Ulduz məhkəməsi

Sultan Əbdüləziz taxtdan endirildikdən sonra ədəbsiz saray xidmətçiləri ilə

Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası.

Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah ƏfəndiMidhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü.

V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi.

Məhkəmə öncəsi tədqiqat

[redaktə | mənbəni redaktə et]

Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi.

Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı. Mustafa çavuş 19 aprel 1881-ci ildə verdiyi ifadədə Kürəkən Mahmud Paşa məni, dostlarım Cəzayirli Mustafa və Mehmed ağanı mabeyndəki qonaq otaqlarından birinə çağırdı. Otaqda tək idi. Bizi Fəriyə sarayında aylıq 100 lirə maaşla işə götürdüyünü ancaq bunun qarşılığında Sultan Əbdüləzizin dərhal öldürülməsini istədiyini dedi. Biz öncə qorxub çəkinsək də, bunun yeni padşah Sultan Muradın əmri olduğunu, əgər yerinə yetirməsək, zərər görəcəyimizi bildirdi. Üstəlik bu qətli heç kimin anlamayacağı şəkildə, intihar formasında etməyimizi, öncə sol, daha sonra sağ biləyini kəsməyimizi təlimat verdi. Ardından Kürəkən Nuri Paşa bizi qəbul etdi. O da, sabiq padşaha xidmət etməyimizi, hər nə olsa ona bildirməyimizi deyib Mahmud Paşanın verdiyi əmri təkrar etdi. Əlavə olaraq hər birimizə 30 qızıl verib yanındakı yavərlərdən biriylə bizi Fəriyə sarayına göndərdi. O gecə sarayın yaxınlığındakı karakol binasında gecələdikdən sonra səhərin ilk saatlarında mabeynci Fəxri bəy gəlib bizi saraya apardı və mənə qulpu ağ bir əl bıçağı verdi. Birlikdə padşahın yatdığı otağa girdik və onu ayağa qalxmadan qucaqladıq. Fəxri bəy əllərini arxadan tutdu. Cəzayirli Mustafa və Mehmed ağa hərəsi bir ayağına oturdu və mən də verilən təlimata uyğun şəkildə öncə sol, daha sonra sağ biləyini verilən əl bıçağıyla kəsdim. Sol qolundan bir xeyli, sağ qolundan isə nisbətən az qan axıtdım. Bu əsnada 3 hərəm ağası da qapının önündə idi ancaq heç bir şey etməyib hadisəni izlədilər.” dedi. Digər 2 pəhləvan da bu söylənənlərə uyğun ifadələr verdilər.

Aparılan dindirilmələr zamanı, illərdir sabiq sultanın xidmətində olan ancaq Hüseyn Avni Paşanın əliylə onun əleyhinə dönən Arzıniyaz kalfa, Sultan Əbdüləzizin öldürülmədiyini və intihar etdiyini təkidlə söylədi.

Xəzinədarlardan Zevkyab kalfa ifadəsində “Otağa girdiyimiz zaman sabiq padşah hələ də sağ idi və yerdə inildiyirdi. Otaqda heç kim olmasa da, o əsnada bir nəfər pəncərədən tullanıb qaçdı.” bildirdi.

Həkim Marko Paşa isə ifadəsində “Quzquncuqdakı sahil sarayından qarşı sahilə baxırdım. Sultanın tutulduğu otağı bilirdim və qətl saatlarında həmin otaqdan iri cüssəli bir nəfərin tullandığını gördüm. Ancaq cüssəsi səbəbilə pəncərədən qaçanın sabiq padşah olduğunu zənn etdim.” dedi.

Hadisənin baş verdiyi Fəriyə sarayı

Sultan ƏbdüləzizV Muradın mabeynçiləri olan Fəxri bəy və Seyid bəy, eləcə də Fəriyə sarayının hərəm ağaları olan Reyhan ağa və Rakım ağalar dindirildi. Hərəm ağaları verdikləri ifadədə sabiq padşahın biləkləri kəsildiyi əsnada otağın qapısında duraraq gözətçilik etdiklərini etiraf etdilər. Daha sonra Fəriyə sarayının mühafizəsində olan miralay İzzət bəy, mayor Namiqpaşazadə Əli bəy və mayor Nəcib bəy xidmət yerlərindən çağırılaraq İstanbulda dindirildilər. V Muradın taxta çıxmasının ardından mabeyn müşiri olan Kürəkən Nuri PaşaKürəkən Mahmud Paşa da qətl hadisəsiylə təqsirləndirilərək sorğuya çəkildilər. Ardından Sultan Əbdüləzizin taxtdan endirilməsində iştirak edən dövrün sədrəzəmi Mütərcim Rüşdü Paşa o əsnada Manisada idi və xəstəliyi səbəbilə İstanbula gətirilmədi. Bunun əvəzinə İzmirə aparılaraq orada dindirilmişdir. Soruşdurma əsnasında İzmirdəki Fransa konsulluğuna sığınan Midhat Paşa isə aparılan danışıqların ardından təslim edildi və İstanbula gətirilərək dindirildi.

Dövrün şeyxülislamı Xeyrullah Əfəndi isə məhkəmə prosesindən illər öncə öz istəyilə Mədinədə Şeyxül-hərəmeyn olaraq vəzifələndirilmiş, bu səbəblə dindirilmədən haqqında qiyabi qərar çıxarılmışdır.

