Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikayıl
Mikayıl — kişi adı. Mikayıl Abdullayev — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı Mikayıl Cəfərov — Mikayıl Nərimanoğlu — Mikayıl Orucov — Mikayıl Xıdırzadə — Azərbaycanın riyaziyyatçı alimi.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir. Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur.
İsrayıl
İsrayıl — kişi adı. İsrayıl Hacıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Cəfərzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı laureatı.
Elnur Mikayıl
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Mikayıl Abdullayev
Mikayıl Abdullayev (19 dekabr 1921, Bakı – 21 avqust 2002, Bakı) — Azərbaycanın qrafik və teatr rəssamı, professor, SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), Azərbaycan SSR Ali Sovetinin V–IX çağırış deputatı. == Həyatı == Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. 2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir. == Rəssamlıq fəaliyyəti == İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir.
Mikayıl Allahverdiyev
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971). == Həyatı == Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur. Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır. 1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir. Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir.
Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (azərb. Mikayıl Cabbar oğlu Zeynalov‎; 21 mart 1924, Traubenfeld, Qazax qəzası – 12 oktyabr 1990, Tovuz rayonu) — Aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). == Həyatı == Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib. Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur. Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var.
Mikayıl Bağırov
Bağırov Mikayıl Kazım oğlu (1934, Naxçıvan şəhəri) — texnika elmləri doktoru. == Həyatı == Bağırov Mikayıl Kazım oğlu 1934-cü ildə Azərbaycanın Naxçıvan MR Şərur rayonu Daşarx kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1960-cı ilə qədər "Qaradağneft" NQÇİ-də operatordan sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1960-cı ildən AzETNÇi-nun "Neft hasilatı texnologiyası" laboratoriyasında mühəndis, 1966-1975-ci illərdə isə bu laboratoriyanın elmi işçisi, rəhbəri olmuşdur. 1963-1966-cı illərdə bu institutun aspirantı olub. 1966-cı ildə "Layların hidravlik parçalanması məslələrinin (ünsürlərinin) tədqiqi" mövzusunda namizdəlik dissertasiyası müdafiə etmişdir. 1971-1975-ci və 1982-1985-ci illərdə Əlcəzair şəhəri Neft və kimya institutunda pedaqoq işləmiş və eyni zamanda öz elmi fəaliyyətini davam etdirmişdir. 1975-1992-ci illərdə "Neft quyularının hasilatının intensivləşdirilməsi", "Quyuların əsaslı və cari təmiri" laboratoriyalarının rəhbəri olmuşdur. 1992-2002-ci illərdə Azneftqaz Detli-də direktor vəzifəsində işləmişdir. 1998-ci ildə "Neft-qaz hasilatını intensivləşdirilməsi üsullarının səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Mikayıl Cabbarov
Mikayıl Cabbarov (19 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2019-cu ildən), Azərbaycan Respublikasının vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021), Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri (2024). == Həyatı == Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. === Təhsili === 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir. Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir. == Döyüşlərdə iştirakı == 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar.
Mikayıl Cəfərov
Mikayıl Cəfərov - Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat və rabitə şöbəsinin müdiri. == Həyatı == Mikayıl Cəfərov 1959-cu ildə Naxçıvan MR-in İliç rayonunun Aralıq kəndində anadan olmuşdur. 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MR İliç rayon Kənd təsərrüfatı texnika birliyində fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1981-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Hündürbinatikinti trestinin 5 №-li tikinti idarəsində ikinci, dördüncü dərəcəli bənna işləmiş, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolunun 404 №-li ixtisaslaşdırılmış tikinti-quraşdırma qatarında ikinci dərəcəli avtoçilingər, dördüncü dərəcəli bənna, 1984-1986-cı illərdə 376 №-li tikinti-quraşdırma qatarında dördüncü, beşinci dərəcəli avtoçilingər olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin mərkəzləşdirilmiş avtobazasında avtoçilingər, növbətçi mexanik, böyük dispetçer, şöbə rəisi, 1990-1995-ci illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin 376 №-li tikinti-quraşdırma qatarında sahə mexaniki, baş mexanik vəzifələrində işləmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postunda inspektor, 1996-cı ildə Binə gömrükxanasında yük şöbəsinin rəisi, 1996-1999-cu illərdə Binə Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) nəqliyyat və rabitə şöbəsinin müdiridir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa, Şuşa rayonu[d]) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).
Mikayıl Hüseynov
Mikayıl Ələsgər oğlu Useynov (6 (19) aprel 1905, Bakı – 7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990). == Həyatı == Mikayıl Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır. 1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir. 1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir.
Mikayıl Mikayıllı
Mikayıl Miğfər oğlu Mikayıllı (24 sentyabr 1993; Qəbələ rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Mikayıl Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan prezidenti İlham Əliyevin adından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə 24.12.2020-ci il tarixində "Şücaətə görə" medalı ilə təltif edilmişdir.
Mikayıl Mikayılov
Mikayıl Mikayılov (aktyor) — azərbaycanlı aktyor. Mikayıl Mikayılov (rejissor) — azərbaycanlı kinorejissor.
Mikayıl Mikayılzadə
Mikayıl Vidadi oğlu Mikayılzadə (4 yanvar 1992; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mikayıl Mirzəyev
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mikayıl Mustafayev
Mikayıl Mustafayev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Murtuzəli oğlu Mustafayev 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olub. 1981-ci ildə həmin kəndə orta məktəbə gedib. 1988-ci ildə erməni millətçilərinin azərbaycan ailələrini Erməistandan çıxartması ilə əlaqədar didərgin düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1991-ci ildə Bayan kəndində orta məktəbi bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Vətən üğrunda gedən doyüşlərdə iştirak etmişdir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə şəhid olmuşdur.Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur. Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilmişdir.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Məmmədzadə
Mikayıl İlqar oğlu Məmmədzadə (10 oktyabr 1994; Sumqayıt şəhəri, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ - Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. == Həyatı == 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Mikayıl Nəzərov
Mikayıl Əziz oğlu Nəzərov (d. 1933, Bakı – ö. 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi. == Həyatı == M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur. Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.