Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü. == Həyatı == S. Y. Babayev Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji institutu coğrafiya fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi çesilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur. 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri teyin olunub 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
Səfərəli Məmmədov
Məmmədov Səfərəli İbrahim oğlu (30 dekabr 1929, Əhən, İsmayıllı rayonu – 22 mart 2010, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü == Həyatı == Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir. Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Usta Səfərəli
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub. 2 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bala Cəfərli
Bala Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Bala Cəfərli kəndi dağətəyi ərazidədir. Toponim "kiçik Cəfərli kəndi" mənasındadır. == Toponimikası == Bala Cəfərli oyk., mür. Qazax r-nunun Cəfərli i.ə.v.-də kənd. Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim "kiçik Cəfərli kəndi" deməkdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 221 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir.
Böyük Cəfərli
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cəfər Cəfərli
Cəfər Babacəfər oğlu Cəfərli (11 dekabr 1999, Avun, Yardımlı rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur.2006-cı ildə Avun kənd əsas məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib. == Hərbi xidməti == Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir. Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olumuşdur. Onun nəşi şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir. 14 dekabr 2020-ci ildə Yardımlı rayonu Avun kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Cəfərli (Ağsu)
Cəfərli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəfərli Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəfərli (Bolnisi)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəfərli (Borçalı)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəfərli (Cəlilabad)
Cəfərli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Cəfərli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun Əliismayıllı inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir.
Cəfərli (Gədəbəy)
Cəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Cəfərli kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX əsrin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 391 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cəfərli (İmişli)
Cəfərli — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 6313 nəfərdir ki, onun da 3091 nəfəri kişi, 3222 nəfəri isə qadındır.[mənbə göstərin] == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Cəfərli (Ərdəbil)
Cəfərli (fars. جعفرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Cəfərli bələdiyyəsi
Cəfərli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Cəfərli bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Dəmirçi Cəfərli
Dəmirçi Cəfərli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Toponimikası == Erməni mənbələrində kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd Kalavan olduğu da göstərilir. Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir . Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır, 1918-19 - cu illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk etməyə məcbur olmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. 1929-1930-cu illərdə kənddə yaşayan azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri əsasında əmələ gəlmişdir.
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elşən Cəfərli
Elşən Rəfail oğlu Cəfərli (2 sentyabr 2000; Qulubəyli, İmişli rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elşən Cəfərli 2 sentyabr 2000-ci ildə İmişli rayonunun Qulubəyli kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Qulubəyli kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitən Elşən Cəfərli müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Cəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Cəfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Həmid Cəfərli
Həmid Kərim oğlu Cəfərli (1 avqust 1990; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olmuşdur. 8-ci sinifə qədər bu məktəbdə təhsil almışdır. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirərək "leytenant" rütbəsi almışdır. Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilmişdir. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək TTM-də kəşfiyyatçı taqım komandiri kursunda təhsil almışdır. Ailəli idi, Cabbar və Hüseyn adlı 2 oğlu və Zeynəb adlı 1 qızı yadigar qaldı.
Qəzənfər Cəfərli
Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959). == Həyatı == Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır. Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir. Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir.
Ruslan Cəfərli
Ruslan Nəcəf oğlu Cəfərli (25 may 1995, Mingəçevir – 21 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) [1] və "Cəsur döyüşçü" (ölümündən sonra)[2] medalları ilə təlif edildi. Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Röyal Cəfərli
Röyal İkrəm oğlu Cəfərli (1 yanvar 1998; Beyləqan, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Cəfərli 1 yanvar 1998-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə M. Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Röyal Cəfərli 2016-cı ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2017-ci ilin iyulunda tərxis olunmuşdur. Röyal Cəfərli 2019-cu ilin mayından müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2019-cu ilin 20 noyabr tarixində döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə "N" saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Cəfərbəyli
Cəfərbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Cəfərbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Cəfərbəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəfərbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim Kəbirlilərin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır. Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885-ci ildə salınmışdır. == Əhalisi == Cəfərbəyli kəndinin ərazisi 10.3 km² olmaqla əhalisi 934 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Cəfərilik
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.