altay mifologiyasında ulduz xaqanı. Uldız (Yulduz, Yolduz, Ildız) Xan olaraq da deyilir. Oğuz Xanın səmavi yoldaşından olan oğullarından biridir. Yol göstərici, istiqamət tapan xüsusiyyətləri olan və parlaqlıqları səbəbiylə daim diqqət çəkmiş olan ulduzların simvolik olaraq şəxsiyyətə büründürülməsidir. Bundan başqa ulduzlar yaradılışın başlanğıcını təmsil edir. Onqonu qırğıdır. == Etimologiya == (İl/Yıl/Ul/Yul) kökündən törəmişdir. Özbaşına işıq yayan göy cisimi. İşıq yaymaq mənası vardır. İldırım sözü də eyni kökdən gəlir.