Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Asim Cəfərli | |
---|---|
Asim Çingiz oğlu Cəfərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Piyadalar, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020, 2020, |
Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub.[3] 2 bacının tək qardaşı idi.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]