Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. == Həyatı == Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir. 1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.
Əmir Ərşad
Əmir Ərşad (tam adı:Sam xan Rüstəm xan oğlu Hacıəlili; 1866 – 1922, Salmas, Qərbi Azərbaycan ostanı) — sərkərdə. == Həyatı == Sam xan Rüstəm xan oğlu XIX yüzilin sonlarında Qaradağ vilayətinin Üzümdil mahalının Ovxara kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyasi almışdı. Atası Rüstəm xan Qaradağın böyük maliklərindən, Hacıəlili elinin başçısı idi. Onun vəfatından sonra elə böyük oğlu Məhəmmədhüseyn xan Sərdar Əşair rəhbərlik etdi. Əmir Ərşad da onun sərkərdəsi idi. Cənubi Azərbaycan valisi Nizamülmülk qardaşları Təbrizə çağırıb hökumətə xidmət etməyə dəvət edir. Onlara şan-şöhrətli ləqəblər verib Qaradağa yola salır. Əmir Ərşad Qaradağın dağınıq xanlarını birləşdirməyə çalışırdı. İpə-sapa yatmayan Hacı Rəhim xan Çələbiyanlı ilə dəfələrlə vuruşub, onu Qaradağdan kənarlaşdırmağa müvəffəq olmuşdu.
Ərşad Hüseynov
Ərşad Hüsü oğlu Hüseynov (7 avqust 1968, Mayis, Laçın rayonu) — Digesta hüquq firmasının direktoru. == Həyatı == Ərşad Hüseynov 7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olmuşdur. 1987-ci ildə Mişni kənd orta məktəbini gümüş medalla bitirmiş və Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutun avtomobil fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Daha sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində dərs də keçmişdir. 1998-ci ildə "Digesta" hüquq firmasını təsis etmişdir. Bu firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olur.
Ərşad Saleh
Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı. == Həyatı == Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur. İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qureyyib it rib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir. İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır. 7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.
Ərşad Əzimzadə
Ərşad Əzimzadə — Yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri. == Həyatı == Ərşad Mütəllim oğlu Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Artrit, Şəkərli diabet, mədə, ürək-damar, böyrək problemləri və s.) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb. == Yaradıcılığı == Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır. == Kitabları == Arandan gələn adam.
Qızılca Ərşad (Çaroymaq)
Qızılca Ərşad (fars. قزلجه ارشد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (19 ailə).
Mersad Berber
Mersad Berber (1 yanvar 1940[…] və ya 1940 – 7 oktyabr 2012[…], Zaqreb) — Bosniyalı rəssam idi. == Həyatı == Berber, Yuqoslaviya Krallığının Bosanski Petrovac şəhərində anadan olmuşdur. O, Lyublyanadakı Təsviri İncəsənət Akademiyasında təhsil alıb, burada bakalavr və magistr dərəcələrini bitirib. 1978-ci ildə Berber Sarayevo İncəsənət Akademiyasında müəllimlik vəzifəsi aldı. == Yaradıcılığı == Bu gün Berber dünyanın ən tanınmış qrafika rəssamlarından biridir. 1984-cü ildə Tate Gallery kolleksiyasına daxil edilmişdir. Karyerası boyunca hadisələri, hörmətləri və ithafları salan rəsm silsilələr yaratdı. Hər dövrün orta əsrlərdən iyirminci əsrə qədər Bosniya-Hersoqovina tarixində öz kökləri var. Onun əsərləri qədim motivlərin daha müasir şərhlə qarışması, simvolik sirri və intensivliyi ilə valeh olması ilə səciyyələnir. Onun səthləri də subyektləri kimi mürəkkəbdir, müxtəlif zamanlardan və yerlərdən olan texnikaları birləşdirərək estetik və cazibədarlığı qoruyub saxlayır.
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Bərcan
Bərcan — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bərcan Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahilindən 7 km. aralı, Burovar silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, əsl adı Bəycandır. Guya kollektivləşmə illərində bəylərə münasibətin dəyişməsi ilə əlaqədar "y" səsi "r" səsi ilə əvəz olunmuşdur. Tədqiqatçılar isə oykonimi bərc (fars. "Hündürlüyüdur tikili") və -an (məkan bildirən Şək.) komponentlərindən ibarət "Hündürlüyüdur tikili olan yer" mənalı soz kimi izah edirlər. Əslində, Bərcan Azərbaycanda, Muğan vilayətində mövcud olmuş qədim Bərzənd (z - c) Şəhərinin adındandır və "torpaq sahəsi" mənasındadır.
Bərdax
Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[…], Xivə xanlığı – 1900[…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi. == Həyatı == Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı. İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu.
Bərgüşad
Bərgüşad — Qubadlı və Zəngilan rayonları ərazisində sıra dağlar. Bərgüşad (tayfa) Bərgüşad (çay) — Azərbaycanda çay. Bərgüşad mahalı — Qədim-qayım Qarabağın əski bölgələrindən biri. Bərgüşad livası — Osmanlı inzibatı ərazisi.sancağı Bərgüşad nahiyəsi — İnzibatı ərazisi. Bərgüşad (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fəryad
Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: == Əsər haqqında == Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər.
Kürşad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Şərşal
Şərşal (ərəb. شرشال‎) — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir. == Tarixi == Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir. == Qalereya == == Ədəbiyyat == Кесария // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Başad
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
İrşad
İrşad (qəzet)
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur, yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Bərgüşad mahalı
Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir == Mahalın tarixindən == == Osmanlı dövrü == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri. == Səfəvi dövrü == Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. 1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi.
Bərgüşad nahiyəsi
Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir == Mahalın tarixindən == == Osmanlı dövrü == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri. == Səfəvi dövrü == Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. 1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi.
Bərgüşad sancağı
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Bərgüşad silsiləsi
Bərgüşad silsiləsi — Çağdaş Ermənistanın cənubunda, Ermənistan yaylasında dağ silsiləsi, Zəngəzur silsiləsinin şərq qolu. Silsilənin bir hissəsi Azərbaycan ərazisində yerləşir. Bərgüşad və Oxçu çayları arasında yerləşir. Uzunluğu təqribən 70 km, eni isə 15-26 km-dir. Hərtis dağından qərbə doğru uzanır. Ən yüksək nöqtə Əriməz dağıdır (3399 m). Yamaclar dərin (800 m-ə qədər) kanyonlar ilə kəsilir. Silsilədə olan yataqlar: Qacaran mis-molibden, Qafan mis-polimetal, Dastakert və Şaumyan qızıl-polimetal mədənləri, gümüş, dəmir filizi, manqan, titan, sink, diatomit və tikinti materialları yataqları da vardır. Bu yataqların əksəriyyəti sənaye marağındadır. Mineral sular mənbələri var.
Bərxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. == Toponimi == Ehtimal ki, sami mənşəli akkad dilində birtu — "qala" və türk dillərində taq — "dağ" sözlərindən ibarətdir.
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. == Tarixi == İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. == Demoqrafiyası == === 2010 === 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. === 2000 === 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Versal
Versal (şəhər) —
Aslan Berkan
Aslan Hacızadə, Aslan Qarabağlı və ya Aslan Berkan — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. == Döyüş yolu == === Azərbaycanda === ==== Şamxor döyüşü ==== Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernard Cribbins
Bernard Cribbins (29 dekabr 1928, Qlodvik[d] – 27 iyul 2022) — karyerası yetmiş ili əhatə edən ingilis aktyoru, səs sənətçisi və müğənnisidir.
Bernard Herrmann
Bernard Herrmann (ing. Bernard Herrmann; 29 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi. == Həyatı == Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur. Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir. Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi.