Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir.
Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir[1]
1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri.[2][3]
Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri.
1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi. Ondan sonra Qılıc bəy Dünbili də mahala başçılıq etmişdi. Qılıcan kəndi onun adıyla bağlıdır.
1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Bərgüşad livasının Bərgüşad nahiyəsi Bərgüşad nahiyəsi 96 kənd 32 məzrədən ibarətdi. Bu kəndlərdən 33 boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyd olunmuşdur. Osmanlı dövründə (1724-1834) Bərgüşad mahalının başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı:
Liva-i (Bergüşat)
Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına (Xılxına-Ə. Ç.) sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarfından Bergüşat sancağı tevcih olunup zabt u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138).
Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı:
Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qoşun yığmışdı. Ibrahim paşanın yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qoşuldu.
Nadir şah Qarabağı Osmanlılardan təmizləyəndən sonra Bərgüşad mahalına Əliqulu xanı hakim təyin etdi. Mahalı Qarabağ bəylərbəyliyinin tərkibindən çıxarıb Təbriz şəhərinə, Azərbaycan bəylərbəyiliyinə tabe etdi. Əliqulu xanı başqa yerə göndərib Əlinağı xan Dünbilini mahal hakimi qoydu.
Bərgüşad kəndindən bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Onlardan ən məşhuru saray şairi Həbibidir (1470-1520).[1]
1728 ci ildə Osmanlı İmperiyasının Bərgüşad livası nın bir nahiyəsi 128 Köy bulunmaktadır 33 köy boştur ve vergi veren :
Mahal cənubda və qərbdə Çulundur mahalı, şimalda Qapanat mahalları, şərqdə isə Dizaq-Cəbrayıllı mahalı ilə həmsərhəddi. Mahalın paytaxtı Xocahan kəndi idi. Bu kənddə məscid, mədrəsə, hamam və həftəbazar vardı. Mahalın naibi Şəfi bəy Xocahanlı idi. Mahalın şenliklərindən Xocahan, Yeməzli, Üdgün, Gödəkli, Baydaqlı, Ucanis kəndləri xəzinə mülkü, qalanları sahibkar mülkləri statusundaydı.
Bərgüşad mahalı Araz çayının sol sahilində, xanlığın cənubi-qərb hissəsində Ordubaddan şimal-şərqdə yerləşən düzənlik rayon idi. Xanlıq ləğv olunan zaman cəmi 5 kənddə 146 ailə yaşayırdı. Kəndlərdən üçündə yalnız azərbaycanlılar, ikisində isə həm müsəlmanlar, həm də xristianlar yaşayırdı. Mahal naibi Şəfi bəyin yaşadığı Xocaxan kəndindəki 58 ailədən 41-nin azərbaycanlı olduğu mənbədə göstərilir, qalan 17 ailənin isə azərbaycanh və qeyri-azərbaycanlı rəncbərlərdən ibarət olduğu yazılsa da, dəqiq nə qədərinin azərbaycanlı, nə qədərinin isə xristian olduğu qeyd olunmur. Buna görə də orta rəqəm kimi 9 azərbaycanh və 7 xristian ailəsinin yaşadığını deyə bilərik. Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə bu kənddə yalnız azərbaycanlılar yaşayıblar. Cəmi 28 ailənin yaşadığı Ucanis kəndində təqribən 20 ailənin xristianlardan ibarət olduğunu güman etmək olar. Beləliklə, mahal üzrə cəmi 119 azərbaycanh və 27 xristian ailəsi yaşayırdı. Bərgüşad mahalında bütün vergi və mükəlləfiyyətlər Əbülfət xanın xeyrinə toplanırdı. Mahal əhalisi maldarlıqla məşğul olur, eyni zamanda, buğda, arpa, darı, çəltik və bostan bitkiləri yetişdirirdi. Əvvəlki dövrlərdə mahal ərazisində pambıq əkilirdi.[5]
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Fətəli xan Dünbuli | 1747 | 1751 |
Naib | Əliqulu xan Dünbuli | 1751 | 1762 |
Naib | Xudat xan Dünbuli | 1762 | 1784 |
Naib | İsmail xan Dünbuli | 1784 | 1800 |
Naib | Şəfi bəy Xocahanlı | 1800 | 1822 |