Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi.[1]
Məhcur Şirvani | |
---|---|
Doğum yeri | |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | şair, müəllim |
XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.[2]
Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib.[3]
Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.