Cəfər Babacəfər oğlu Cəfərli (11 dekabr 1999, Avun, Yardımlı rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cəfərli Cəfər | |
---|---|
Cəfər Babacəfər oğlu Cəfərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 dekabr 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri |
Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur[1][2].2006-cı ildə Avun kənd əsas məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib.
Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir.
Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olumuşdur. Onun nəşi şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir. 14 dekabr 2020-ci ildə Yardımlı rayonu Avun kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir[3].
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir[4].
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir[5].
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir[6].
<ref>
teqi; :B
adlı istinad üçün mətn göstərilməyib