Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firavan Əsgərov
Firavan Xanbala oğlu Əsgərov (14 mart 2001, Surra, Sabirabad rayonu – 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. == Hərbi xidməti == 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib.
Mehdi Vaez-İravani
Mehdi Vaez-İrəvani — əslən İrəvan şəhərindən olan İran azərbaycanlısı elm adamı, ixtiraçı və mühəndis. == Həyatı == 1971-1975-ci illərdə İranın paytaxtı Tehran şəhərindəki Alborz Ali Məktəbində təhsil almışdır. Mehdi Vaez-İrəvani doktorantura təhsilini London Universitet Kollecində almış və KLA Tenkora qoşulmamışdan əvvəl Roçester Texnologiya İnistitutunda dərs deməyə başlamışdır. Onun optika, optikal mühəndislik və bununla əlaqəli bir çox sahələrdə çox saylı patentləri və nəşr edilmiş məqalələri mövcuddur. == Seçilmiş biblioqrafiya == Vaez-Iravani, Mehdi, redaktor Scanning Probe Microscopies III (Proceedings Volume). Scanning Probe Microscopies III. 2384. Bellingham, WA, USA: International Society for Optics and Photonics. 30 March 1995. ISBN 978-0-8194-1731-2. OCLC 57388570.
İrəvani
İrəvani — Tarixən Azərbaycanda daha çox işlədilən təxəllüs. Daniş Hacı Hüseyn İrəvani — Azərbaycanlı şair və yazıçı Fazil İrəvani — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. İrəvani Aşub — Azərbaycanlı şair və yazıçı Hacı Süleyman İrəvani — XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi. Məhəmmədhəsən xan Sərdar İrəvani — Yəzd və Kirmanın hakimi. Əmir Əli Sərdari İrəvani Məhəmmədrəhim Mütəqqi İrəvani — Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Nəcəf Şərifi İrəvani — Azərbaycanlı şair və yazıçı Şeyx Əbdülkərim İrəvani — İslam alimi, müctəhid. Hacı Mirzə Ağası İrəvani — 1835–1848-ci illərdə İranın baş naziri.
Şirvani
Şirvani — təxəllüs. Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. İzzəddin Şirvani – XII əsr Azərbaycan şairi, Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Fərrux Şirvani —XII əsr Azərbaycan şairi, Zeynəddin Şirvani — XIII əsr memarı Hacı Zeynalabdin Şirvani — Ömər Şirvani — Bədr Şirvani — (1387-1450)—Azərbaycan şairi. Mahmud ibn Məhəmməd Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib Şükrüllah Şirvani — Fətullah Şirvani — Şirvani (Salmas) — Şirvani Ədilli — Seyid Əzim Şirvani — Fazil Şirvani — Məhəmməd Yusif Şirvani — XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri. Məhcur Şirvani — Azərbaycan şairi XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Şakir Şirvani — Azərbaycan şairi XVIII əsir Arif Şirvani — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Əbdürrəhim Şirvani — Mənsur Şirvani — Fəthullah Şirvani — Fəthullah b Əbi Yezid b.
Gülşiftə Fərahani
Gülşiftə Fərahani — İran kino və teatr aktrisası. İran aktoru Behzad Fərahaninin qızı və Şəqayiq Fərahaninin kiçik bacısıdır. Gülşiftə Fərahani teatrda altı yaşından, kinoda isə 14 yaşından rol alıb Gülşiftənin adını dünyada dillərə salan, onun 2007-ci ildə Leonardo Di Kaprio ilə birlikdə oynadığı film "Bir Ovuc Yalan" (ingiliscə: Body of Lies) olmuşdur.