Aparılan tədqiqat nəticəsində adı çəkilən 3 nəfərin bağban olaraq Sultan Əbdüləzizin xidmətinə təyin edildiyi; Sultan Əbdüləzizin özünü müdafiə edə bilməməsi üçün otağındakı bütün silahların gizlicə aradan qaldırıldığı; hələ sağ olmasına baxmayaraq sabiq padşaha tibbi müdaxilə edilmədiyi və bədəni pərdəyə bükülərək saray karakoluna aparılan padşahın orada son nəfəsini verdiyi; Hüseyn Avni Paşanın cəsədi müayinə etməyə icazə vermədiyi və vəfatı haqqında 19 təbib tərəfindən verilmiş ölüm raportunun saxta olduğu; Kürəkən Nuri PaşaKürəkən Mahmud Paşanın bu əmri V Muradın anası Validə Şövqəfza Sultandan aldıqları aşkarlandı. Tədqiqat nəticəsində hazırlanan raporta əsasən Sultan Əbdüləzizin intihar etmədiyi və şəhid edildiyi sübut olundu. Sultan Əbdülhəmid isə bu raportu şeyxülislam Üryanizadə Əhməd Əsad Əfəndi, daxili işlər naziri Mahmud Nədim Paşa, Tunisli Xeyrəddin Paşa və dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəyin vəzifələndirildiyi xüsusi komitəyə təqdim etdi. Bu komitənin hazırlanan raportu araşdırması və təsdiq etməsinin ardından 30 aprel 1881-ci ildə hökumət tərəfindən çıxarılan bir qərarla hadisə qətl olaraq qəbul olundu və bu qətlin təqsirkarlarının dərhal mühakimə edilməsinə qərar verildi.

Məhkəmə iclası

[redaktə | mənbəni redaktə et]

Məhkəmə iclasının 27 iyun 1881-ci ildə Yıldız sarayında qurulan böyük çadırda başlaması planlaşdırıldı. Məhkəmənin baş sədri Əli Sururi Əfəndi, ikinci sədr isə Xristo Forides Əfəndi təyin edildi. Təqsirləndirilən şəxslər Pəhləvan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed ağa, Cəzayirli Mustafa ağa, mabeynci Fəxri bəy, mabeynci Seyid bəy, Kürəkən Nuri Paşa, Kürəkən Mahmud Paşa, Midhat Paşa, Mütərcim Rüşdü Paşa, Xeyrullah Əfəndi və baş mabeynci Əthəm bəy olmaqla 11 nəfər idi. Bunlardan başqa V Murad, anası Şövqəfza SultanSultan Əbdüləzizin xəzinədarlarından Arzıniyaz kalfa təqsirləndirilən şəxslərin siyahısında olsalar da, xüsusi vəziyyətləri göz önünə alınaraq mühakimə edilmədilər. Eyni zamanda V Muradın baş mabeyncisi Əthəm bəyin günahsız olduğu anlaşıldı və təqsirləndirilən şəxslərin siyahısından çıxarılaraq şahi qismində dindirildi. Xəstə olduğu üçün İstanbula gətirilməyən və Manisadakı evində göz həbsinə alınan Mütərcim Rüşdü Paşa haqqında isə qiyabi olaraq hökm oxunmuşdur.

27 iyun bazar ertəsi günü səhər saat 10 radələrində başlayan məhkəmədə 400 nəfərə yaxın izləyici iştirak etmiş, bunlara arasında diplomatlar, yerli və əcnəbi jurnalistlər yer almışdır. Təqsirləndirilən şəxslərin bir qismi ilk gün dindirilsə də, bunlardan yalnız qətli törədən 3 pəhləvan və hərəm ağası Reyhan ağa cinayəti etiraf etdi. Sultan Əbdüləzizin cənazəsini yuyan və həmin gün şahid qismində dindirilən Ömər Əfəndi, mərhumun biləklərinin kəsildiyini, sağ sinəsinin göyərdiyini, ön dişlərindən iksinin qırıldığını və saqqalının sol tərəfinin qeyri-müntəzəm yolunduğunu dedi.

Məhkəmənin ikinci günündə Sultan Əbdüləzizin hərəmindən Pərvinfələk xanım şahid qismində dindirildi. Məhkəməyə gətirdiyi boxçasını açaraq qətl əsnasında sabiq padşahın əynində olan paltarları, eləcə də ölməsi üçün büküldüyü pərdəni göstərdi. Qan içində olan paltarın ürək nahiyyəsindəki bölümündə yırtıq göstərildi.

Məhkəmənin üçüncü günü səhər saat 11 radələrində təqsirləndirilən şəxslər barədə hökm oxundu. Pəhləvan Mustafa, Pəhləvan Mehmed, Pəhləvan Cəzayirli Mustafa, Fəxri bəy, Əli bəy, Nəcib bəy, Kürəkən Mahmud Paşa, Kürəkən Nuri Paşa, Midhat Paşa edama, Seyid bəy və İzzət bəy isə hərəsi 10 il həbsə məhkum edildi. Bunlardan Midhat Paşa 6 iyulda verdiyi ərizəylə apellyasiyaya müraciət etsə də, 2 gün sonra toplanan apellyasiya məhkəməsi onun bu müraciətini geri çevirdi.

Ancaq Yıldız sarayında toplanan fövqəladə məclisin qərarı və Sultan Əbdülhəmidin istəyilə edama məhkum edilən 9 təqsirli şəxs, eləcə də Manisadakı Mütərcim Rüşdü PaşaMədinədəki Xeyrullah Əfəndinin edam cəzası ömürlük həbslə dəyişdirildi. 11 nəfərin hər biri bütün imtiyaz, nişan və dövlət rütbələrindən azad edilərək Taifə sürgün edildi. Sultan Əbdülməcidin kürəkənləri olan Nuri PaşaMahmud Paşa xanımları Cəmilə SultanFatma Sultandan boşandırıldı. Ömrünün son aylarını yaşayan Mütərcim Rüşdü Paşanın isə yaşadığı evdən çıxmaması şərtiylə Manisada qalmasına icazə verildi.