Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mələkxanım Eyubova
Mələkxanım Yadigar qızı Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti. == Həyatı == Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır. Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. == Həyatı == Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Eyyub Tağıyev
Eyyub İsmayıl oğlu Tağıyev (27 yanvar 1912, Bakı – 17 yanvar 1967, Moskva) — texniki elmlər doktoru, professor, Stalin mükafatı laureatı (1942, 1948, 1951). == Həyatı == 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki ikimərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir.
Eyyub Xanbudaqov
Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. == Həyatı == Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur.
Eyyub Yaqubov
Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu.
Eyyub ağa məscidi
Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. == Məscid haqqında == Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır.
Əhməd Eyyub Türkaslan
Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994, Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023, Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu. == Karyerası == Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir. Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir. Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır. == Şəxsi həyatı və vəfatı == Əhməd Eyyub Türkaslan evli olmuşdur. 6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir. Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir.
Əyyub
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Məhəmməd Əyyub
Məhəmməd Əyyub (d. 1942) — Miçiqan Dövlət Universitetinin James Madison kollecinin beynəlxalq münasibətlər departamentinin fəxri professorudur. O, həmçinin Miçiqan Dövlət Universitetində Müsəlman Tədqiqatları Programının koordinatorudur. O, beynəlxalq münasibətlər nəzəriyyəsində "Subaltern realism" nəzeriyyəsi ilə tanınir. == "Subaltern" realism == Əyyub öz nəzəriyyəsi olan "Subaltern realism"i ilk dəfə 1980-ci illərdə təklif etmiş və 1990-cı illərdə daha da inkişaf etdirmişdir. Bu nəzəriyyə Kenneth Waltz və başqalarınin neorealism idealarını sərt sekildə tənqid etməklə yanaşı, dövlətin daxilində olan amillərin önəmliyinidə vurğulamışdır. Bu nəzəriyyənin əsas meqsədi üçüncü dünya ölkələrinin hərəkətlərinin başlıca səbəblərini, üçüncü dünya ölkələrinin liderlərinin əsas narahatçılıqlarını, və həmin ölkələrdə münaqişələrin başlıca səbəblərini öyrənmək üçün analitik bir vasitə olmaqdır. Bu nəzəriyyə üçüncü dünya ölkələrində vəziyyətlərin sənayələşmiş və ya inkişaf etmiş ölkələrdən tamamilə ferqli olduğunu vurğulayır, və əsas beynəlxalq münasibətlər nezəriyyələrinin üçüncü dünya ölkələrini nəzərə almadıqları üçün tənqid edir. O təhlükəsizlik anlayışı üçün alternativ bir konsept irəli sürür və beynəlxalq münasiblərdə nəzəriyyələşdirmədə bərabərsizliyin olduğunu vurğulayır. === Prinsiplər === Subaltern realism nəzəriyyəsi üçüncü dünya ölkələrinin, adətən, zəif və tez-tez iqtisadi və hərbi cəhətdən xarici havadarlardan, əsasəndə inkişaf etmiş ölkələrdən asılı olduğunu irəli sürür.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). == Həyatı == Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Əl-Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əl Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əyyub Abbasov
Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). == Həyatı == İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. == Fəaliyyəti == 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. == Yaradıcılığı == İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur.
Əyyub Abdullayev
Əyyub Abdullayev (tam adı: Əyyub Mahmud oğlu Abdullayev; 17 iyun 1967, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Əyyub Abdullayev 1967-ci il avqustun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olmuşdur.1987-ci ildə əsgərlikdən qayıtmışdır. 1988-ci ilin noyabrında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bakı soyuducular zavodunda fəhlə işləmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Gecə saat 12.30-da evdən çıxmışdır. Üzərində qara palto, cibində vəsiqəsi və 27 manat 60 qəpik pul olmuşdur. Həmin gecə "Naxçıvan" mehmanxanasının yanında şəhid olmuşdur. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qohumları onun itkin düşdüyünü və ya tutularaq saxlanılan insanların arasında olduğuna inanmışdılar.
Əyyub Bəşirov
Əyyub Ramiz oğlu Bəşirov (24 noyabr 1998; Yevlax rayonu, Azərbaycan - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Əyyub Bəşirov 1998-ci il noyabrın 24-də Yevlax rayonunun Ərəş kəndində anadan olub. == Hərbi xidməti == Əyyub Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əyyub Bəşirov oktyabr 16-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əyyub Fətəliyev
Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir. 1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır. Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib. 1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
Əyyub Haqverdiyev
Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). == Həyatı == Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. == Fəaliyyəti == Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır. Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib.
Əyyub Hüseynov
Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir. Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur.
Əyyub Kərimov
Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas. == Həyatı == Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur. Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Əyyub Məmmədov
Əyyub Məmmədov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov (rəssam) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Əyyub Osmanov
Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. == Döyüş yolu == 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əyyub peyğəmbər
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Əyyub qəbiristanlığı
Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur. İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir. İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir.