Paravani gölü
Paravani gölü (gürc. ფარავანი; erm. Փարվանա լիճ) — Gürcüstanda, Cavexeti yaylasında, Samsar və Qaraağac silsilələrinin arasında yerləşən vulkanik göl. == Coğrafiya == Paravani gölü dəniz səviyyəsindən 2073 metr yüksəklikdə yerləşir. Sahəsi 37,5 km2, drenaj hövzəsinin sahəsi 234 km2-dir. Orta dərinliyi 2,2 metr, ən dərin yeri 3,3 metrdir. Gölün həcmi 91 milyon m3 təşkil edir. Paravani gölünün su səviyyəsi oktyabr-noyabr aylarında aşağı düşür, may-iyun aylarında yüksəlir. Qışda göl donur və üzərini 47-73 sm qalınlığında buz təbəqəsi örtür. Gölə 3 çay tökülür: Şaori, Sabadostskali və Rodionovskis Tskali çayları.
Ədibülməmalik Fərahani
Mirzə Sadıq xan Hacı Mirzə Hüseyn oğlu Ədibülməmalik Fərahani (1861-1917)—İran şairi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Sadıq xan Ədibülməmalik Fərahani öz ədəbi fəaliyyətinə 1898-ci ildə Təbrizdə "Ədəb" dərgisində başladı. O, şeir və məqalələrini bu dərgidə dərc etdirirdi. 1903-cü ildə Tehranda "İrani-Sultani" qəzetinin redaktoru oldu. 1905-ci ildə Bakıda mütərəqqi ideyaları ilə tanınan "İrşad" qəzetində çalışmağa başladı. 1905-1906-cı illərdə artıq məşhur şair idi. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani 1906-cı ildə İranda çıxan "Məclis" qəzetinə başçılıq edirdi. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Arif Şirvani
Arif Şirvani (1786, Lahıc – 1866, İrəvan) — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Mustafa xanın saray şairi. Arif Şirvani əsasən qəzəl və həcvlər yazmışdır. Əsərlərində dövrünün zülm və haqsızlıqlarından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmiş, Şamaxı hakimi Mustafa xanı və onun əyanlarını tənqid etmişdir. Şirvan hakimi Mustafa xanın (1792–1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir. Kərbəlayi Allahi Arifin ilk kitabın Salman Mümtaz toplayıb nəşr etdirmişdir.
Atlı (İrəvani)
Atlı — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954.
Bahar Şirvani
Mirzə Nəsrullah Bahar — Şamaxılı şair. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil. Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur. Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar. == Həyatı == Bahari-namdar hicrətin 1251-ci ilində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş. Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şeir və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmə tərcümə edərmiş. Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur.
Bədr Şirvani
Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi. == Həyatı == Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib. "Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir. XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər.
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Dərviş (İrəvani)
Dərviş — XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm, İrəvaninin erkən yaradıcılıq dövrünə aiddir. Rəsm şüşə üzərində yağlı boya ilə çəkilib. Hal-hazırda rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == İncəsənət muzeyinin inventar kitabında bu rəsm “Kişi” adı ilə qeyd edilib. Hal-hazırda "Dərviş" adlandırılır. Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Onun bədəni qabaqdan, üzünün dörddə üçü, ayaqları isə tam profildə təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.
Fazil İrəvani
Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan – 1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. == Həyatı == Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır. === Şeyxülislam müavini kimi === 1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir.
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fərrux Şirvani
Fərrux Şirvani1125-1176 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Həsənağa Şirvani
Həsənağa Şirvani (23 aprel 2002, Binə qəsəbəsi, Xəzər rayonu, Azərbaycan — 1 oktyabr 2020, Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. Ölümündən sonra sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədi ilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Mühəqqiq İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. == Həyatı == Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. == Həyatı == XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır. Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib. Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Məhəmməd Şirvani
Şirvani - sufi alimi, mürşid. == Həyatı == Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi. Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır: Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi.
Mənsur Şirvani
Mənsur Qulam oğlu Şirvani (5 mart 1919, Bakı – 15 iyun 1980, Bakı) — azərbaycanlı sirk ustası, manipulyator, illüzionist, heyvan təlimçisi. Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Peşəkar Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər. 1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər). Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988).
Nişat Şirvani
== Həyatı == Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Xaqani Şirvani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.