Mikayıl Mirzəyev

Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991),[1][2] siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə).

Mikayıl Mirzə
Mikayıl Şahvələd oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1947(1947-01-01)
Doğum yeri
Vəfat tarixi 3 iyun 2006(2006-06-03) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti aktyor, ssenarist, siyasətçi, dissident
Atası Şahvələd Mirzəyev
Anası Susay Mirzəyeva
Uşağı Mətin Mirzə

Təltifləri Azərbaycan SSR əməkdar artisti Azərbaycan Respublikasının xalq artisti

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.[1][2]

Teatr fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.[1][2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb. O, iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.[1][2]

Mikayıl Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[1]

Mono-tamaşalar

[redaktə | mənbəni redaktə et]
  1. "Motsart və Salyeri" (A.S.Puşkin)
  2. "Qaraçılar",
  3. "Azər" (H.Cavid)
  4. "Məhəbbət dastanı" (X.Rza)
  5. "Saz" (M.İsmayıl)
  6. "Qızılgül olmayaydı..." (R.Rza)
  7. "Qərbi Berlin" (C.Novruz)

Mikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.[1][2]

  • 1987-ci ildə Azərbaycan SSR-in "Əməkdar artist" fəxri adına layiq görülüb.
  • 22 may 1991-ci ildə "Xalq artisti" fəxri adı ilə mükafatlandırılıb.
  1. 1 2 3 4 5 6 "Mikayıl Mirzə" (Azərbaycan). anl.az. 2-2-2021 tarixində arxivləşdirilib. Sitat səhvi: Xətalı <ref> etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  2. 1 2 3 4 5 "Mikayıl Mirzə" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
  • Mirzə, M. İstiqlal sənətkar: Mikayıl Mirzə65 /Mətin Mirzə //Yeni Azərbaycan.- 2012. - 13 noyabr.- S.8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]