Əyyub Əsgərov
Əyyub Əsgərov — BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri == Həyatı == Əyyub İsmayıl oğlu Əsgərov 23 fevral 1913-cü ildə anadan olmuşdur. Əyyub Əsgərov 1927-ci ildə oxumaq üçün hərbi məktəbə göndərilmişdir. O, Bakı Piyada Məktəbində təhsilini başa vurduqdan sonra müxtəlif hərbi və siyasi vəzifələrdə çalışmışdır. Əyyub Əsgərov 1931-ci ildən 1938-ci ilədək, eyni zamanda hərbi intizam müəllimi işləmişdir. O, 1933-cü ildə Bakıda Kommunist Universitetini bitirmişdir. Əyyub Əsgərov 1934-cü ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Ə. İ. Əsgərov 1941-ci ildən 1943-cü ilədək Azərbaycan SSR KP Şamxor (indiki Şəmkir) rayonunun birinci katibi vəzifəsində çalışmışdır. Əyyub Əsgərov 1947-ci ildən başlayaraq BDU-nun Dövlət hüququ kafedrasında müəllim işləmişdir. Ə. İ. Əsgərov 1951-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildən professordur.
Əyyub Əyyubov
Əyyub Avdın oğlu Əyyubov (20 mart 1956, İlxıçılar, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. == Həyatı == Əyyub Əyyubov 1956-cı ildə, Ağdam rayonunun İlxıcı kəndində anadan olub. Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H. Hacıyev adına sovxozda fəhləlikdən başlayıb. Ukraynada Yol Avtomobil Institutunda "Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi " ixtisası üzrə ali təhsil alıb. Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb. Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib. 1993-cü ildən 2001-ci ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb. Mingəçevir şəhər Ziyalılar Cəmiyyətinin sədri, Azərbaycan Müəllimləri Assambleyasının prezidentidir . Respublika "Bilik"cəmiyyətinin təsis etdiyi Y. Məmmədəliyev adına mükafata layiq görülüb.
Əyyub Əzizov
Əzizov Əyyub Teymur oğlu (12 avqust 1934, Şöllü Mehmandar) — kimya elmləri namizədi, professor, kafedra müdiri, Respublikanın əməkdar müəllimi. == Həyatı == Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. 1948-ci ildən Azərbaycanın Ağcabədi rayonuna departasiya olunub. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Təbiət və Kimya fakultəsində tələbə olmuşdur.1957-1961-ci illərdə Ağcabədi rayonu Xəlfərəddin orta məktəbində müəllim işləmişdir.1961-1964-ci illərdə BDU-da aspirant olmuşdur.1961-1969-illərdə AMEA Qeyri-üzvi və Fiziki kimya institutunda baş elmi işçi işləmişdir. 1969-cu ildə BDU-da Qeyri-üzvi kimya kafedrasında müəllim. 1971-1987,BDU Qeyri-üzvi kimya kafedrası, dosent. 1987-ci ildən BDU "Kimyanın tədrisi metodikası" kafedrasına k.e.n., prof. Ə.T.Əzizov rəhbərlik edir. == Tədqiqat sahəsi == Kimyanın tədrisi metodikasının aktual problemləri == Seçilmiş əsərləri == Əzizov Ə.T., Haqverdiyev K.N. Kimyaçı bakalavr ixtisası üzröə dövlət universitetləri üçün fənn proqramları, 2003. Ə.T.Əzizov, R.Ə. Azadəliyev, Ə.V.Məhərrəmov, T.N. Abdullayeva, Kimya tədrisinin müasir problemləri, “Renessans” elmi-istehsalat mərkəzi.
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Ekyu
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Embu
Embu — Braziliyanın şəhəri.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s.
Eysk
Yeysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Eyso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Fyun
Fyon (dan. Fyn) — Danimarkanın ərazisinə daxil olan adalar arasında sahəsinə görə Zelandiya və Vensyossel-Tidən (Qrenlandiya və Disko adası istisna olaraq) sonra üçüncüdür. Sahəsi 2984,56 km² təşkil edir. 2009-cu il məlumatına görə adada 453 700 nəfər yaşayır. Sahilləri alçaqdır. Ən hündür nöqtəsi 131 metrdir. Əsas şəhəri Odansedir. Ada Kiçik Kəmər boğazı üzərində yerləşən iki körpü ilə Yutlandiya yarımadasına birləşir. Birinci körpü 1930-cu illərdə avtomobil və dəmiryolu məqsəfinə xidmət edirdi. 1970-ci illərdə ikinci körpü tikilir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Con Dyui
Con Dyui (ing. John Dewey; 20 oktyabr 1859[…], Börlinqton[d], Vermont – 1 iyun 1952[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı tanınmış filosof və pedaqoq. == Həyatı == Con Dyui Vermont əyalətində doğulub. 1879 'da Vermont universitetindən, 1884-cü ildə Baltimoredəki Cons Hopkins Universitetidən məzun oldu. 1888 −1904-cü illər arasında Minnesota , Miçiqan və Çikaqo universitetlərində fəlsəfə müəllimliyi etdi. Son vəzifəsi əsnasında, direktorluğunu etdiyi bir təhsil hissəsində, yeni pedaqoji fikirlərinə söykənən bir təhsil proqramın tətbiqi ilə bu sahəyə əhəmiyyətli yeniliklər gətirdi. Demokratik cəmiyyətlərin xüsusiyyətləriylə ən yaxşı şəkildə uyğun gələn bu yeni təhsil prinsipləri, Amerikadan başqa, bir çox Avropa və Asiya ölkələrindəki müəllimləri, tərbiyəçiləri də təsir etdi. Dyui bu müvəffəqiyyətindən sonra iki il Pekin Universitetində təhsil, və fəlsəfə dərsləri verdi. Dyuinin təhsil görüşü, demokratiya və sənaye sahələrindəki inkişafa dayanır. Ona görə, bilmək üçün deyil, tətbiq üçün öyrənmək lazımdır.
Cordula exul
Paphiopedilum exul (lat. Paphiopedilum exul) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium insigne var. exul Ridl. (basionym) Cypripedium exul (Ridl.) Rolfe Paphiopedilum exul var. aureum auct. Cordula exul (Ridl.) Rolfe Paphiopedilum exul f.
Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu"‎) — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir. İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir. == Qəbul == "Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır.
Cypripedium exul
Paphiopedilum exul (lat. Paphiopedilum exul) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium insigne var. exul Ridl. (basionym) Cypripedium exul (Ridl.) Rolfe Paphiopedilum exul var. aureum auct. Cordula exul (Ridl.) Rolfe Paphiopedilum exul f.
Dyuk Universiteti
Dyuk Universiteti (ing. Duke University) — ABŞ-nin Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. == Tarixi == Dyuk Universitetinin tarixi Şimali Karolina ştatının Randolf qraflığında (hazırkı Triniti şəhəri) yerləşən Braun Məktəb Evinin təsis olunduğu 1838-ci ildən başlayır. Bu məktəbin adı Dyuk Universiteti adlandırılana qədər dörd dəfə dəyişir (Braun Məktəb Evi-1838–1841, Birləşmiş İnstitut Akademiyası-1841–1851, Normal Kollec-1851–1859, Triniti Kollec-1859–1924 və 1924-cü ildən Dyuk Universiteti). 1841-ci ildə Şimali Karolinada Birləşmiş Cəmiyyət İnstitutu və müqəddəs ata Brantli Yorkun rəhbərlik etdiyi bir qrup metodist və kvakerlər (İngiltərə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvləri) tərəfindən təşkil olunan Braun Məktəb Evinin Birləşmiş İnstitut Akademiyası adlandırılması ilə bağlı xartiya buraxılır. Şimali Karolina ştatının Qanunvericilik Məclisi 1851-ci ildə akademiyanın Normal Kollec adlandırılması, 1853-cü ildə isə ona dərəcə verilməsi haqqında qərar qəbul edir. 1859-cu ildə məktəbin adı dəyişdirilərək Triniti Kollec adlandırılır, devizi isə "Bilik və Din" qəbul olunur. 1887-ci ildə Yel Universitetinin məzunu olmuş iqtisadçı Franklin Krouvel Triniti Kollecinin prezidenti təyin olunur. Krouvel tədris proqramlarını ciddi şəkildə nəzərdən keçirir.
Dyuk adası
Dyuk adası (ing. Duke Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada Kanada-Amerika sərhədinin şimalında yerləşir. Uzunluğu 19 km, eni isə 13 km-ə çatır. Ada hazırda maqmatik sulfid yataqlarının kəşfi üçün tədqiq olunan Alyaskanın ultrabaza kompleksinin bir hissəsidir. Ada 1879-cu ildə Vilyam Doll tərəfindən adlandırılmışdır. O, yəqin ki, bu adı adanın cənubundakı burnun adını götürmüşdür. Corc Vankuver burnu 1793-cü ildə Nortumberlend hersoqunun şərəfinə adlandırmışdır.
Ehud Barak
Ehud Barak (12 fevral 1942[…]) — İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzzə zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir. == Həyatı == Ehud Barak (Bruq) 1942-ci il fevral ayının 12-də Fələstin mandatlığındakı Mişmar Haşaronda anadan olub. Atası İsrael Litvanın Panevejis şəhərindəndir. Anası Ester isə Polşanın paytaxtı Varşavadandır. 1959-cu ildə sıravi desant kimi İsrail ordusunun sıralarına qoşulan Ehud həmin il soyadı Bruqu Barak kimi dəyişir. 1964-cü ildə Fransada xüsusi təyinatlılar komandiri kursunu bitirdikdən sonra İsrailin və ABŞ-nin hərbi akademiyalarında təhsilini davam etdirir. 1967 və 1973-cü il müharibələrində, habelə Livana qarşı hərbi əməliyyatlarda iştirak edir. Ehud 1968-ci ildə Qüdsdəki Hibryu Universitetinin Fizika və Riyaziyyat fakültəsindən məzun olur. 1978-ci ildə isə Kaliforniyanın Stanford Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə magistratura pilləsi üzrə təhsilini başa vurur.